"Sənətinə də söz yox idi, insanlığına da..." - ANIM
Tarix: 14-11-2022, 09:54 | Çap et
Görkəmli sənətkar Rübabə Muradovanın bacısı Tahirə Muradova Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir: - Tahirə xanım, ailədə neçə övlad olmusunuz?
- Ailədə 7 övlad olmuşuq, iki qardaş, beş bacı. Ən axırıncı övlad mən olmuşam. Rübabə baxım bizə tərbiyə, təhsil və çörək verib. Elə humanist insan idi ki. Mən hələ onun kimi adam görməmişəm. Sənətinə də söz yox idi, insanlığına da. Ağzımızdan bir söz çıxan kimi həmin şey o dəqiqə hazır idi. Onun Leylisindən, Əslisindən, Ərəbzəngisindən doymaq olmurdu. - Siz də ifaçı olmusuz, amma gəlin etiraf edək ki, Rübabə xanımın səsi fərqli idi, heç bir səsə oxşamırdı. - Əlbəttə! Nəinki biz bacıların səsi, onun səsinə incəsənət aləmində bənzər səs yoxdur. Bəzən mənə tərif kimi deyirlər ki, səsin Rübabənin səsinə oxşayır. Mən bu sözdən çox hirslənirəm. Xahiş edirəm ki, elə deməyin. Özüm üçün oxuyuram, amma mən Rübabə ola bilmərəm. Xarici görkəmimi oxşadırlar. Buna bir söz deyə bilmərəm. Çöldə məni görəndə deyirlər ki, Rübabə gəlir. - Rübabə xanım Ərdəbildə doğulub. Oranı necə tərk etdiyini sizə danışıb? - Atamız Mirzə Xəlil Şiraqi həkim, din xadimi olmaqla yanaşı, gözəl ney çalmağı, İran və Azərbaycan muğamlarını yüksək səviyyədə oxumağı bacarırdı. Ailəmiz 1946-cı ildə Azərbaycana mühacirət edib, bu zaman Rübabənin 14 yaxud da 15 yaşı olub. 10 dəqiqə gec keçsəydilər hamısını güllələyəcəkdilər. İrandan gəlib Astarada məskunlaşıblar. Qaçqın necə olar? Evsiz-eşiksiz! Sağ olsun millətimiz onlara köməklik edib. Salyana köçəndən sonra Rübabə oxumağa başlayıb. Mən və Pərvanə bacım Salyan rayonunda doğulmuşuq. Rübabə müğənni olandan sonra onu Opera və Balet teatrına dəvət ediblər. Rübabə Leyli obrazını ağlaya-ağlaya oxuyurdu, amma səsi qəhərlənmirdi. Raç Kapur hətta gəlib görüb onu Hindistana dəvət etmişdi, çünki hindlilərə oxşadırdı Rübabəni. Amma Rübabə getməmişdi. - Vətən həsrəti Rübabə Muradovanın yaradıcılığında və ifalarında xüsusi yer tutur. Vətənini, doğma torpağını çox sevməsi heç kimə sirr deyildi. - Rübabə qədər vətənini sevən, onun üçün qurban-sadağa gedən ikinci adam görməmişəm. O elə vətən hərsəti ilə də dünyasını dəyişdi. Deyirdi ki, iməkləyə-iməkləyə gedib həyətimizi taparam, o həyətdə qızıl gülləri iyləyərəm. Tez-tez yadına düşürdü, deyirdi və ağlayırdı. O vaxt axı sərhədlər bağlı idi. İndiki kimi olsaydı bəlkə də Rübabə ölməzdi. - Onun doğma vətəni ilə görüşü də ürəkləri dağlayan bir hadisədir. O necə baş vermişdi? - Astaraya qastrol səfərinə gedəndə sərhəddə dayanıb ağlayıb. Deyib ki, sərhədi açın, 5 dəqiqə də olsa gedim torpağımı görüm. O vaxt belə bir qanun yox idi ki, sərhəd açılsın. Amma sağ olsunlar Rübabənin xətrinə bunu ediblər. Sərhədi keçən kimi ürəyi gedib, torpağın üstünə yıxılıb. Sonradan özünə gəlib, torpağı əlinə götürüb iyləyib. Baba Mahmudoğlu da onunla birlikdə olub. O danışırdı ki, Rübabə necə qəhərlənmişdi, necə ağlayırdı! - Səhv etmirəmsə Rübabə xanım doğma torpağı ilə bağlı sizə vəsiyyət də etmişdi. O nə vəsiyyət idi və yerinə yetirdinizmi? - Mənə demişdi ki, mən ölsəm sən sağ qalsan gedib ordan torpaq gətirib, məzarım üstə tökərsən. Mən onun bu arzusunu, vəsiyyətini yerinə yetirdim. Ərdəbilə gedib, evimizi tapdım. Evimiz Alatava məhəlləsində, Şah məscidinin yanında idi. Gedib gördüm ki, orada başqa adamlar yaşayır. Dedim ki, qorxmayın, mən filankəsəm, bu evin sakini olmuşam. Orada ağaclar da var idi, quyu da. Torpağı gətirib Rübabənin məzarının üstünə tökdüm. Elə rahat oldum ki. - Rübabə xanımı bu gün necə yad edirsiz? - Doğum və anım günlərində hər zaman məzarının üstünə gedirik, dualar oxuyuruq. Rübabə bu günki günə qədər sevilir, hər zaman fanatları olub. Onun mahnılarını nəinki yaşlı və orta nəsil, cavan nəsil də sevir. Bir misal çəkmək istəyirəm. Bizim bir tanışımız var idi, o vaxt Müslüm Maqomayevlə görüşüb. Müslüm öz maşınında onları gəzdirib. Görüb ki, Müslümün maşınında Rübabənin diski var. Ona sual veriblər ki, siz rus dilində müasir mahnılar oxuyan sənətkarsınız, nə yaxşı muğama qulaq asırsınız? Deyib ki, siz nə danışırsınız?! Mən Rübabənin mahnıları ilə yaşayıram, hər gün oxutdururam. Rübabə əvəzedilməz müğənni idi. Bu gün fikir vermisinizsə müğənnilər 2-3 mahnı oxuyur, sonra unudulur. Nə özləri yadda qalır, nə də ki, mahnıları. 1 əsr keçəndən sonra da Rübabə elə Rübabə olaraq qalacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
• "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00 |
|
|
|
• Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58 |
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
|