Əsas Səhifə > Şou-biznes > "Samiraldo ikiüzlü deyil"

"Samiraldo ikiüzlü deyil"


9-06-2016, 08:31
"Samiraldo ikiüzlü deyil"
Deyilənlərə görə müğənni Mətanət Əsədova ilə stilist Samiraldo arasında sərin küləklər əsir. Məsələ ilə əlaqədar olaraq Mətanət xanımla əlaqə yaratdıq. SİA-ya açıqlama verən ifaçı bunları dedi: “Samiraldo mənim çox istədiyim stilistdir. Ondan niyə inciməliyəm ki? Samiraldo ilə aramızda ancaq xoş məqamlar olub. Belə ki, rəqs edib, əylənib, gülmüşük. Azərbaycan xalqına şənlik yaraşır. Samiraldo ikiüzlü deyil. Hər bir xasiyyəti ortadadır. Onunla heç bir xoşagəlməz söhbətimiz olmayıb. O, çox zövqlü insandır. Samiraldo şou-biznes camisindədir. Hamı onun xətrini çox istəyir. O, tamaşaçılar tərəfindən özünə nifrət edici heç nə qazanmayıb”.

Məsələ ilə bağlı qarşı tərəfin, Samiraldonun da fikirlərini öyrəndik: “Mənim böyük sənətkarlara hər zaman hörmətim olub. Mətanət Əsədova sənətkardır. Onunla münasibətimiz yaxşıdır. Mətanət xanım həddindən artıq gözəl qadındır. Mən hələ başımı itirməmişəm ki, kimisə təhqir və ya tənqid edim”.

Geri qayıt