Əsas Səhifə > Şou-biznes > Ceyhun Məmmədov özünü rejissor kimi sınayacaq

Ceyhun Məmmədov özünü rejissor kimi sınayacaq


23-02-2017, 07:36
Ceyhun Məmmədov özünü rejissor kimi sınayacaq
DİA.AZ: - Tanınmış mahir parodiyaçı Ceyhun Məmmədov özünü rejissor kimi sınayacaq.

Bu haqda DİA.AZ-a parodiyaçı Ceyhun məlumat verib:

“May ayında Qubada, Şəkidə və digər bölgələrdə “Açıldı?” adlı yeni filmdə məşhur instagramın fenomeni stilist Samiraldo birinci dərəcəli obrazı canlandıracağına üçün kameralar qarşısına keçəcəq. Film stilist Samir Əliyevin (Samiraldo) həyatı haqqındadır. Sözügedən ekran əsəri komediya janrındadır. Filmdə Samiraldonun yaxın adamları da iştirak edəcəqlər. Lakin onların kimliyi hələ ki, dəqiq deyil. Sürpriz qalsın deyə, bəzi detalları indidən açıqlamaq istəmirəm".

Qeyd edək ki, layihənin rəhbəri və ideya müəllifi Ceyhun Məmmədov, filmin rejissorları, Ceyhun Məmmədov, Ömər Yusubov, Gülşən Behbudova və Kəmalə Behbudovadır.

Geri qayıt