Əsas Səhifə > Şou-biznes > "Toya gələn müğənnilərdən bir neçəsi mini disk aparatını görməyib geri qayıtdılar"

"Toya gələn müğənnilərdən bir neçəsi mini disk aparatını görməyib geri qayıtdılar"


28-11-2016, 10:09
"Toya gələn müğənnilərdən bir neçəsi mini disk aparatını görməyib geri qayıtdılar"
Opera və Balet Teatrının aktyoru, Xalq artisti, vokal ifaçısı Samir Cəfərov şou-biznes nümayəndələrini ağır ittiham edib.

AzNews.az xəbər verir ki, Xalq Artisti Samir Cəfərov şou-biznes məkanını “qarğa bazarı”na bənzədib:

“Düşünmürəm ki, indiki estrada ulduzları mikrofonsuz ancaq bir nəqarəti oxuya bilərlər. Mikrofon hesabına bir çox nüanslar, mənfi qüsurlar aradan qalxır. Şou-biznesi “qarğa bazarı”na döndəriblər. Səsi oldu-olmadı hamı gəlir ki, mən oxuyacam”.

S.Cəfərov atasının hesabına səhnəyə gələnlərə də söz atıb: “Kiminsə arzusudur ki, uşağı oxuyan olmalıdır. İstedadı yoxdursa, onu niyə gətirirlər? Pul qoyurlar, ona maddi imkanlar yaradırlar, mahnı alırlar və klip çəkilir.”

Xalq artisti toylarda mini disklərin yığışdırılması tələbəni irəli sürüb:

“Mini disk deyilən aparat və yaxud planşetləri ləğv etsələr toylara, el şənliklərinə çox oxuyan gəlməyəcək. Ən populyarlar və çox pul müqabilində toya gedən insanları deyirəm. O, insanlar toya gedə bilməyəcəklər. Mən hələ səhnələri demirəm. Bu yaxınlarda dostumun məclisi idi. O, toy başlamazadan əvvəl mini diski söküb apardı, bir də sonda gətirəcəyini elan etdi. Toya gələn müğənnilərdən bir neçəsi mini disk aparatını görməyib geri qayıtdılar”.

Geri qayıt