Əsas Səhifə > Şou-biznes > "Özəl bir məclisdə səhnə almaq üçün dəvət olunmuşam"

"Özəl bir məclisdə səhnə almaq üçün dəvət olunmuşam"


29-09-2016, 08:55
"Özəl bir məclisdə səhnə almaq üçün dəvət olunmuşam"
Azərbaycanlı müğənni Niyam Salami Hollandiyaya gedib.

Hazırda Amsterdamda olan müğənni Axar.az-a bildirib ki, səfərinin məqsədi yaradıcılıq xarakteri daşıyır:

“Bura gəlişim əbəs yerə deyil. Özəl bir məclisdə səhnə almaq üçün dəvət olunmuşam. Həm ziyarət, həm ticarət deyib, çıxıb Hollandiya küçələrində də gəzdim. Səhnə aldığım tədbirə gəldikdə isə, çox möhtəşəm idi. Dostumuz Avropa prodüseri Sultana da təşəkkür edirəm ki, burada mənə yardımçı oldu. İnşallah, yaxın müddətdə Azərbaycana qayıdacağam. Yaradıcılığımda bir neçə yeniliklər var. Onları təqdim edəcəyəm”.

N.Salami onu da əlavə edib ki, “Əkməyi qazanmaq zor bu zamanda” adlı yeni mahnısını bu gün Avropada təqdim edib.


Geri qayıt