Əsas Səhifə > Şou-biznes > Flora Kərimovadan Zeynəb Xanlarovaya ağır ittiham

Flora Kərimovadan Zeynəb Xanlarovaya ağır ittiham


13-01-2017, 10:16
Flora Kərimovadan Zeynəb Xanlarovaya ağır ittiham
Xalq artisti Flora Kərimova Milli Məclisin deputatı Zeynəb Xanlarovanı ağır ittiham edib.

AzNews.az xəbər verir ki, sənətkar ona Zeynəb Xanlarova tərəfindən efir qadağası qoyulduğunu bildirib:

“Keçmişdəki kimi, hər yerdə mənə qadağa qoyulub. Zeynəb Xanlarova unudur ki, mən onun üçün Nisə Qasımova deyiləm, Azərbaycandan illərlə didərgin etsin. Mənim bu millətə, torpağa, açıq sözə, fikrimə, qorxmadan hansısa addımı atmağa haqqım var. Bu haqqımı Zeynəb deyil, Zeynəbin Zeynəbi gəlsə əlimdən ala bilməz”.

Flora Kərimova Zeynəb Xanlarovanı qorxaq adlandırıb: “Bu yolla kolda gizlənib, özgənin əli ilə məni susdurmaq istədi. O, həqiqətən qorxdu. Bir də hər kəsin bildiyi “Şəki əhvalatı”ını açıqlayacağımdan qorxdu. Nahaq yerə belə etdi, məni cin atına mindirdi. Haralarasa, yuxarılara dırmaşıb. Amma, dəxli yoxdir, məni susdura bilməz. Oturmuşdum bir kənarda, siyasətdən çoxdan gedən bir adamı cin atına mindirməsin”.

Flora Kərimovadan Zeynəb Xanlarovaya ağır ittiham

Geri qayıt