“Son vaxtlar geyindiyim libaslar, taxdığım eynəklərin çoxu dünya brendlərindəndir”.
Axşam.az xəbər verir ki, bu sözləri “Onlar” verilişinə açıqlamasında müğənni Rəqsanə İsmayılova deyib.
Sənətçi İstanbulda çəkdirdiyi “Alma məndən gözlərini” adlı klipində çimərlik paltarı geyinməsi barədə isə bunu bildirib:
“Gedib Türkiyədə klip çəkdirmişəm. Xalat geyinəsi deyiləm ki...”
İfaçı həmçinin həmkarlarını qıcıqlandıracaq iddialı açıqlamalar verib:
“Toy bazarının hamısını “öldürmüşəm”. 10 ildən çoxdur bu sənətdəyəm. Rəqsanə olaraq öz imzamı qoymuşam. Hazırda toy bazarında tüğyan edən xanım sənətçilərdən biriyəm. Hamısının canlı oxumaqda dizini yerə qoyaram. Qəbul edin, mən beləyəm”.