Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı model Türkiyədə ərə getdi

Azərbaycanlı model Türkiyədə ərə getdi


18-10-2016, 09:36
Azərbaycanlı model Türkiyədə ərə getdi
Model Solmaz Allahverdiyeva Türkiyədə ailə qurub.

Axşam.az-ın məlumatına görə, bu haqda modelin bacısı, rejissor Şahin Zəkizadənin xanımı Səbinə Allahverdiyeva xəbər verib.

O bildirib ki, özəl günündə bacısının yanında ola bilməyib:

“Canımdan əziz olan bacımın ən xoş günüdür. Ailə həyatına addımladı. Heyif, xoş günündə yanında ola bilmədim, amma ürəyim sizinlədir. Bir ömür boyu, xəstəlikdə və sağlamlıqda bir-birinizin yanında olun”.

Qeyd edək ki, S.Allahverdiyeva uzun müddətdir Türkiyəyə köçüb və orada fəaliyyət göstərir.

Azərbaycanlı model Türkiyədə ərə getdi

Geri qayıt