Əsas Səhifə > Şou-biznes > Nadir əsəblərini cilovlaya bilmədi:

Nadir əsəblərini cilovlaya bilmədi:


26-02-2016, 08:49
Nadir əsəblərini cilovlaya bilmədi:
Müğənni Nadir Qafarzadə xalq artisti İlhamə Quliyevanın vəfatından yazıb.

Axşam.az-ın məlumatına görə, ifaçı sosial şəbəkədə bu statusu paylaşıb:

“İndi bir çoxları bayram edərlər. Elə bilirlər, onlar ölməyəcəklər? Hamı öləcək, baxır kim necə...

İlhamə xanım mənim üçün ölməyib. O, hər zaman ürəyimdə yaşayacaq...

Bu xəbəri istanbulda eşitdim, dünya başıma fırlandı. Azərbaycan böyük sənətkarını itirdi. Vaxtında qiymət verib, qədrini biləydik, kaş. İlhamə xanımı yaxından tanıyanlar bilir ki, o, çox gözəl xanım idi.

Səni dövlət səviyyəsində torpağa tapşıracaqlar, gözəl sənətkar! Amma sənin ölümünün arxasınca danışanlar it kimi gəbərəcəklər. Sənin ölümün də şərəflidir. Bu gün bütün dünya sənin ölümündən danışırsa, deməli, sən varsan.

İlhamə xanımı sevməyən məni də sevmir. Bizi sevməyənlər! Rədd olun! Sizə nifrət edirəm. Erməni sifətlər!”.

Geri qayıt