Əsas Səhifə > Şou-biznes > "Rəbbim, Türkiyəni fitnədən, qan tökülməsindən qoru!"

"Rəbbim, Türkiyəni fitnədən, qan tökülməsindən qoru!"


16-07-2016, 10:56
"Rəbbim, Türkiyəni fitnədən, qan tökülməsindən qoru!"
Türkiyədə bir qrup hərbçinin həyata keçirdiyi dövlət çevrilişinə cəhdi zamanı bir çox yerlərə ciddi ziyan dəyib, əsgərlər öldürülüb.

Axşam.az-ın məlumatına görə, qardaş ölkədə baş verən hadisəyə yerli tanınmışlar biganə qalmayıb.

Onlar sosial şəbəkədə Türkiyə ilə bağlı fotolar paylaşaraq, bunları qeyd ediblər:

Xalq artisti Firəngiz Mütəllimova Türkiyə prezidentinin videosunu paylaşaraq “Səhərə qədər sizin İstanbula gəlişinizi türk qardaşlarımızla birlikdə biz də gözlədik. Səhər saatlarına kimi qardaş ölkəmizə dua etdik. Türk xalqına və cənab Rəccəb Tayyib Ərdoğana halal olsun. Yaşasın Türkiyə və Azərbaycan qardaşlığı” şərhini yazıb.

Əməkdar artist Tünzalə Ağayeva “Azərbaycan səninlədir Türkiyə. Rəbbim, Türkiyəni fitnədən, qan tökülməsindən qoru. Dualarımız səninlədir qardaş ölkə” deyə, bildirib.

Prodüser Tarix Əliyev (Tolik) təəssüratlarını bölüşüb:

“Rəccəb Tayyib Ərdoğan böyük siyasətçidir və xalqın çoxu onu dəstəkləyir. Bizdə sizinləyik, türk qardaş və bacılarımız. 3 və ya 3 min caqqalın sözü ilə Türkiyə yıxılmaz. Allah türkü qorusun”.

Model Sima Şərafətdinova isə bir neçə günlük Bakıya qayıtdığını, İstanbulda baş verənlər üçün pis olduğunu vurğulayıb:

“Səhərə qədər yatmadım. Bütün xəbərləri izlədim. İlk işim bilet axtarıb İstanbula getməyi istəmək oldu. Yaşadığım və çox sevdiyim Türkiyəmə sahib çıxanlarla bir sırada olmaq istədim. İndi baxıram, vəziyyət başqadır. Milləti bir-birinə dalaşdıracaqlar. Küçəyə çıxmayın, Allahdan da dualarınızı əskik etməyin”.

Bir müddətdir İstanbulda yaşayan müğənni Ayan Babakişiyeva qorxulu anlar yaşadıqlarını bildirib:

“İki gün əvvəl ürəyimdə İstanbulun necə gözəl və hüzurlu olduğunu deyirdim. Amma gecə baş verən bu hadisə, silah və bomba səsləri, insanların qışqırmaqları, küçədə qaçmalar, hər kəsin evinə yemək almaq narahtlığı məni və hər kəsi sarsıtdı. Bir şeyə yenə əmin oldum ki, bu xalq necə çox qüdrətli, qorxmaz, vətəni və milləti üçün canından keçən xalqdır. Hər şey bitdi, Allah sonumuzu xeyir etsin”.

Geri qayıt