"ATV"nin əməkdaşı jurnalistliyin daşını atıb müğənniliyə başladı
Tarix: 29-04-2014, 09:44 |
Çap et
"ATV Maqazin" proqramının baş repartyoru və aparıcısı Vüqar Kamiloğlu ifaçılığa başlayıb. Onun mahnısı artıq işıq üzü görüb. Söz və musiqisi Tural Bakuviyə, aranjimanı isə Ramal Rəsula məxsus olan "Ay Qız" adlı duetin necə yaranmasını öyrənmək məqsədi ilə mahnını ifa edən hər iki ifaçının fikirlərini almağa çalıdıq.
"Mən bu sənətlə əslində uşaqlıqdan məşğulam. Və mənim ifaçılıq sahəsi üzrə diplomum var. Bülbül adına orta ixtisas məktəbinin 11 il oxumuşam. 6 il isə Azerbaycan dovlet medeniyyet ve Incesenet universitetini oxumuşam. İfaçılıq üzrə müəllimlərim Xalq Artistləri Əlibaba Məmmədov, Mələkxanım Əyyubova, Canəli Əkbərov, İslam Rzayev dahi vokal ustası əməkdar artist Yaşar Səfərov və dahi vokal ustası Mobil Əhmədov olub. Yəni bu sənətdə təsadüfi deyiləm. Duet ortağım Ramal Resulla duetimə gəlincə təklif məndən gəldi. Ramalın olduqca çox gözəl səsi var. Və çox istedadlı insandır. Həm gözəl aranjimançı həm gözəl səsyazma qabilliyyəti var", - deyə Vüqar bu cür açıqlama verdi.
Ramal Rəsulun fikirinə gəlincə:
- Vüqarın səsinin olduğunu bilmirdim. O, bizim studiyaya gəlmişdi. Məndən bir mahnı istəyirdi. Mən də söylədim ki, mənim üçün bir canlı mahnı ifa et. O da etdi. Çox bəyəndim. Və belə qərara gəldik ki, bir duet yazaq." - deyə Ramal Rəsul elavə etdi.
Xatırladaq ki, bu, sayca ikincidir ki, jurnalist müğənniliyə başlayır. Şou-biznes yazarı olmuş Cavanşir Babəlioğlu da artıq müğənnili sənətinə keçib.