"Fikrimi dəyişmişəm, başqa millətdən olan həyat yoldaşı..." - Ayaz Salayev
Tarix: 3-08-2022, 09:49 | Çap et
Əməkdar incəsənət xadimi Ayaz Salayev Teleqraf.com-un suallarını cavablandırıb.
DİA.AZ onunla müsahibəni təqdim edir:
- Ayaz müəllim, avqustun 1-də doğum gününüzü qeyd etdiniz. Mənə elə gəlir, yaradıcı insanın ən böyük arzusu yaradıcılığı ilə bağlı olur. Ayaz Salayev bu gün Allahdan nə diləyir, nə arzulayır?
- Yaxın adamlarımın can sağlığını kənara qoysaq – ki, bunu hamı istəyir və bu hamı üçün birincidir – arzum ancaq və ancaq yeni film çəkməkdir.
- Neçə ildir bunun arzusundasınız?
- Bu yaxınlarda bir filmim təqdim olundu.
- "Torpaq" sənədli filminizi nəzərdə tutursunuz. Deyilənlərə görə çox əziyyətli bir iş olub.
- Deməzdim. Pandemiyaya görə gec təqdim olundu. Digər tərəfdən film üçün əlverişli zaman kəsiyi idi. Mətn üzərində rahat işləməyə vaxtım oldu. Bu, festival filmi deyil. Heç yerdə də göstərilməyəcək. Festivalda nümayiş olunan filmlərim haqda yazırlar, mən susuram. Məcburam filmi özüm müdafiə edim. İstəyərdim ki, film bir-iki gün kinoteatrlarda göstərilsin, insanlar baxsınlar. Bu sadədir, amma yeni bir nəfəsdir.
Bu, tarixi salnamədir və onu kinoda canlandırmağa cəhddir. Bu məqsədi qarşıma qoymamışdım, amma belə alındı. İnsanların yaddaşından, hislərindən süzülüb gələn tarixdir. Bu film bir şeir, bir nəğmə kimidir.
Böyük tədqiqat işi apardım. Film istehsalata buraxılanda bir nəfər də tanımırdım. Risk idi. 100 nəfər danışdırdım, 83 nəfərini çəkdim, 64-ü isə filmə daxil etdim. 12 çəkiliş günüm oldu.
Yenə deyirəm, yeni bir yoldur, tarixi tədqiqat yoludur... Bilirəm ki, heç kim getməyəcək o yolla. Bu film həmişəlik tarixdə bir nəğmə kimi qalacaq.
- Hər bir rejissor istəyir ki, çəkdiyi film "Yarasa" qədər uğur qazansın.
- Uğur haqqında hamı düşünür. Amma...Uğurdan daha çox əsər özü kamil olmalıdır. Kamil əsər olanda uğur da gəlir. Bəzi filmlər uğur qazanır, amma əslində zəifdir.
- Çəkdiyiniz “Ağ-qara” filmindən razısınız?
- O film alınmadı. Hər bir rejissorun yaradıcılığında bu olur. Çarli Çapli kimi dahi bir insanın son filminə baxanda deyirsən ki, kaş o filmi çəkməyəydi. Eləcə də Fellininin son filmləri... Halbuki onun “Yol”, “Səkkiz yarım” filmlərinə baxanda düşünürsən ki, insan bunu necə çəkib. Sanki Tanrının işidir.
Alınmayan filmlər olur. Təbii ki, bu mənə xoş gəlmir, amma neyləməli... Sən ya heç nə çəkməməlisən, ya da çəkəndə bilməlisən ki, biri alınacaq, biri alınmayacaq.
"Mənim üçün belə bir həyat çox faciəvidir"
- Dünya və Azərbaycan kinosunda filmlərini daimi izlədiyiniz və sizə görə hər filmi şedevr olan rejissor kimdir?
- (Bir az fikirləşəndən sonra) Stenli Kubrikin bütün filmləri çox yüksək səviyyədədir. Hətta deyim ki, Kubrik, Eyzenştyen və Pozalinin xüsusən son filmi şah əsərlərdir.
Amma Orson Uels kimi dahi birinci filmini çəkənə qədər kinoda bir gün də belə işləməyib. Radioda işləyirdi, Hollivuda gəldi və ilk çəkdiyi filmlə zirvəyə qalxdı. Sonra neçə film çəksə də heç biri ilk çəkdiyi filmə yaxın düşə bilmədi. Mən düşünürəm ki, onun klassikaya, Şekspirə, Kafkaya müraciət etməyinin səbəbi onlardan bəhrələnmək idi. Bilmirəm o, ürəyində nə çəkirdi, nə yaşayırdı, necə düşünürdü... Mənim üçün belə bir həyat çox faciəvidir. Sən bir şey yaradasan, amma öz əvvəlki səviyyənə çata bilməyəsən.
- Analiz edəndə hansı nəticəyə gəlirsiniz. Niyə belə olub, yaxud olur?..
- Bir çox rejissorların ilk filmləri uğurlu olur. Vaxtilə Nikita Mixalkov onu çox dəqiq deyib. Eyzenşteyn deyirdi, hər bir filmi elə çəkmək lazımdır ki, guya bu sənin axırıncı filmindir. Nikita Mixalkov isə deyirdi ki, mən onunla razı deyiləm, hər filmi elə çəkmək lazımdır, guya bu sənin birinci filmindir. Bu da çətin bir prosesdir: hər dəfə sıfırdan film qurmaq...
Amma fikrimcə, mənim axırıncı filmim sıfırdan qurulub. Tamam başqa bir filmdir. "Yarasa" ilə heç bir oxşarlığı yoxdur.
- Hər bir yaradıcı insan nəsə demək istəyir. Ayaz Salayevin film çəkmək istəyi nəylə bağlıdır? Və nə demək istəyir?..
- Əgər mən bir cümlədə nəyi demək istədiyimi deyə bilsəydim elə həmin cümləni yazardım və bununla da hər şey bitərdi... Bu, bir beyin oyunudur. Bu, bir ruh oyunudur! Heç vaxt heç nə demək istəməmişəm. İstəyəndə də alınmır.
Sizə deyəcəm, mən indi nə haqda düşünürəm.
Uzaqdan başlayacam. Kinoda hər bir adamın müəllimi var. Lap əvvəllər mənim müəllimim dahi rus rejissoru Eyzenştyen olub. Hansı ki, mənim dünyaya göz açmağımdan iki il əvvəl dünyasını dəyişib - 1948-ci ildə. O mənə çox təsir edib. Bəlkə də birinci dəfədir, bu barədə danışıram. Mən Eyzenştyen kimi özümü sırf kino adamı hesab etmirəm. Mən mədəniyyət adamıyam. Mənim üçün mədəniyyətin istər təsviri sənət, istər musiqi, istər ədəbiyyat vasitəsilə qoyduğu problemlər, düşüncə, təfəkkür daha maraqlıdır.
Mən kinonu dünya mədəniyyətinin içində görürəm. Hansısa bir rejissorun filminə baxanda həmişə yox, amma çox zaman onu niyə çəkdiyini başa düşürəm: hansı həyat, hansı düşüncə onu bu filmi çəkməyə məcbur edib... Bunu düşünəndə sən özünün həmin aləmə mənsubiyyətini dərk edirsən.
Mən indi kinodan daha çox bizim milli mədəniyyət haqqında düşünürəm. Biz artıq 30 ildir müstəqilik. Bu, tariximizdə ilkdir. Amma bizim milli mədəniyyət buna qətiyyən, bir daha da deyirəm, qətiyyən uyğun deyil. Müstəqilliyi sanki dərk eləmirik.
Yeni operalar, simfoniyalar yazılıbmı? Balet yaranıbmı? Yeni dövrü əks etdirən teatr dramaturgiyası varmı? Kino da onun içində... Biz neçə il Rusiyanın tərkibində formalaşdıq. Bizim ali dəyərimiz Rusiya idi. Onun səmərəli-faydalı təsiri də olub. Operalar, baletlər, nəsr əsərlərimiz yazılıb. Poeziyamız, muğamımız zəngin idi, amma operalarımız, romanlarımız, hekayələrimiz, dram əsərlərimiz yox idi. Etiraf edək, 1918-ci ilə qədər olmayıb.
Biz Rusiyanın təsiri altında bu nümunələri yaratmağa başladıq. Mən bunu Rusiyanı tərənnüm etmək üçün demirəm. Əksinə, düşünürəm ki, biz onun tərkibindən necə çıxmışıqsa, mədəniyyətimiz də çıxmalıdır.
Bu da ancaq Mirzə Fətəli Axundzadədən əvvəlki dövrə qayıdıb və ordan başqa bir yolla getməklə mümkündür. Bu haqda çox ciddi düşünürəm. Və mən belə bir milli film çəkmək istəyirəm. Əsl milli film... Mən o filmi çəksəm, vecimə də olmaz hansısa festivala düşüb, düşməyib, seçilib, seçilməyib. Əsas o filmi çəkməkdir!
Siz bayaq "Yarasa" filminin uğuru haqda dediniz, çox sağ olun. "Yarasa" filmi mənə verilən avans idi. O filmdə demək olar ki, hər şeyi təkbaşına eləmişəm.
- Öz maliyyəniz hesabına?
- Sponsor var idi. Amma qəpik-quruş... Aktrisanın saçını mən darayırdım, onu mən geyindirirdim. Hər kəsə nə edəcəyini mən deyirdim. Heç kim heç nə başa düşmürdü. Və böyük istehzayla yanaşırdılar.
"Kim başını torpaqdan bir qədər qaldırırsa, ona..."
- Hamı?
- Əksəriyyət. İndi də elədir. Mən hiss edirəm. Kim başını torpaqdan bir qədər qaldırırsa, ona demoqoq deyirlər, ona gülməli yanaşırlar, “öz aləmindədir” deyirlər.
Azərbaycan kinosunun ən böyük problemi dramaturgiyadır. İkinci problem də dramaturgiyadır, üçüncü problem də... Dramaturgiya aktyorları da yetişdirir. Dərin düşüncəsi olan insanın obrazını ekranda ifa edən aktyor var? Nə qədərdir? Böyük hissləri, böyük məhəbbəti, böyük nifrəti ekranda göstərə bilən sima – istər qadın, istər kişi – çoxmu tanıyırsınız?
- Yox.
- Azərbaycan milli mədəniyyəti hansı yolla gedəcək? Necə inkişaf edəcək? İndi bu məsələlər həll olunmur. Siyasətdə biz tarixi bir millətə çevrildik. Kimin sayəsində? Prezidentin dahiliyi, xalqın iradəsi, vətənə sevgisi sayəsində... Bəs bu qalibiyyət mədəniyyətdə niyə əksini tapmır? İndi qızğın mübahisələr, müzakirələr aparılmalıdır.
Yazıçılar, Kino, Rəssamlar İttifaqlarında konfranslar, yığıncaqlar keçirilməlidir. Hanı? Biganəçilikdir. Bəlkə mən səhv edirəm? Bəlkə o mübahisələr gedir, konfranslar, dairəvi masalar keçirilir, mən görmürəm?..
- Ayaz müəllim, axı, siz də flaqman ola bilərsiniz. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüsünüz.
- Mən lider deyiləm.
- Siz də kənara çəkilsəniz, kimdən nə umaq?
- Bəyəm kənara çəkilirəm?
- Bu cür müzakirələr siz və sizin kimi ziyalıların tələbi ilə təşkil olunmalıdır.
- Sizə dediklərim haqda bəlkə bir məqalə yazdım.
- Müzakirələr olmalıdır, axı.
- Mən həmfikir ...
- Tapa bilmirsiniz?
- Şair demişkən, deyir, dərd çox həmdərd yox.
- Həmfikiriniz yoxdur?
- Bəli.
- Nə vaxtsa olub?
- Heç vaxt. Mən həmkarlarımla ünsiyyətdə olanda, xüsusilə də son vaxtlar onlarla müxtəlif dillərdə danışırıq. Mən demirəm, onlar pisdir, mən yaxşıyam. Qətiyyən. Sadəcə ayrı dillərdə danışırıq. Məni düşündürən problemlər heç kimi maraqlandırmır.
- Bu, faciə deyilmi?
- Faciədirmi, onu da bilmirəm. Onu bilirəm ki, hazırda milli mədəniyyət xalqa borcludur. Bəzən olur ki, xalq incəsənətinə borclu olur, amma indiki halda əks vəziyyətdir. Amma yaşayıb bunu prosesi izləmək də çox maraqlıdır. Bu nəyəsə gətirib çıxaracaq. Keçmiş SSRİ-nin hər yerində belədir.
Bir qədər Orta Asiyada Qırğızıstan kinosu fərqlənir. Yakutiya kinosu maraqlı fenomen yaradıb. Mən istərdim ki, Bakıda sentyabr-oktyabr aylarında Yakutiya kinosu həftəsi keçirilsin. Düşünürəm ki, belə addımlardan başlansa, səmərəli olar.
- Ötən gün milli kinomuzun 124 illiyini qeyd etdik. Peşə bayramında Azərbaycan kinosu üçün çalışan kimə, yaxud kimlərə təşəkkür etmək ürəyinizdən keçir?
- Keçmişə nəzər salsaq, mən doğulandan 21 il öncə dünyasını dəyişən Səməd Mərdanovun adını çəkəcəm. Mənə elə gəlir ki, onun filmləri barədə dediyim fikirlər özünün də çox xoşuna gələrdi. Onunla ünsiyyətdə olmaq istəyərdim.
Tofiq Tağızadəni çox sevirəm. O, çox mübarizə apardı.
Qəmər Salamzadə yadıma düşür. "Dəcəl dəstə" filmi çox maraqlı filmdir.
"Mən heç vaxt xidmət etməmişəm, yaratmışam"
- Son illərdə çəkilən filmlərə baxırsınız?
- İmkan dairəsində.
- Mənzərə necə görünür?
- Çox acınacaqlı. Bu haqda tam ətraflı danışmaq istəmirəm. Sizə deyim ki, dünya kinosunda da mən ürəkaçan əsərlər görmürəm. Kino çox dəyişib. Çox bəsitləşib, sadələşib və burada yüksək mənada sadələşməkdən söhbət getmir. Bir tərəfdən peşəkarlıq inkişaf edir: həyatı olduğu kimi əks etdirmək qabiliyyəti, məsələn Zvyagensevin, Nuri Bilge Ceylanın filmlərini misal çəkə bilərəm. Amma yenə də... Bunlar hamısı bir-birinə oxşayır. Nə qədər fərqlənsə də sanki bir qutudan çıxıblar. Bəlkə buna səbəb formalaşan məktəb mənsubiyyətidir. Bizdə də o məktəbə uyğun filmlər çəkilir, adlarını çəkmək istəmirəm. Bəlkə bu, müasir kinonun simasıdır. Amma görürsən ki, o deyil...
Zvyagensevin son filmi – həyata çox diqqətlə baxır, görür və ustalıqla onu əks etdirir. Həmçinin Ceylan “Bir zamanlar Anadoluda” filmi ilə Türkiyənin reallığını göstərir. Amma burda bir qədər fikir bəsitliyi var. Zvyagensevin “Sevgisizlik” filmində rejissor göstərir ki, insanlarda sevgi qalmayıb. Bircə cümlə... Nikita Mixalkovun “Günəşdən usanmışlar”, Fellininin “Səkkiz yarım”, Stenli Kubrikin “Geniş qapalı gözlərlə” filmi, Antonioninin çox böyük çətinliklə ərsəyə gətirdiyi “Tutulma” – bunlar haqda bir saatlıq mühazirə oxuya bilərəm.
Amma “Sevgisizlik” barədə kim nə deyə bilər? Onun haqqında bir saat danışmaq olar?.. Bir cümlə deyəcəksən: filmdə müasir müəllif bizə Rusiya cəmiyyətində sevginin, məhəbbətin qalmadığını deyir. Və bitti. Həmçinin də Ceylan...
Bu, başqa yanaşmadır və bu mənə elə gəlir ki, kinonun dünya mədəniyyət problemlərindən uzaqlaşmağının təzahürüdür. Mən bu fikri dəfələrlə söyləmişəm, yenə deyirəm, bu məncə cəmiyyətdən irəli gəlir.
Cəmiyyətdə fəhlə, kəndli, ziyalı sinfi var idi. İndi bütün dünyada xidmət sinfidir: satıcılar, sürücülər, şirkət işçiləri - bunlar hamısı xidmət edir, yaratmır. Fəhlə yaradır- detallardan nəsə yaradır. Kəndli ağac əkir, meyvəsi yetişir, qoyun otarır, inək saxlayır, onun südü, qatığı, pendiri olur. Yəni yaradır. Yazıçı, rejissor heç nədən film, əsər yaradır. O mənada mən heç vaxt xidmət etməmişəm, yaratmışam.
Amma onlar pula görə işləyirlər. Pul hamıya lazımdır, mən də pulu sevirəm. Amma siz həkimdən soruşun, deyin ki, xəstən ölsə, sənə yaxşı pul gələcək, sağalsa isə heç nə qazanmayacaqsan. 99,9 faiz həkim deyəcək ki, xəstə sağalsın. Rejissora desəniz ki, böyük sənət əsəri yaradacaqsan, amma pul qazanmayacaqsan, yaxud biabırçı bir film çəkib pul qazanacaqsan, özünə hörmət edən rejissor nə deyəcək, təbii ki, sənət əsərini seçəcək.
Amma xidmət adamlarının həyatlarında bu seçim yoxdur. Yaxşı işləyir pul gələcək, pis işləsə olmayacaq. İndiki kino bu xidmət cəmiyyətinin sənətidir.
"Retro" olmasaydı mən ölkəni tərk edəcəkdim"
- Ayaz müəllim, siz şöhrəti “Retro” verilişi ilə qazandınız.
- Şöhrət yox, populyarlıq...
- Sizə hansı yolları açdı?
- Bütün yolları. Populyarlıq çox əlverişli bir şeydir. Amma populyarlıqdan savayı o verilişin həyatımda çox əhəmiyyətli bir yeri var. “Retro” ilk növbədə məni ölkəyə bağladı. Sovet dönəmi idi və əgər o veriliş olmasaydı, mən ölkəni tərk edəcəkdim. Mən vətəni vətən kimi müstəqillikdən bir-iki il əvvəl dərk etməyə başladım. Təxminən 1988-89-cu illərdə...
O da 1983-cü il idi, mən sovet hökumətini, o quruluşu sevmirdim. O baxımdan “Retro”nun populyarlığı mənim həyatımı dəyişdi.
- O populyarlığı hələ də üzərinizdə hiss edirsiniz?
- Bəli. Məni tanıyırlar və bu mənim xoşuma gəlir. Sadəcə mənim üçün populyarlıq məqsəd deyil. Bəli, mənim çox xoşuma gəlir və bu qədər...
- Bir dəfə sizə bu barədə sual vermişdim. Dediniz ki, film çəkəcəm və yalnız dövlətin pulu ilə...
- Bəli. Birincisi, özəl vəsaitə gözdən iraq komediyalar - adamların zövqünü məhv edən filmlər çəkilir. İkincisi, mən bu dövlətin vətəndaşıyam və istəyirəm ki, layihəmə dövlət vəsait ayırsın.
"Kinonu heç kimə dəyişmərəm"
- Ayaz müəllim, zamanla fikirləriniz çoxmu dəyişib?
- Məni qələbə çox dəyişib. Heç qələbə də yox, müharibənin birinci günü mən çox dəyişdim. Müharibə başlayanda içimdə əminlik var idi ki, qələbə ilə yekunlaşacaq. Tam arxayın idim. Zamanın xüsusiyyəti ondan ibarətdir, o, insanları xeyli qabaqlayır. Əvvəllər mən zamanı qabaqlayırdım, indi zaman məni qabaqlayır.
Mən qarışıq nikahların alovlu tərəfdarıydım. Amma indi düşünürəm ki, insanın öz taleyi ölkəsinin taleyindən ayrılmamalıdır. Sən heç vaxt əmin ola bilməzsən ki, başqa millətdən olan həyat yoldaşın sənin ölkənin taleyi ilə həmdərd olacaq.
30-40 il bundan əvvəl məndən soruşsaydılar, deyərdim, məhəbbət hər şeydən üstündür.
İndi isə qətiyyətlə əksini düşünürəm. İnsan hislərini də ovcuna yığmalıdır. İnsan öz hislərinin üzərində qələbə çalmağı bacarmalıdır. Bu, təkcə sevgiyə aid deyil. Sən hislərinin qulu olmamalısan.
Bir deviz var idi: can-ruh Allaha, qəlb qadına, borc vətənə, şərəf heç kimə. Mənim üçün şərəf bərabərdir kino. Şərəfi, yəni kinonu heç kimə dəyişmərəm. Mən belə yaşayıram. Qadın ancaq qəlbdə olmalıdır. Ona görə elə ailə qurmaq lazımdır ki, bunlar bir-birinə zidd düşməsin...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
|