Əsas Səhifə > Şou-biznes > "Hüseyn onu yadında saxlasın ki, mənim bir qara siyahım var"

"Hüseyn onu yadında saxlasın ki, mənim bir qara siyahım var"


15-12-2016, 08:35
"Hüseyn onu yadında saxlasın ki, mənim bir qara siyahım var"
"Hüseyn onu yadında saxlasın ki, mənim bir qara siyahım var. Orada 20 ilə yaxındır münasibətdə olmadığım insanlar var. Onu da həmin qara siyahıya saldım".

BiG.AZ xəbər verir ki, əməkdar artist Abbas Bağırov bu sözləri "Hər şey daxil" verilişinə canlı bağlantıya qoşularaq orada qonaq olan musiqiçi Hüseyn Məhəmmədoğluya deyib.

Klarnet ifaçısı ilə yaranmış incikliyə aydınlıq gətirib:

"Abbasın xətrini çox istəyirəm. Əsas Allahın qara siyahısına düşməyək, bəndənin siyahısına düşsəkdə olar. Müəyyən bir anlaşılmazlıq olmuşdu. Qaydasına qoyarıq. Bir toy var idi. Abbas zəng eləyib mənə dedi ki, birgə gedərik. Elə oldu ki, mən ayın 10-da Eltonla birlikdə başqa toya getdim, çünki onunla birlikdə "Nuray" ansablında ifa edirəm. Abbasa zəng elədim ki, imkan varsa məni o işdən kənarlaşdır. Mən Eltonla Moskvaya getməliyəm. Haqqı var inciməyinin...".

Geri qayıt