“Məktəbdə hamı bilirdi ki, o məni sevir”
Tarix: 20-08-2022, 09:50 | Çap et
Azərbaycan Dövlət Pantomima Teatrının aktyoru və direktoru, Əməkdar artist Elman Rəfiyev “Məşhur məktublar” rubrikasında Teleqraf.com-un suallarını cavablandırıb.
DİA.AZ onunla müsahibəni təqdim edir:
- Elman bəy, məktub yazmaq vərdişiniz nə zaman başladı?
- Mən dünyaya sovetlər dönəmində göz açmışam. O dövrdə insanlar biri-birilərinə məktub yazmağı, açıqca yollamağı çox sevirdilər. Səbirsizliklə poçtu açıb, kimin adına məktub gəldiyini öyrənməyə çalışırdıq. Məktubun üstündə adımızı görəndə çox sevinirdik.
Məktubdan aldığım o enerjini indi sosial şəbəkələrdə, yaxud email ünvanıma göndərilən mesajlardan, məktublardan ala bilmirəm. Xatırlayıram, məktub açanda ürəyimiz titrəyirdi, oxuyanda isə inanılmaz enerji mənimsəyirdik. Əfsus ki, indi məktublar çox az-az, demək olar ki, heç yazılmır.
- Özünüz məktubları kimə yazırdınız?
- Rusiyada, rayonda yaşayan qohumlarıma məktub yazırdım. Yazırdım və səbirsizliklə cavab gözləyirdim. 10-cu sinifi bitirənə kimi, hətta sonrakı illərdə də məktub yazmaq ənənəm olub.
Sumqayıtda yaşayırdıq, ora da tez-tez turistlər gəlirdi, aralarında çoxlu rus qızları olurdu, onlarla tanış olub, məktublaşırdıq.
Rus dilində məktub yazmaq lazım olanda qonşudakı oğlandan kömək xahiş edirdim. O məktublar Rusiyanın hansı bölgələrinə getmirdi?..
Məktub alanda içində şəkil olub-olmamasına xüsusi diqqət edirdim. Şəkil olanda mənim üçün ayrıca bayram idi. Amma zaman keçdi, o gözəl illər də, məktublaşmalar da bir gün başa çatdı.
- Sonuncu dəfə nə vaxt məktub yazmısınız?
- Son yazdığım məktub İkinci Vətən Müharibəsində əsgərə olub. Məktub yazdım, səsləndirdim və sosial şəbəkədə paylaşdım. Hansı əsgərin oxuyacağını bilmirdim, amma yazmaq istəyim çox güclüydü.
“Məktəbdə hamı bilirdi ki, o məni sevir”
- Sevdiyiniz qıza yazılan məktublardan danışaq. İlk sevgi məktubunuzu xatırlayırsınız?
- Mən heç kimi dərindən sevməmişəm. Çünki özümü sevmişəm. İndi o dönəmi xatırlayanda düşünürəm ki, belə münasibətlər sadəcə ötəri hiss imiş, sevgi deyilmiş. Əl-ələ tutdunsa, bir-birinə “əzizim” dedinsə, bu, hələ sevgi deyil. Sevgi tamam başqa yaşantıdır.
İndi mənim üçün sevgi vətəndir, dilimdir, torpağımdır, bayrağımdır. Sevgi mənim sevdiyim sənətdir, ailəmdir. Sevgini “Mən səni sevirəm” çərçivəsinə salmaq mənə görə düzgün deyil.
Amma, bəli, o dövr üçün o məktublara sevgi məktubu deyə bilərik.
- Siz kimdən sevgi məktubu almısınız?
- Məktəbli dönəmlərim idi. Mən 9-cu sinifdə, o qız 6-cı sinifdə oxuyurdu. Məktəbdə hamı bilirdi ki, o məni sevir. O qız məni hər yerdə müdafiə edirdi. O qızdan aldığım sevgi məktubu yadımdadır.
- Ona nə cavab yazdınız?
- Başa saldım ki, hələ uşaqsan, hiss etdiyin də ötəri bir şeydir. Amma o qız əbədi olaraq mənim yadımda qaldı.
Mən isə 9 yaşımda qonşuluqda yaşayan 20 yaşlı qıza vurulmuşdum. Hər dəfə o qızı görəndə sanki mənə dünyanı verirdilər. Adı Liza idi. Deyirdim, səni qoymayacaq ərə gedəsən. O da hara gedirdisə məni özüylə aparırdı. Sonra ərə getdi, hər şey bitdi.
Saf uşaqlıq sevgisi, uşaqlıq hissləri idi. Bu yaşımda da mənə qarşı olan o sevgini hiss edirəm. Həmin insanlara çox ehtiyatla yanaşıram. Bu hissə görə o insanlara travma yaşatmaq olmaz. Çox incə formada başa salmaq lazımdır.
Heç vaxt məni sevən insanların sevgisindən sui-istifadə etməmişəm.
Bir məktəbdə dərs deyirdim. Bir şagirdim mənə bir məktub yolladı. Çox təsiredici idi… İçindən gələn hər şeyi ora yazmışdı. Sevgi məktubu deyildi, sadəcə müəlliminə olan böyük sevgisini etiraf etmişdi. Yenə deyirəm, sevgi məktubu deyildi. Çünki mən həqiqətən uşaqları çox sevirəm və onların yaşındakı Elman oluram. Uşaq da bunu hiss edir.
"Firəngiz Mütəllimovaya məktub yazmaq istəmişəm"
- Elman bəy, neçə yaşında ailə qurmusunuz?
- 20 yaşında. Ailə qurduğum xanım mənimlə bir yerdə böyümüş əmim qızıdır. Ona da məktublar yazmışam, hətta şəkillər çəkdirib, imzalı formada biri-birimizə yollamışıq da.
- Bildiyim qədər aktyor olmağı uşaq yaşlarınızdan arzulamısınız və Rasim Balayevə pərəstiş etmisiniz. Heç ona, yaxud başqa bir kumirinizə məktub yazmısınızmı?
- Firəngiz Mütəllimovaya məktub yazmaq istəmişəm. Onun oynadığı “Səni axtarıram” üç hissəli tamaşa mənim sevimli televiziya tamaşalarım idi. O tamaşalarda Firəngiz xanıma vurulmuşdum.
- İllər sonra bunu ona etiraf etdiniz?
- Heç vaxt. Bunu ilk dəfə deyirəm. Həyat elə gətirdi ki, həm Firəngiz xanımla, həm də Rasim Balayevlə bir filmdə çəkildim. “Qala” filmində onlar ər-arvadı oynayırdılar, mən isə kəndə gələn kino işçisi idim. Ən yadda qalan anlarımdan biri kamera qarşısında Rasim Balayevlə çiyin-çiyinə söhbətləşərək yürüməyimiz idi.
Həqiqətən, uşaqlıqda mənim kimi bir çox yaşıdlarım Rasim Balayevin pərəstişkarı idilər. Obrazları o qədər içdən oynayırdı ki, hamının ürəyinə yol tapırdı. “Qatır Məmməd”də, “Həm ziyarət, həm ticarət”də, “Lətifə”də qarşımıza mənfi obrazda çıxanda inanmaq istəmirdik ki, bu, Rasim Balayevdir. Çünki hamımız üçün o müsbət qəhrəman idi.
Əlbəttə, peşəkarlıq baxımından aktyor hər obrazı yaratmağı bacarmalıdır, amma insanların təxəyyülündə müəyyən obrazlar yaranır və o tislimin qırılmasını istəmirlər.
Mən “Ata ocağı” serialında "alkaş" Niyazı oynayırdım, atam hər dəfə məni görəndə deyirdi: “Elman, o nə roldur oynayırsan”. Deyirəm, ata, o mən deyiləm, obrazdır. Hətta anam Niyazın gülləylə vurulduğu səhnədə ağlamışdı.
- Elman bəy, kütləvi məşhurluğu nə zaman hiss etdiniz?
- Hamı məni Pantomima Teatrının aktyoru kimi tanıyır. 1994 -cü ildə teatrı yaradanda çox adam qəbul etmədi. Amma illər keçəndən sonra hamı bizi sevdi. Dostumuz İmam Məcidovun atası deyirdi ki, bu uşaqları qoruyun. Onlar məşhur üçlükdür: Pərviz, Qurban, Elman. 1995-ci ildən 1996-cı ilə keçən gecə məşhur üçlük doğuldu. O dövrdə səhnədə Azərbaycanın ilk klounları biz olduq.
1996-cı ildən 2005-ci ilə qədər bütün el şənliklərində, məclislərdə peşəkar formada kloun kimi çıxış edirdik. Sonra klounlar göbəlik kimi çoxaldılar, ardınca ofisiant klounlar peyda olmağa başlayanda biz bu sahədən uzaqlaşdıq.
Maraqlı bir nüansı deyim, günlərin bir günü qızımın qaynanası mənə bir şəkil yolladı. O şəkil kloun kimi iştirak etdiyim hansısa bir məclisdə çəkilmişdi. Yazdı ki, sənin sağında dayanan oğlan gələcək kürəkənin imiş. Qəribə hiss keçirdim. Qismətə bax. O balaca oğlan indi mənim kürəkənimdir.
Onu da qeyd edim ki, 2017-ci ildə çəkildiyim “Ata ocağı”ndakı Niyaz rolu da məni çox məşhurlaşdırdı. Dramatik obraz idi, indiyədək heç kim məni elə rolda görməmişdi. Hətta serial yayımlanandan sonra Xalq artisti Ramiz Novruz zəng eləyib, məni təbrik etdi, dedi, sən indiyə kimi harda idin.
Niyaz mənfilikdən müsbətə doğru gedən bir obraz idi. O da bir mesaj idi.
- Hər birimizin içində bir iblis var...
- Və hər birimizin içində bir mələk var... Qəlbimizdəki iblisin də, mələyin də faiz dərəcəsinə fikir verməliyik və onu özümüz idarə etməyi bacarmalıyıq.
- Sizin məşhurlaşdığınız dönəmdə artıq məktublaşmaq ənənəsi yoxa çıxırdı...
- Elədir. O dönəm bitdi. İndi hamımız telefonla şəkil çəkirik, amma sual verirəm, onun necəsini foto kimi çıxarırıq? Vaxt var idi, şəkilləri albomlara toplayırdıq.
Qızım ailəsiylə Amerikada yaşayır. Bu yaxınlarda Azərbaycana gəldilər, qızım həmin albomları görəndən sonra məndən bir xahiş etdi. Dedi, ata Məryəmin (Elman Rəfiyevin nəvəsi- red.) Bakıya bu səfərində çoxlu şəkillər çək və onlardan albom düzəlt, bizə yolla. Mən də dediyi kimi elədim.
Bu gün məktub, albom məhfumu da itib. İndi evə məktub yol hərəkət qaydalarını pozanda gəlir, şəkilləri də ancaq toylarda qazana bilirik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
|