Əsas Səhifə > Şou-biznes > "Kərim həyat yoldaşım olduğu dönəmlərdə..."

"Kərim həyat yoldaşım olduğu dönəmlərdə..."


23-09-2016, 09:07
"Kərim həyat yoldaşım olduğu dönəmlərdə..."
Prodüser Təranə Səmədova keçmiş həyat yoldaşı, müğənni Kərim Abbasovu ata olması münasibətiylə təbrik edib.

Axşam.az-ın məlumatına görə, təəssüratlarını böıüşən T.Səmədova bu hadisəyə sevindiyini bildirib/

O bildirib ki, K.Abbasovun xəstəxanadan paylaşdığı fotonu görəndə kövrəlib:

“Bu fotonu görəndə çox təsirləndim. Nə yalan deyim, Kərim Abbasov həyat yoldaşım olduğu dönəmlərdə və sonra həqiqətən də övlad sahibi olmaq arzusu ilə alışıb-yanırdı. Bu gün Kərimin sevincini hiss edib gözüm doldu. Ona şərik də oldum. Allaha and olsun ki, zərrə qədər artistlik etmirəm. Edirəmsə, Allah bəlamı versin. Allah səni oğullu-qızlı etsin. Bu gün övlad sahibi olduğuna çox sevindim”.

Qeyd edək ki, K.Abbasov prodüser T.Səmədova ilə ayrıldıqdan sonra Təranə adlı xanımla ailə qurub. Cütlüyün Seyid adlı bir oğlu var. Onlar ikinci övladına Yusif adını qoyub.

Geri qayıt