Əsas Səhifə > Şou-biznes > "Niyə öz türklüyümzü yaşamamılıyıq, 2 ay yas saxlamalıyıq?"

"Niyə öz türklüyümzü yaşamamılıyıq, 2 ay yas saxlamalıyıq?"


6-10-2016, 10:27
"Niyə öz türklüyümzü yaşamamılıyıq, 2 ay yas saxlamalıyıq?"
“Axı biz niyə şəriət qanunları ilə yaşamalıyıq? Niyə ərəbin və farsın yasını tutmalıyıq? Niyə öz türklüyümzü yaşamamılıyıq, 2 ay yas saxlamalıyıq?”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Vüqar Muradov yazıb.

İfaçı Məhərrəmlik ayında 40 gün yas saxlanılmasına, toyların olmamasına qarşı çıxıb:

“Söhbət Qurandan gedirsə, orada yas saxlamaq yoxdur. Niyə insanlar özlərini müsəlman adlandırırlar? Yas saxlamalı olsa, mən Babək Xürrəmimə, 20 yanvar, Qarabağ şəhidlərimə yas saxlayaram. Bu hansı qanunda var?

Deyirlər, Vüqar danışma, tanınan adamsan, sənə qarşı antipatiya, nifrət olacaq, toyların azalacaq... Niyə 2 ay ofisiant, gül satan, xadimə, yemək bişirən, pomidor-xiyar, paltar satan, müğənni, musiqiçi, ölkə əhalisinin 70 faizi işsiz qalmalıdır?”.

Geri qayıt