Əsas Səhifə > Şou-biznes > Restoranından qovulan əlil Eminin yeni layihəsində

Restoranından qovulan əlil Eminin yeni layihəsində


30-04-2016, 10:38
Restoranından qovulan əlil Eminin yeni layihəsində
Müğənni-bəstəkar Emin Ağalarov Moskvada sahibi olduğu restorandan qovulan əlil Oleq Yereminlə görüşüb.

Axşam.az-ın məlumatına görə, ifaçı onunla bir layihədə çalışacağını vurğulayıb:

“Komandam və Oleqlə görüşdən sonra biz layihəmizi təqdim etməyə hazırıq. Mayın 15-də “Krokus Ekspo”da “Sərhədsiz imkanları olan dünya” adlı forum keçiriləcək. Forumun məqsədi cəmiyyətin diqqətini problemli aləmə yönəltməkdir. “Public talk” formatında olan tədbirdə insanlar aktual sualları müzakirə edəcək, seçilən insanların cəmiyyətə adaptasiyasından danışacaqlar. Spikerlərdən biri də Oleq olacaq. İstəyən hər bir kəs tədbirin iştirakçısı ola bilər”.

Qeyd edək ki, 22 apreldə Eminin restoranına gələn Oleq “INSEAD” məktəbinin məzunları ilə görüşmək istəyib. Amma heç 3 dəqiqə keçmədən ona qapının yerini göstəriblər. Hadisədən xəbər tutan müğənni bunu edən və hadisədə məsuliyyət daşıyan hər kəsi işdən azad edib, Oleqdən isə üzr istəyib.

Restoranından qovulan əlil Eminin yeni layihəsində

Geri qayıt