Əsas Səhifə > Şou-biznes > Murad Sadıxdan yeni mahnı:

Murad Sadıxdan yeni mahnı:


4-05-2016, 09:24
Murad Sadıxdan yeni mahnı:
Müğənni Murad Sadıx yeni mahnı ifa edib.

Axşam.az-ın məlumatına görə, sözləri Nazim Zeynalova, musiqisi bəstəkar İmruzə Hüseynovaya məxsus olan bəstə “Xatirəm olacaq” adlanır.

M.Sadıx yeni işindən danışaraq, bəstəkarla uzun illərdir dostluq etdiyini bildirib:

“Uzun illərdir İmruzə xanımla ailəvi dostluq edirik. Bu bizim “Badamı gözlər” bəstəsindən sonra ikinci yaradıcı işbirliyimizdir. “Xatirəm olacaq” mahnısı qəmgin notlar üzərində yazılsa da, inanıram ki, bu ifam bəyəniləcək. “Vizit kartım” olan “Sevməsəm ölərəm” bu gün də sevərək dinlənilir. “Xatirəm olacaq” mahnısını bu əsərin davamı hesab etmək olar”.



Geri qayıt