Əsas Səhifə > Şou-biznes > “Yaşar canı çıxanadək mənimlə çalışacaq”

“Yaşar canı çıxanadək mənimlə çalışacaq”


10-03-2016, 09:03
“Yaşar canı çıxanadək mənimlə çalışacaq”
Artıq 5 ildir ki, müğənni Yaşar Cəlilovun prodüserliyini edən aparıcı Vüsalə Kərimova maraqlı etiraf edib. SİA-ya danışan xanım Kərimova Yaşar haqqında bunları deyib: “Yaşar Cəlilovla işləmək olduqca çətindir. Amma Yaşarın müsbət cəhətləri də var. Elə bu xasiyyətlərinə görə hələ də Yaşara bağlıyam. Bəzən hirslənib özüm-özümə demişəm ki, artıq Yaşar Cəlilovla işləmək istəmirəm. Amma əsəbim keçəndən sonra fikirləşmişəm ki, canı çıxanadək mənimlə çalışacaq (gülür)”.

Vüsalə Kərimovanın fikirləri haqda qarşı tərəfin də mövqeyini öyrəndik. Yaşar prodüserinə haqq verdi: “Vüsalə xanımın sözlərini təsdiqləyirəm. Xarakter baxımından çətin biriyəm. Mənimlə yola getmək asan məsələ deyil. Amma çalışdığımız qədər bir-birimizi anlayırıq ki, problemlər yaranmasın. Vüsalənin üzərimdə böyük əməyi var. Allah ondan razı olsun!”

“Yaşar canı çıxanadək mənimlə çalışacaq”
“Yaşar canı çıxanadək mənimlə çalışacaq”
“Yaşar canı çıxanadək mənimlə çalışacaq”
“Yaşar canı çıxanadək mənimlə çalışacaq”

Geri qayıt