“Rasim Balayevin şəklini divardan asmışdım”
Tarix: 30-05-2014, 11:49 |
Çap et
Daha çox “Toppuş bacı” ləqəbi ilə tanınan əməkdar artist Tünzalə Əliyeva “Space” telekanalında yayımlanan “Bizim süfrə” verilişində qonaq olub. Lent.az- ın məlumatına görə, mövzusu “Məzunluq” olan proqram zamanı aktrisa maraqlı açıqlamalar verib. O, məktəb vaxtlarından aktrisalığı arzuladığını deyib: “Həmin illərdən bu sənətdə olmaq istəmişəm. Çox şükür ki, bu gün istədiyim peşədəyəm. Balaca vaxtı öz otağımda Azərbaycanın bir çox tanınmış aktyor, aktrisalarının şəkillərini asırdım. Xatırlayıram ki, xalq artisti Rasim Balayevin də şəklini öz otağımdan asmışdım. Aktrisa kimi tanınmağıma görə ilk olaraq Allahıma, valideynlərimə və müəllimlərimə çox sağ ol deyirəm”.
Daha sonra aşıq Zülfiyyə məktəb illərindən danışıb: “Son zəng günü çox ağlamışam. Hazırda müəllimlərimdən hansısa məni izləyirsə onlara təşəkkürümü bildirirəm. Mən bu gün tanınmışamsa, valideynlərimə, müəllimlərimə çox sağ ol deyirəm. On dörd yaşımda bu sənətə gələn zaman atama, anama söz vermişdim. Söz vermişdim ki, dəyişməyəcəm. Hətta ailədən mənə tapşırmışdılar ki, səni səhnənin işıqları gözünü qamaşdırmasın. Yəni bu sənətə gələndə xarakterini dəyişmə. Allaha çox şükür ki, tanınmağım məni dəyişmədi. Böyüklərimin sözlərini tuta bilmişəm”.
Qeyd edək ki, “Bizim süfrə” verilişinin informasiya tərəfdaşı Lent.az-dır.