Əsas Səhifə > Şou-biznes > "Ölkədən qaçır" xəbəri yayılmışdı, o isə evlənib

"Ölkədən qaçır" xəbəri yayılmışdı, o isə evlənib


2-01-2017, 10:15
"Ölkədən qaçır" xəbəri yayılmışdı, o isə evlənib
Əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov yenidən ailə qurub.

Dia.az musavat.com-a istinadən xəbər verir ki, o, sosial şəbəkədə anası və həyat yoldaşı ilə fotosunu paylaşıb və "Anam və həyat yoldaşım" şərhini yazıb.

Qeyd edək ki, bu evlilik Anarın 3-cü evliliyidir. İlk evliliyindən bir oğlu olan A.Cəlilov 2008-ci ildə Röya ilə ailə qurub və Hüseyn adlı oğlu dünyaya gəlib. Cütlük 2014-cü ildə boşanıb. Röya isə Anardan sonra ailə qurmayacağını bildirib.

A. Cəlilov “Çudo-Peçka” mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğludur. Son olaraq o, mağazalar şəbəkəsində çalışan işçilərin əmək haqqını verə bilmədiyi və bu səbəbdən ölkədən qaçmağa hazırlaşması xəbərləri ilə gündəmə gəlmişdi.

Geri qayıt