Əsas Səhifə > Şou-biznes > "Eyni simaları müxtəlif seriallara dəvət etmək nə deməkdir?"

"Eyni simaları müxtəlif seriallara dəvət etmək nə deməkdir?"


28-01-2017, 10:19
"Eyni simaları müxtəlif seriallara dəvət etmək nə deməkdir?"
Əməkdar artist Hüsniyyə Mürvətova rejissorları və aktyorları tənqid edib.

Axşam.az-ın məlumatına görə, o, aktyorun eyni anda bir neçə filmdə rol almasını qınayıb:

“Sözüm Azərbaycanın bəzi rejissorlarınadır: ölkəmizdə heç də çox olmayan peşəkar aktyor və aktrsialarımız var. Amma and içirəm ki, elə aktyor və aktrisalarımız var ki, illərdir heç bir filmə seriala dəvət etmirsiniz. Eyni simaları müxtəlif seriallara dəvət etmək nə deməkdir? Eyni səpkili rollar, mövzular... Deyirəm, elə susum, amma Vallah olmur. Ya da aktyora elə fərqli rol verin ki, həm daxildən, həm xaricdən özünü dəyişsin, bir obrazı o birinə bənzəməsin. Təəssüf ki, bunu nə bəzi rejissorlarımız etmir, nə də aktyor öz üzərində işləmir. Heç bir dəyişiklik olmur. Bu birbaşa həmin aktyorun yaradıcılığına zərbədir”.

Geri qayıt