Əsas Səhifə > Şou-biznes > “Röya, müasir qızsan, baltalamaq nədir?”

“Röya, müasir qızsan, baltalamaq nədir?”


17-05-2016, 09:30
“Röya, müasir qızsan, baltalamaq nədir?”
Əməkdar artist Lalə Məmmədova həmkarı Röya Ayxanın onunla bağlı dediyi “baltalayaram” ifadəsinə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, müğənni R.Ayxanın “Müğənninin bir tərzi olar. Kim deyir ki, üzünə demişəm janrını dəyiş, yalan danışır. Qorxularından bunu üzümə heç vaxt deyə bilməzlər, baltalayaram” sözlərinə belə cavab verib:

“Mən kiminsə yaradıcılığı haqda fikrimi söyləyə bilərəm, məsləhət vermək yox. Təbii ki, məsləhət istəsələr yalnız o zaman verərəm.

Əzizim Röya, axı müasir qızsan, baltalamaq nədir? Baltalamaq artıq keçmişdə qaldı. İndi daha müasir üsul var: lazer şüası. Ağrısız və qansız, birdəfəlik kəsilir”.

Qeyd edək ki, L.Məmmədova “Qonaq gəl bizə” verilişində R.Ayxanla bağlı bunları demişdi:

“Röyayla da gözəl münasibətim var. Röya da zəhmetkeş qızdır, bunu unutmaq olmaz. O, özünəməxsus yol tapıb. Hərdən ona deyirəm ki, gəl başqa janrda oxu. Onun da günahı yoxdur, bəstəkarlar eyni tərzdə mahnılar təqdim edir. Onun səsi ilə daha çox və maraqlı işlər etmək olar”.

Geri qayıt