Əsas Səhifə > Şou-biznes > "Xoşlamırdın ağlamağımı, amma indi məni ağladırsan"

"Xoşlamırdın ağlamağımı, amma indi məni ağladırsan"


10-01-2017, 08:33
"Xoşlamırdın ağlamağımı, amma indi məni ağladırsan"
Xalq artisti Məleyklə Əsədova anasını xatırlayıb.

BiG.AZ xəbər verir ki, anasını ad günündə yad edən aktrisa onun üçün çox darıxdığını söyləyib:

"Bu gün anamın ad günüdür. Öllər öncə bir gün qabaqdan anama sürpriz hədiyyələr hazırlayardım. Gecə saat 12 olan kimi hədiyyəsini verərdim. İndi də ana, gözəl çiçəklərin hazırdır bu gündən. Amma səhər gətirəcəyəm. Çox uzaqdasan. Xoşlamırdın ağlamağımı, amma indi məni ağladırsan. Bizim üçün Yeni il şənliyi anamın ad günündən başlayardı. ütün ailə bizə gələrdi, bayramı qeyd edərdik. Çox maraqlı idi. Sən olanda iləm böyük görünərdi. Anam çox nazlı və küsəyən idi. Çox sevərdi ki, qızları onun nazı ilə oynasın. O da bizim nazımızı bizi böyüdənə qədər çox çəkib. Kaş anam sağ olaydı...Nazını çəkərdim...Uşaqlıq şəklimə baxdım, anamın cizgilərini gördüm".

"Xoşlamırdın ağlamağımı, amma indi məni ağladırsan"

Geri qayıt