"Mənə dedi ki, “ana, Hollivuda getmək istəyirəm, çünki bu işin mərkəzi oradır” "
Tarix: 15-12-2023, 08:48 | Çap et
“ “Kanal 7” də 2 il öncə “Yemin” serialında rol aldım. Daha sonra məni “Əsarət” serialına dəvət etdilər. Burada çox önəmli rollardan birini oynayıram. Afifə zabitəli, ziyalı bir nəslin davamçısı olan qadın obrazıdır. Hal-hazırda çəkilişlərimiz davam edir” Bunu Moderator.az-a Əməkdar incəsənət xadimi, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova deyib. O daha sonra əlavə edib. “Mən sənət yaradıcılığım boyu bu cür rol oynamamışam. Afifə çox ağır xarakterli, bir az qəddar tərəfi olan, amma ailəsini, övladlarını qoruyan, öz fikirləri, qanunları olan mərd, qürurlu bir qadındır. Yeri gələndə çox duyğusal ola bilir. Onun ən başlıca məqsədi də ailəsini qorumaqdır. Hər zaman mülayim, mehriban, saf, məsum qadın rollarını oynamışam. Bəzən bir aktrisa kimi bu rolu oynayanda çətinlik çəkirəm. Çox axtardım ki, necə oynayım?! Onun yerişindən tutmuş səs tonuna qədər axtarıb tapdım. İmicimi dəyişdirdilər. Buna etiraz etmədim. Bilirsiniz ki, Türkiyədəki seriallar xarici ölkələrə satılır. Mənim instaqram səhifəmi izləyənlər də bilir ki, Azərbaycandan, Türkiyədən çox xarici ölkələrdən mesajlar gəlir. Hamısı da yazır ki, “Afifəyə nifrət edirik, sizi isə sevirik”. Bu da o deməkdir ki, mən Afifə rolunun öhdəsindən gəlmişəm. Mehriban bir kollektivimiz var. Deyilənə görə uzunömürlü olacaq, 5 il davam edəcək. Mənim üçün ən önəmli məsələ oynadığım serialların xarici ölkələrdə tanıdılmasıdır. Əlbəttə ki, xarici ölkələrdə tanınmaq mənim üçün böyük qürurdur. Braziliyadan, Amerikadan belə bizim çəkiliş setlərimizə ziyarətə gəlirlər. Mənə dünyanın hər bir nöqtəsindən izləyicilər məktub yazır. Bu mənim üçün qürurverici bir haldır” deyə aktrisa deyib.
Sənətkar bildirib ki, oğlu Amerikada yaşayır. “Oğlum Türkiyədə operator köməkçisi işləyirdi. Mənim çəkildiyim “Yemin” serialında biz birlikdə çalışdıq. İlk addımını o bu serialla atdı. Ondan sonra bir çox seriallarda operator köməkçisi işlədi. Daha sonra “Netflix” və “Disney plus”da çalışdı. Sonra mənə dedi ki, “ana, Hollivuda getmək istəyirəm, çünki bu işin mərkəzi oradır”. İki il oğluma ora getməyi icazə vermədim. Çünki bir oğlum var, istəmirdim ki, gözümdən kənara getsin. Dedi ki, “ana, bu mənim həyatımdır, mən öz işimdə irəliləmək istəyirəm”. Ətrafımdakı insanlar da ona mane olmamağımı tövsiyyə etdilər. Mən də mane olmadım və icazə verdim. Bir az dil problemi var. Oğlum universiteti inglis dilində oxuyub. Amerikada Amerikan ingliscəsi çox fərqidir. İndi həm dil kurslarına gedir, həm də Hollivudda öz işləri ilə məşğul olur. İnanıram ki, daha da yaxşı olacaq. Hətta oradakı Film Akademiyasında magistr təhsili almaq istəyir. Əlbəttə ki, onun üçün çox darıxıram. Fikrim var ki, yay ayında Amerikaya gedim. İnanıram ki, gələcəkdə oradan çox gözəl səsi gələcək” deyə aktrisa bildirib. Aktrisa “AZDRAMA-dan bir neçə sənət insanını ixtisara salıb, işdən azad etdilər. Bu haqda nələrsə eşitmisiniz?” sualına belə cavab verib. “Bilirsiniz ki, 4 il Akademik Milli Dram teatrında çalışmışam. Həyat elə gətirdi ki, Türkiyəyə gəldim və teatr işimə burada davam etməyə başladım. Amma heç bir zaman Azərbaycandakı sənət yoldaşlarımla sənət bağlarım qopmayıb. Hamısı ilə bu gün də yazışıb, danışıram. Baxmayaraq ki, Türkiyədəyəm amma doğma teatrımda baş verən hər bir şeydən xəbərim var. Küsüb gedən aktyor, aktrisalarımızdan xəbərdaram. Bu haqda düzü danışmaq istəmirəm. Bircə onu deyə bilərəm ki, aktyorun küsüb getməsi yalnız teatra, mədəniyyətimizə zərər vura bilər. Vaxtilə Zərnigar Ağakişiyevanın, Səfurə İbrahimovanın küsüb getdiyini bilirdim. Səfurə xanımla biz bunları danışırdıq. O zaman buna çox üzülmüşdüm. Heç kimi küsdürməsinlər. Sənət insanları duyğusaldırlar, yaradıcıdırlar. Azərbaycan teatrında dəyərli aktyorların sayı o qədər azaldı ki, əlimizdə olan aktyorlarımızı pambıq içərisində saxlamaq lazımdır. Aktyor səhnədə rəhmətə getməlidir. İnanıram ki, belə hallar azalar. Teatr heç kimin şəxsi mülkiyyəti deyil, teatr xalqa xidmət etməlidir” deyə aktrisa bildirib. Aktrisa bildirib ki, Azərbaycanlı həmkarlarına Türkiyədə hər zaman köməklik edib, dəstək olub. “Bu gün Azərbaycan teatrını, kino sənətini Türkiyədə təbliğ edən yeganə sənət insanıyam. Onlar məndən kömək istədikləri zaman əlimdən gələni əsirgəməmişəm. Yadınızdadırsa illər öncə Azərbaycan Türkiyə ilə ortaq olaraq “Mahmud və Məryəm” filmini çəkdik. Hər iki ölkənin Mədəniyyət Nazirlikləri arasında bu müqavilənin bağlanmasında, filmin çəkilməsində mənim böyük rolum oldu. Çünki bu layihəni hər iki ölkənin Mədəniyyət Nazirlərinə təqdim edən mən oldum. Ən böyük məqsədim Azərbaycanla Türkiyənin sənət adamlarının birlikdə çəkilməsi, onların ünsiyyəti idi. Biz buna nail olduq. Bu mənim missiyamdır. Mən 2019-cu ildə “İblis” tamaşasını Türkiyədə səhnələşdirəndə də istəyirdim ki, hansısa rolun iştirakçısını Azərbaycandan dəvət edim. Fikrimdə də xalq artisti Fəxrəddin Manafovu tutmuşdum. Hətta bu haqda Fəxrəddin bəylə danışığımız da olmuşdu. Həyat yoldaşının xəstəliyinə görə rol təklifimizi qəbul etmədi. Bununla bağlı o vaxt Mədəniyyət Nazirliyinə müraciət etsək də, müraciətimiz cavabsız qaldı. Məndən azərbaycanlı aktrisa istədiklərində mütləq zəng edib, dəvət etdirirəm. Məsələn, Yağmur Şahbazova “Yemin” serialında çox gözəl bir rola dəvət aldı. Onun şəkilini bəyənib mənə göstərdilər və məndən kömək istədilər. Onlar da bilirlər ki, mən Azərbaycandakı bir çox sənət insanlarını tanıyıram. “Fox” tv də də bir serial üçün Azərbaycanın məşhur aktyorlarını təklif etmişdim. Nədənsə o layihə dayandırıldı. Sözün düzü kastinq ajansı qurub, Azərbaycandan istedadlı, yaraşıqlı bəy və xanımları dəvət etmək istəyirəm. Bir sözlə əlimdən gələn hər şeyi edirəm. Başqalarının mane olmağı haqda heç bir söz deyə bilmərəm” deyə aktrisa bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
|