Əsas Səhifə > Şou-biznes > "Nənə olmaq üçün çox tələsirəm"

"Nənə olmaq üçün çox tələsirəm"


14-12-2016, 08:27
"Nənə olmaq üçün çox tələsirəm"
Xalq artisti Həmidə Ömərova gələcəkdə necə qaynana olacağından danışıb.

Dia.az xəbər verir ki, o Milli.Az-a açıqlamasında nənə olmaq üçün tələsdiyini bildirib: "Nənə olmaq üçün çox tələsirəm. Amma hələ oğlum evlənmək istəmir. Hər şeyin öz vaxtı var. Bəzən fikirləşirəm ki, görəsən, necə qaynana olacağam? İnsanın xarakterini dəyişmək çox çətindir. Yəqin ki, mən bu gün necəyəmsə elə olaraq qalacağam. Hər bir ana deyir ki, oğlumu evləndirəcəyəm, işlərinə qarışmayacağam. Amma bu mümkün deyil. Ailə mürəkkəb məsələdir. Necə qaynana olacağımı həyat göstərəcək. İndidən özümü tərifləyə bilmərəm. Bəlkə, daha betər qaynana oldum?"

Geri qayıt