Əsas Səhifə > Şou-biznes > "Aramızda heç vaxt soyuq yellər əsə bilməz"

"Aramızda heç vaxt soyuq yellər əsə bilməz"


24-01-2017, 09:07
"Aramızda heç vaxt soyuq yellər əsə bilməz"
Ötən həftə aralarında qalmaqal yaşanan müğənnilər Ceyhun Əliyev və Elçin Cəfərov bir araya gəlib.

Axşam.az-ın məlumatına görə, DJ Kazım Sübhanın ad günündə görüşən küsülü ifaçılar barışıb.

“Elçinlə mənim aramda heç vaxt soyuq yellər əsə bilməz. Çünki yaradıcılığımda mənə dəstək olan qardaşlarımdan biri Elçindir. Yaşasın dostluq” deyə, C.Əliyev bildirib.

Qeyd edək ki, C.Əliyev verilişlərin birində E.Cəfərovun mahnılarını ələ salmışdı. Bu da qarşı tərəfi özündən çıxarmışdı.



Geri qayıt