Əsas Səhifə > Şou-biznes > "19 yaşında qız alıb bədbəxt edə bilmərəm"

"19 yaşında qız alıb bədbəxt edə bilmərəm"


9-01-2017, 08:28
"19 yaşında qız alıb bədbəxt edə bilmərəm"
Prodüser Tarix Əliyev (Tolik) rejissor Nail Naiboğlunun verilişində qonaq olub. SİA-nın məlumatına görə, o, şəxsi həyatı haqda maraqlı etiraflar edib. Prodüser uşaq illərinə geri dönərək, valideynlərindən söz açıb: "Mənim kimi böyüyən uşaq ya narkotik aludəçisi olmalıydı, ya pis yola düşməliydi. Atamla anam ayrılıb. Ofisiant da işləmişəm. 16 yaşımda Naxçıvanda bir ailə mənə sənəd düzəldib, Türkiyəyə apardı. Orda rus dilində tərcüməçi işlədim, 10 dollara gödəkcə satdım. Sonra Azərbaycana qayıtdım, İlhamə Quliyeva məni Röya ilə tanış etdi. Müğənni yanında çanta da, disk də daşımışam. İndikilər işə başlayan kimi adını prodüser qoyur. Bəzi prodüserlər kimi peşka yox, vəzir və top atanam".

Prodüser ailə qurmaq istədiyini də açıq şəkildə söyləyib:“Evlənmək istəyirəm, amma bəziləri kimi yalandan yox. Evlənib arvadı ilə bir evdə yaşamayanlardan olmaq istəmirəm. Bu yaxınlarda atam əməliyyat olanda mənə dedi ki, nəvəm olsaydı mənə qulluq edərdi. Pis oldum, ağladım. 37 yaşım var, yalançı toy edib, pul yığıb, 3 ay sonra boşana bilmərəm. Elə bir insanla ailə qurmalıyam ki, məni olduğum kimi qəbul etsin. 19 yaşında qız alıb bədbəxt edə bilmərəm. Evlənməsəm, gedib Türkiyədə süni mayalanma ilə uşaq sahibi olacam. Biləcəm ki, öz övladımdır və xoşbəxt yaşayacağam”.

Geri qayıt