Əsas Səhifə > Şou-biznes > İradə İbrahimova məşhur mahnısına klip çəkdirir

İradə İbrahimova məşhur mahnısına klip çəkdirir


19-05-2016, 08:37
İradə İbrahimova məşhur mahnısına klip çəkdirir
Müğənni İradə İbrahimova məşhur “Neyləyək” mahnısını yeni aranjimanda səsləndirib. SİA-nın verdiyi xəbərə görə, mahnıya klip də çəkiləcək.
Ekran işinə rejissorluğu İ.İbrahimova ilə son iki klipində çalışan Gülşən Aybaba edəcək. İ.İbrahimova “Neyləyək”i bəstəkar Vaqif Gərayzadənin Samir Şirinovla birlikdə yenidən aranjiman etdiyini deyib:“Bakıda olan zaman mahnını lentə yazdırdım. Fərqlilik istəyirdim, oldu. Vaqif Gərayzadə və Samir Şirinov mahnının yenidən hazırlanmasında mənə dəstək oldu. Gülşən Aybaba ilə çalışmaq, mənə rahat olduğundan, üçüncü klipimi də ona həvalə etdim. Klipdə sujet xətti olmayacaq. Sadə və gözəl ekran işi istəyirəm. Çəkilişlər Türkiyədə aparılacaq”.

Xatırladaq ki, Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz "Ali Baba və 7 Cücələr" filmində sözügedən mahnıdan bir parça səsləndirmişdi.



Geri qayıt