Əsas Səhifə > Şou-biznes > “Mənim oğlum da cəbhəyə gedəcək...”

“Mənim oğlum da cəbhəyə gedəcək...”


12-04-2016, 08:48
“Mənim oğlum da cəbhəyə gedəcək...”
Lazım gələrsə, özüm də Qarabağa gedib xidmət edərəm.

Bu sözləri əməkdar artist Hüsniyyə Mürvətova “Hamımız qarabağlıyıq” adlı aksiya keçirməsi və şeir səsləndirməsi haqda Axar.az-a danışarkən deyib. O bunun hər bir vətəndaşın borcu olduğunu bildirib:

“Ümumiyyətlə, biz - Bakı Bələdiyyə Teatrının aktyorları vətənpərvərik. Bizi bu ruhda tərbiyə ediblər, teatrımız “döyüşən teatr” adı alıb. Hətta Murova qədər gedib çıxmışıq. Qarabağla bağlı olan bütün tədbirlərdə əlimizdən gəldiyi qədər iştirak etmişik. Xalqın bu çətin günlərində düşünürəm ki, hər bir aktyor əlindən gələn dəstəyi göstərməlidir. Biz sənətçiyik, bizim də əlimizdən bu gəlir. Ona görə bütün aktyor dostlarımı bu aksiyaya qoşulmağa səsləyirəm.

Lazım gələrsə, döyüş bölgəsinə gedib orada da xidmət edərəm. Biz Bakı Bələdiyyə Teatrı ilə çox döyüş bölgəsində qastrollarda olmuşuq. Amma mən həm də Müdafiə Nazirliyinin xətti ilə keçirilən tədbirlərdə iştirak etmişəm. Vaxtı gələndə mənim oğlum da cəbhəyə gedəcək. Bir gözümüz gülür, bir gözümüz ağlayır: qələbələrimizə görə çox sevinirik, amma şəhidlərimizə görə üzülürük. Bu gün biz bütün şəhidlərimizin anası, bacısıyıq. Reallıq budur ki, Qarabağ bizimdir, biz onu alacağıq. Cənab Prezidentimizin də dediyi kimi, biz müharibə etmirik, öz torpağımızı istəyirik və onu alacağıq”.



Geri qayıt