Restoranlarda ifa olunan musiqilərə görə qonorar tələb edən ictimai birlik: onların fəaliyyəti qanunidirmi? - ARAŞDIRMA
Tarix: 15-12-2023, 12:29 | Çap et
Bir neçə gün öncə redaksiyamızın qaynar xəttinə daxil olan şikayət məktubunda qeyd olunurdu ki, “Azərbaycan müəllifləri” İctimai Birliyi adlı bir qurum restoranlara və digər bu kimi obyektlərə məktub göndərərək onlardan restoranda ifa olunan mahnılara görə qonorar tələb edir. Biz şikayətçidən sözügedən məktubu istədik. Həmin məktubda aşağıdakı formada tələb irəli sürülür:
“Azərbaycan müəllifləri” İctimai Birliyi özündə yerli və xarici müəllifləri birləşdirən ictimai birlikdir və öz fəaliyyətini “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Qanun”a müvafiq olaraq həyata keçirir. Musiqili əsər istifadəçiləri ilə müvafiq müqavilələr imzalayır və müəlliflərin hüquq və mənafeyini qoruyur, onları 3-cü şəxslər qarşısında təmsil edir və müvafiq üzvlük müqaviləsinin müddəalarına uyğun olaraq musiqili əsərlərin istifadəsinə görə istifadəçilərdən müvafiq qonorarlar yığır”.
Məktubun bu hissəsindən belə aydın olur ki, “Azərbaycan müəllifləri” İctimai Birliyi özünü, bir növ, restoran və digər bu kimi şəbəkələrdə istifadə olunan musiqi və mahnı mətnlərinin, habelə onların müəlliflərinin qoruyucusu kimi təqdim edir.
Məktubun davamında isə ictimai birlik məktub ünvanladığı obyektlərdən mövcud müəllif-hüquq qanunvericiliyinə uyğun olaraq qonorar ödəməyi tələb edir.
“Hazırkı məlumatı sizə təqdim etməklə fəaliyyətinizi mövcud müəllif-hüquq qanunvericiliyinə uyğun olaraq keçirməyi, restoran, kafe, barlar və digər ictimai yerlərdə musiqili əsərlərdən istifadəyə görə müəllif qonorarı ödəməyinizi təklif edir və 5 iş günü müddətində bizə məlumat verməyinizi xahiş edirik”.
APA olaraq sözügedən məktubun digər bu kimi obyektlərə də göndərilməsini, onlarda da şikayət motivinin yaranmasını nəzərə alaraq məsələni araşdırdıq.
Əqli Mülkiyyət Agentliyindən (COPAT) sorğumuza cavab olaraq bildirildi ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinin 1-ci hissəsinə əsasən, müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının təmin edilməsini fərdi qaydada həyata keçirmək praktik olaraq mümkün olmadıqda göstərilən şəxslərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər.
“Belə təşkilatlar Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınır və fəaliyyətə başlayırlar. Eyni zamanda, həmin təşkilatlar Ədliyyə Nazirliyində qeydiyyata alınmış nizamnamələri ilə müəyyən edilmiş vəzifə və funksiyalar çərçivəsində Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan (akkreditasiyadan) keçirlər.
Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların əsərdən istifadəyə görə istifadəçi təşkilatlarla (istifadəçi təşkilatlar dedikdə yayım təşkilatları, efir, kabel və retranslyasiya yolu ilə yayım, səsyazma studiyaları, şadlıq evləri, restoranlar, barlar, istirahət mərkəzləri və digər musiqili əsər istifadəçiləri başa düşülür) qonorarın məbləğlərini razılaşdırmaq və yığılmış qonorarı müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinə çatdırmaq və müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin verdiyi səlahiyyətlərə uyğun olaraq digər işləri həyata keçirmək funksiyası da vardır. Bu praktika, yəni qonorarların əmlak hüquqlarının kollektiv idarəetmə təşkilatları tərəfindən yığılaraq müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinə çatdırılması, beynəlxalq praktikaya uyğundur və bütün dünyada bu üsulla həyata keçirilir”.
Məlumatda o da qeyd olunur ki, hazırda Azərbaycan Respublikasında aşağıda adları göstərilən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar fəaliyyət göstərir:
“1. “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi – audiovizual əsər istehsalçıları və müəllifləri (quruluşçu rejissor, ssenari müəllifi, quruluşçu rəssam, quruluşçu operator və filmin bəstəkarı);
2. “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi - musiqili əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi sahəsində;
3. “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyi - əlaqəli hüquqların sahiblərinin (ifaçılar, fonoqram istehsalçıları və yayım təşkilatlarının) əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi sahəsində;
4. “Azərbaycan Müəllifləri” İctimai Birliyi - musiqili əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi sahəsində”.
Beləliklə, COPAT-ın sorğumuza cavabına əsasən “Azərbaycan müəllifləri” İctimai Birliyinin sözügedən istiqamətdə fəaliyyəti qanunvericiliyə uyğun sayıla bilər. Lakin birliyin restoran və digər bu kimi obyektlərin qarşısında bunu tələb kimi irəli sürməsi necə, qanunidirmi?
Bu baxımdan, “Azərbaycan müəllifləri” İctimai Birliyi ilə əlaqə saxladıq. Özünü birliyin sədri kimi təqdim edən Vilayəddin Muradov əvvəlcə saytımızın onun “qara siyahı”sında olub-olmaması ilə maraqlandı. Bu “qara siyahı”ya hansı saytların daxil olduğunu soruşduqda sədrin cavabı qəti oldu: “O saytlar ki, zamanında mənim müraciətlərimə cavab verməyib, məlumatlarımı yayımlamaqdan imtina ediblər, onlar bizim “qara siyahı”mıza daxil olub”.
Vilayəddin Quliyevə ilk sualımız o oldu ki, “Azərbaycan müəllifləri” İctimai Birliyi bütün mahnı mətnləri, yaxud musiqilərin müəlliflik hüququnu qoruyurmu?
Adıçəkilən şəxs əvvəlcə bu cür sualların onlara yalnız hüquq-mühafizə orqanlarının verə biləcəyini deyib sualdan yayınmaq istəsə də, yekunda cavab verdi.
“Bizim təşkilat musiqidən istifadəyə görə istifadəçi təşkilatlara icazə (lisenziya) verir. Qonorarın məbləği təşkilatımız tərəfindən təyin edilir. Biz dövlət qurumu deyilik, biz sadəcə dövlətin qanunlarına əsasən minimum həddən aşağı olmayaraq müəllif qonorarı təyin edirik. Bizim restoranlara göndərdiyimiz məktub tamamilə qanuni bir məktubdur.
Qanun deyir ki, formasından asılı olmayaraq, musiqidən istifadə edən bütün hüquqi və fiziki şəxslər müəllif qonorarı ödəyirlər. Bu konkretdir. Bu musiqi xarici musiqidir, ya yerli, belə bir anlayış yoxdur. Bu orada qeyd olunmayıb. Orada yazılan budur: musiqidən istifadə edən”.
Birliyin sədrinin ilk sualımıza cavabından belə çıxır ki, “Azərbaycan müəllifləri” İctimai Birliyi hətta xarici musiqilər üçün də müəlliflik qonorarı tələb etmək hüququna malikdir. Bəs necə? Tutaq ki, dünyaca məşhur Eminemin hansısa mahnısından hansısa restoranda istifadə edilir. Birlik qonorarı tələb edib aldıqdan sonra məbləği Eminemə necə ödəyir?
“Müəllif ifaçı deyil, müəllif əsərin yaradıcısıdır, sözü yazan, bəstəni edən. Hansısa ifaçı öz bəstəsini oxuya bilər, doğrudur, amma müəllif musiqi və sözü yazana deyilir. İstifadəçi təşkilatın birbaşa borcudur ki, bizimlə müqavilə bağladıqdan sonra bir ay ərzində istifadə etdiyi bütün musiqili əsərlərin siyahısını bizə təqdim etsin. Biz o siyahıya əsasən, axtarıb həmin müəllifləri tapırıq. Bunun üçün müəyyən beynəlxalq təşkilatlar da var, biz onlara da müraciətlər edirik. Və həmin müəllifləri də tapırıq. Aldığımız qonorarın bir hissəsi vergiyə, bir hissəsi sosiala, bir hissəsi təşkilatın fəaliyyətinə, qalan hissəsi isə həmin müəlliflərə ödənilir. Məsələn, bu yaxınlarda Yaponiyadan bizə müəlliflik qonorarı gəlmişdi. Rusiya, Türkiyədən də həmçinin. Obyekt sahibi obyektdə işlətdiyi hər şeyi pul verib alır, ondan qazanc əldə edir. Eləcə də musiqini də almalıdır, qonorarını ödəməli və qazancını da bu cür qanuni yolla əldə etməlidir. Heç bir müəllif demir ki, mənim musiqilərindən istifadə edin, mən buna görə müəlliflik qonorarı tələb etmirəm”.
Maykl Ceksonun öz əsərlərini kütləvi istifadəyə buraxması haqqında fikirlərini sədrə xatırlatdıqda isə cavabı bu oldu:
“Xeyr. Bu zaman hüquq onların varislərinə keçir. İkincisi isə, bizim qanunvericilikdə məhz belə yazılıb: formasından asılı olmayaraq, bütün fiziki və hüquqi şəxslər müəlliflik qonorarı ödəyirlər. Yəni musiqidən istifadə edirsənsə, qonorarını ödəməlisən. Allah rəhmət eləsin, Üzeyir Hacıbəyov indi həyatda yoxdur. Bu o deməkdir ki, onun musiqilərindən necə gəldi istifadə etmək olar? Yox. O musiqilər artıq dövlət varidatı hesab olunur və alınan qonorar dövlətə ödənilir”.
Vilayəddin Quliyevə son sualımız isə qonorarın müəlliflər arasında tənzimlənməsi oldu.
“Biz obyektlə müəyyən bir rəqəmə razılaşırıq. Həmin məbləği hər ay onlardan alırıq. O məbləği bizə təqdim edilən siyahıya əsasən bölüşdürürük”.
Hüquqşünas Şamil Paşayev isə bu müddəanın qanunvericilikdə olmasını, bir növ, boşluq kimi qiymətləndirir:
“Qanunvericilikdə musiqidən istifadə edən fiziki və hüquqi şəxslərin müəlliflərə qonorar ödəməsi, hesab edirəm ki, qanunvericiliyin boşluğudur. Çünki bəzi Avropa, eləcə də şərq musiqiçiləri var ki, onlar öz əsərlərinin kütləvi istehsalına və dinlənilməsinə icazə veriblər. Və buna görə heç bir müəlliflik qonorarı tələb etmirlər. Dediyim kimi, dünyada belə musiqiçilər kifayət qədərdir. Onlar musiqilərinin daha çox səslənməsini və daha çox insana çatmasının tərəfdarıdırlar. Belə olan halda, yerli musiqilərin və yaxud xarici musiqilərin səslənməsinə görə hansısa bir ictimai birliyin qonorar tələb etməsi nə hüquqi baxımdan, nə məntiqi baxımdan, nə də rasional ağıl baxımından doğrudur”.
Şamil Paşayev müəllifin öz musiqisini kütləvi halda dinlənilməsinə icazə verdiyi halda, hansısa ictimai birliyin bunun üzərindən qonorar tələb etməsini tamamilə absurd qiymətləndirir:
“Əksər sol düşüncəli müəlliflər öz əsərlərinin kütləvi dinlənilməsinin tərəfdarı olublar və onlar da heç bir halda buna görə qonorar tələb etməyiblər. Yaxud hər hansısa bir restoran özü müəlliflə müqavilə bağlaya bilər və qonorarı elə birbaşa müəllifin özünə təqdim edə bilər. Bu daha məntiqlidir. Bundan başqa, restoran konkret musiqi səsləndirmirsə, oraya bu tip məktubun ünvanlanması, əməkdaşlığa cəlb etmək niyyəti də tamamilə absurddur. Hesab edirəm ki, qanunvericilikdə bu məsələyə doğru şərh verilməlidir. Və bu kimi hallarla rastlaşdıqda həmin şəxslərin məhkəməyə müraciət etməsi doğru olar”.
Hüquqşünas onu da qeyd edib ki, bu kimi ictimai birliklərin hesabatlarının olması vacibdir:
“Bu, onların öhdəliyidir. Madam ki, onlar müəllifliyi qorumaqları baxımından bir öhdəliyə sahib olduqlarını iddia edirlər, o zaman ümumilikdə nə qədər qonorar yığdıqlarını, hansı müəllifə nə qədər məbləğdə qonorar ödədiklərinin və sair bu kimi statistikalarla bağlı hesabat verməlidirlər”.
Hər halda, biz daxil olan şikayət əsasında balanslı şəkildə araşdırma apardıq. Qalanı qanunvericiliyin boynuna.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
|