Əsas Səhifə > Şou-biznes > Nadir yol hərəkət qaydasını pozdu

Nadir yol hərəkət qaydasını pozdu


7-02-2017, 09:26
Nadir yol hərəkət qaydasını pozdu
Müğənni Nadir Qafarzadə yol hərəkət qaydalarını kobud şəkildə pozub.

Axşam.az xəbər verir ki, bununla bağlı sosial şəbəkə istifadəçiləri şəkillər paylaşıb. Şəkildən görünür ki, o, idarə etdiyi "90 BS 777" nömrəli avtomobili yolun hərəkət hissəsində saxlayıb.

Axşam.az xəbər verir ki, müğənninin köməkçisi Bəşir Xıdırov aznews.az-a açıqlamasında "90 BS 777" nömrəli maşının Nadir Qafarzadəyə məxsus olduğunu təsdiqləyib:

“Nadir həmişə qayda-qanuna, yol hərəkət qanunlarına əməl edən müğənnidir. Ola bilsin harasa tələsir, ya da saxlamaq üçün yer olmayıb. Ya da vaxt məhdudiyyəti yaranıb. Bu, hər bir vətəndaşın başına gələ bilər".

Nadir yol hərəkət qaydasını pozdu
Nadir yol hərəkət qaydasını pozdu

Geri qayıt