"Düzdür, oxudum, amma səsim yoxdur, bilirəm"
Tarix: 15-07-2014, 10:16 | Çap et
Teatrallar Günel Məmmədovanı Cülyetta (“Romeo və Cülyetta”), Reyhan (“M.S.S”), Sarıköynək (“Sarıköynəklə Valehin nağılı”), Viktoriya (“Viktoriya”) kimi obrazlardan, kinosevərlər “Yalan”, “Ləkə”, “Sirr”, “Həyat çiçəyi” kimi film və seriallardan tanıyır. Kulis.az Gənc Tamaşaçılar Teatrının aktrisası Günel Məmmədova ilə müsahibəni təqdim edir. - Günel xanım, məncə elə yaşıd olarıq, sizə Günel desəm olar? - Olar, əlbəttə. - Bayaq dediniz məşqdəyəm. Mövsümün sonunda nəyin məşqləridir belə? - “Qoğalın nağılı”nı hazırlayırıq. Yeni mövsümdə, sentyabrda təqdim edəcəyik. - Aktrisa Kəmalə Müzəffərli ilə oxşarlığınız var. “M.S.S.” tamaşasında da sizin ananızı oynamışdı.... - (Gülür) Hə, oxşadan çoxdur. Xətrini çox istəyirəm, amma qohumluğumuz yoxdur. - Günel, necə bir ailədə doğulub böyümüsünüz? - Ailədə incəsənətlə bir mən məşğulam. Anamın yaxşı səsi olub, amma oxumağa meyl etməyib. Beş yaşımdan rəqsə getmişəm, uşaqlıqdan filmlərə çəkilmişəm. İncəsənət gimnaziyasında oxumuşam. Bu sənəti seçməyim ailəmin sayəsindədir. Vaxtında dərnəklərə qoymasaydılar, yəqin mən də başqa sahənin adamı olardım. Sağ olsunlar. Amma sənət seçmə məqamında valideynlərim o qədər də razı deyildilər, düşünürdülər ki, bu həvəs keçicidir. Amma mane də olmadılar. Əvvəl o qədər dəstəkləmirdilər məni, indi tamaşalarıma da baxırlar, hətta, anam o dəfə mənə dedi ki, səninlə fəxr edirəm. Hazırda mənə böyük dəstək olurlar. - Dəstək deyəndə nəyi nəzərdə tutursunuz? - Elə problemlər olur ki, insan kiməsə sığınmaq istəyir. Bir də maddi dəstək təbii... Mənim sponsorlarım valideynlərimdir. Sağ olsunlar. - İşlərinizə qarışırlar? - Mən hər istədiyimi eləmirəm, ailəmi nəzərə alıram. Seriallara, filmlərə dəvət alanda ilk növbədə anamla məsləhətləşirəm. Ssenarini evdəki heyətə - rejissor, prodüser-redaktora təqdim edirəm... - Senzuraya... - Bəli (gülür), razı olsalar çəkilirəm... - Cülyetta “Romeo və Cülyetta”, Sarıköynək “Sarıköynəklə Valehin nağılı”, Viktoriya (“Viktoriya”), Nərgiz (“Yalan” filmi)... Hamısı sevən, sevilən gözəl qızlardır... Bu səpkidə rollardan bezməmisiniz? - Bezmək deməzdim, amma rəngarənglik olsun istəyərdim. İki-üç fərqli rolum olub, qalanları sevgili qəhrəman... Mənə elə gəlir ki, rejissorlar üçün mənə belə rollar tapşırmaq rahatdır. Elə rejissorlar var ki, işləməyi sevmirlər, hazır materialı götürmək istəyirlər. Bu səpkili qəhrəman alınıbsa, deməli hazır baza var. Ona görə də, belə rolu mənə tapşırırlar. Eyni motivli olsa da, o obrazları fərqli yaratmışam. - Məsələn, sizin Cülyettanın əvvəlkilərdən fərqi nədir? - Onu siz deyə bilərsiniz. Mən bilən, biri dram teatrında olub (Barat Şəkinskaya-A), biri bizim teatrda (Fatma Qədiri)... Biri də mən! O birilərini görməmişəm. Mən Cülyettaya ürəyimi qoymuşam, Günel olaraq fərqliyəmsə o da fərqlidir. Həm də bizim “Romeo və Cülyetta”nı Cənnət xanım müasirləşdirib. - Dediniz ki, Cülyettanız fərqlidir. Cülyetta, Viktoriya, Sarıköynək hamısı sizin həyat təcrübənizdən, yaşadığınız hisslərdən qaynaqlanır? - Müşahidə və mütaliə deyim. Çünki hələ belə dərin hiss yaşamamışam, açığını desəm. - Mütaliə dediniz. Nə mütaliə edirsiniz? - Rus bölməsini bitirmişəm, rusca oxuyuram. Viktor Hüqonun “Səfillər” romanını... - Sizi sarsıdan əsər? - Çox sevdiyim roman var - “Qürur və qərəz”. Bir də “Həyat” filmindən təsirlənmişəm. Uşaqlar mənə adətən xəbər verirlər - filan filmə bax. Amma iki ildir nə Oskar nə də Kanndan mükafat alan filmləri izləyə bilmirəm. - Günel, səhnədə və ya çəkilişdə hansı kompleksləriniz var? - Ən böyük kompleksim oxumaqla bağlıdır. Məncə, səsim yoxdur. Səhnədə oxumağa kompleksim var. Bu tamaşada məni oxutmaq üçün daha nələr etdilər... Düzdür, oxudum, amma səsim yoxdur, bilirəm. Mən istəyirəm oxuyuramsa qüsursuz, mükəmməl oxuyum. Bir də bəlli bir kompleksim, daha doğrusu, çərçivəm var - açıq-saçıq səhnələrə çəkilə bilmərəm. - Özünüzdən gələn kompleksdir, yoxsa rejissorların yaxşı film ortaya qoya biləcəyinə inanmırsınız? - Daha çox cəmiyyətdən gələn kompleksdir. Mən bu mühitdə yaşayıram, valideynlərim var. Valideynlərimi fikirləşirəm, özümü fikirləşirəm. - Buna görə hansısa filmdən imtina etmisiniz? - Rövşən İsax “Aktrisa” filmində baş rola məni çəkmək istəyirdi. Məhz açıq-saçıq səhnələr var deyə, imtina etdim. Amma filmə baxanda peşman oldum. Orada Açıq-saçıq səhnələr elə də qabarıq deyil. İndi elə bir layihə olsa, çəkilərəm. - Obrazlarınızla bağlı maraqlı fikir bildirən varmı? - “Ləkə” serialında mənfi bir obraz yaratmışdım. Ələlxüsus yaşlı tamaşaçılardan belə reaksiyalar alırdım: “İfritə” deyirdilər, qarğış edirdilər: “Onu görüm...” (gülür) - Sadiq pərəstişkarlarınız varmı? - Şəxsi həyatda yoxsa sənətdə? - Hər ikisi. - Təbii ki, var. - Sizə nələr yazırlar, ya da göndərirlər? - Onlardan çox danışmaq istəməzdim (gülür). Amma onu deyim ki, hədiyyələr edirlər. Ən sevdiyim hədiyyə kukladır. Həm də “Monstr hay” (gülür). Deyəsən hələ böyüməmişəm. - Gənc bir aktrisanın rastlaşdığı ən böyük problem? - Axmaq adamlar, pis adamlar. - Gənc aktrisaya qarşı intriqalar olur, eləmi? - Nə yalan deyim, heyətlə problemlər olur. - Cəbhələşmə necə olur - yaşlı aktrisalar gənclərə qarşı, yoxsa... - (Gülür) Hər cür olur. Məncə başları işə qarışsa heç də belə problemlər olmaz. Demirəm işləmirlər, amma bir də var özünü qalmaqallara yox, tamamən işinə həsr edəsən. - Qısqanclıqdan nə kimi tələlər qururlar? - Elə şeylər olub ki... Olub ki, paltarlarımı cırıblar, kəsiblər. İndi hamısını xatırlayıb, qanımı qaraltmaq istəmirəm. Belə şeylərə verdikləri enerjini işə həsr etsələr, xalq artisti adını almışdılar indi. - Xarici layihələrdə işləriniz olurmu? - “Bakı, mən səni sevirəm” müştərək kinolayihəsinə çəkilmişəm. Bir də Türkiyədən serial təklifi gəlmişdi, hələ bir xəbər yoxdur amma. - Seriallarda nə problemlərlə qarşılaşırsınız - təbii, qonorardan başqa... - Düzü mən qonorarı necə istəmişəm elə də almışam. Məbləğ qane etməyəndə çəkilmirəm. Bu qədər sadə. Amma yaradıcılıq baxımından mətnlə bağlı problemlər olur. Cümlələr çox ədəbi olur. Bayaq dediniz ki, seriallara baxmıram. Haqlısınız. Necə baxasınız axı? Elə layihələr var ki, orada mətnə əməlli-başlı düzəlişlər edirəm. Mümkün deyil onu olduğu kimi oynamaq. - Bayaq eyni ampluadan danışdıq. Gənc, gözəl görkəm fərqli rollar almağa mane olur. Gözəlliyiniz başqa nəyə mane olur? - Elə bir məqam yoxdu deyim. Fərqli rollarım da olub e, amma eyni səpkili çox olub, dediyim kimi. Fərqli rollar da olub. Məsələn, “Çimnaz xanım yuxudadır” kimi komediya oynamışıq. - Heç tamaşada öz aranızda oyunlar getdiyi olurmu? - Olur (gülür). Cülyettanın ölüm səhnəsini oynayırdıq. Mən də dəhşət qıdığı gələn adamam. Tamaşa gedə-gedə Elnur Kərimov da (Romeo) mənim ayağımı qıdıqlayır. Mən özümü zorla saxlayıram...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Dünən, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Dünən, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Dünən, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Dünən, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Dünən, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Dünən, 15:11 |
|
|
|
|