"Türkiyəli aktyorlar məni saya salmırdılar" - Komediya aktyorundan acı etiraflar
Tarix: 9-07-2021, 09:40 | Çap et
Azərbaycanda son dönəmlər komediya aktyoru deyəndə ilk onun adı yada düşür. 2000-ci illərin əvvəllərindən bəri ölkəmizdə yayımlanan əksər komediya filmləri və serialları onun adı ilə bağlıdır. Söhbət əksər insanların sevimlisi olan aktyor Elməddin Cəfərovdan gedir. Onu yaxından tanımaq üçün həmsöhbət olduq. Aktyor yaradıcılığından, ölkəmizdəki komediya filmləri və seriallarının vəziyyətindən Sputnik Azərbaycan-a danışıb:
"Hamı qınayır ki, komediya filmlərində nə vaxta qədər eyni simaları görəcəyik. Haqlıdırlar, amma bir problem var. Kinostudiyanın çəkdiyi filmlərə bizi ümumiyyətlə çəkmirlər. Həmin filmlərə sonra baxılmır, satılmır, sonra da biz müqəssir oluruq. Deyirlər kütlə onlara baxır. Yaxşısı budur, siz bizi çağırın o filmlərə, biz sizə təkan olaq, siz də bizə təkan olun".
Aktyor əlavə edir ki, o professional filmə çəkilmək istəyir. Şikayətlərini isə belə dilə gətirir:
- Siz məni çəkmirsiniz, çəkməyi də planlaşdırmırsınız. Eqo savaşına çıxırsınız, bütün karyeranızı məhv edirsiniz. Sonra da başlayırlar ki, nə qədər eyni sifətləri görək olar? Bizim çəkdiklərimizi başqa ölkələrdə də ediblər. "Mall"larda yayıma gedən, pul yatırılan filmlər nümayiş olunurdu. Heç kəs onlara heç nə demirdi. Amma biz "Xoxan", "Naxox" və s. filmlər çəkdik. O vaxt "Rəcəb İvedik"in filmlərinə 70 min bilet satılırdı, amma bizim filmlərimizə min-iki min bilet satılırdı.
"Xoxan" filmi 124 min bilet satdı, ondan sonra "Rəcəb İvedik"in satışı düşdü ölkədə. Hamı yerli filmə getdi. Bu vaxt təşəkkür etmədilər ki, axır ki, xarici filmlərin ayağını kəsdiniz, camaat öz yerli filmimizə baxır, bunu demədilər. Başladılar ki, nə vaxta qədər eyni sifətləri görəcəyik? Nə əcəb "Rəcəb İvedik"ə, Hollivuddan gələn komediya filmlərinə etiraz etmədiniz? Hollivuddan gələn hər film sənət əsəri deyil. Orada da aşağı səviyyəli filmlər var, amma onlar bəh-bəhlə qarşılanır, yayımlanır. Gücünüz Elməddinə çatır?
İmkan verməyin bizimkilər burada pul qazansınlar, qoyun "Rəcəb İvedik"lər gəlib pul qazansınlar. Yerli adam olmasın. Bax bu psixologiyanı məhv edə bilsək, irəliləyə bilərik. Amma sən Elməddini çəksən, rejissor kimi özün də qabağa gedərsən. Çünki, Elməddin nə qədər xarici ölkəyə də getsə, azərbaycanlılarla işləmək istəyəcək. Biz bir-birimizi niyə içimizdən məhv edirik? Mən də başa sala bilmrəm ki, dövlət sifarişli, bədii filmlərə çəkilməməyim mənim şanssızlığımdır. Qurumun nümayəndələri məni çəkmək istəmir, deyirlər niyə Elməddini çəkək? Amma məni çəksələr, qazandıqları pulun 15 mislini qazana bilərlər. Çəkmirlər, tənqid hədəfi də mən oluram. Çünki, onlara nisbətən zəifəm axı. Mən Rəcəb İvedik deyiləm axı deyim "ağıllı olun, nə istəsəm çəkərəm". Mən Elməddinəm, Elməddini susdurmaq rahatdır.
- Bəzən rollarınız təkrarlanır. Bunun səbəbi nədir?
- Mən etalonammı? Xeyr, mənim də bacarmadığım rollar var. Mən bəzən təkrarlayıram özümü. Niyə? Çünki, rejissor məndən bunu istəyir. Rejissor məndən tələb etdi, mən kapriz etdim? Yaxşı ssenari gətirdilər, milyardlarla pul istədim? Yaxşı film təklif etdilər, çəkilmədim? Yox abi, günəş çıxmadı. Qaranlığın səbəkarı mən ola bilmərəm axı. Yaxşı iş olanda onlarlıqdır, bunun sənə heç aidiyyatı yoxdur. Uğursuz iş olanda Elməddinlikdir. Ona görə də artıq tənqidləri boş verirəm".
- Sizi həmişə komediya janrında görmüşük, dram janrında özünüzü sınamaq istiyərdinizmi?
- Əslində özümü yoxlamaq kimi bir iddiam yoxdur. Özümü kimə sübut edəcəm ki? Hələ komediyada etmək istədiyimin 1 faizini etməmişəm. Hələ elə bir şansım, elə bir ortam olmayıb. Mən istədiyimi tam bacara bilmirəm. Çünki, çatışmazlıqlar var. Yeni rejissorlarla işləməliyəm. Bir az dram janrına yaxın "Qaragöz" filminə çəkilmişəm. O da tragikomediya idi. Tamaşaçılar bəyənmişdi, amma nə qədər güclü oynamışam, bunu deyə bilmərəm. Mən dünən çəkildiyim filmə bu gün baxıram, deyirəm yox, bunu daha da yaxşı edə bilərdim.
- Türkiyədə "Çat kapı aşk" filmində çəkilmisiniz. Etiraf edək ki, Türkiyənin kino sektoru bizdən qat -qat öndədir. Onların təcrübəsindən yararlana bilirsinizmi?
- Türkiyədə "Çat kapı aşk" filminin çəkilişləri vaxtı türk aktyorları ümumiyyətlə məni saya salmırdılar. Məni aktyor kimi yanaşmırdılar. Özlərindən aşağı görürdülər. Birinci çəkilişdən sonra hər kəs başıma fırlanmağa başladı. Filmdə bəzi çətin səhnələr var idi, məndən gözlətiləri yox idi. Düşünürdülər ki, bacarmaram. O rolun öhtəsindən gələndən sonra başıma fırlanırdılar. Orada operator rejissor qədər hörmətlidir. Quruluşçu operator rejissora dedi ki, "abi, təsadüfən alındı, ola bilməz". Elə bilirdi türk dilini anlamıram. Sonra 2-ci, 3-cü səhnə çəkildi. Gördülər ki, təsadüf deyil. Sonra tort kəsdilər, başıma fırlandılar. Dedilər "Azərbaycanda belə yetenek var". Dedim "abi, mən Azərbaycanın ən yeteneksiz adamıyam, orada ele yeteneklər var ki".
Məsələn, orada bir italyan aktyoru var idi, başına fırlanırdılar. Adamın bacarığına baxmayıblar. Sadəcə adı üstündə idi – italyan aktyorudur. Azərbaycan aktyoru deyəndə bir pillə aşağı baxırdılar. Sevirdilər, insan kimi, qardaş ölkə kimi hörmət edirdilər. Amma istedadına inanmırdılar. Avropalı, amerikalı olanda sorğu-sualsız onlara bütün qapılar açıq olurdu. Amma azərbaycanlısansa, gərək öz istedadını sübut edəsən.
- Artıq sizin nəyə qadir olduğunuzu bilirlər, istedadınıza bələddirlər. Həmin filmdən sonra təkliflər gəldimi?
- Sonralar təkliflər gəldi, amma orada darıxırdım. Ailəm burada idi. Onları da aparsam övladlarımın təhsilinin sıfırlanacaqdı. Üstəlik, orada yaşaya bilməzdim. Buranın gözəl tərəfini demirəm, hətta tozunu çox sevirəm. Cənubi Azərbaycanda filmə çəkiləndə 2 gündən artıq qala bilmədim. Amma çox şey öyrəndim. Öyrəndiklərimi burada tətbiq edirəm. Onlar mənə səhvlərimi öyrətmədilər, onlar mənə nəyin səhv olduğunu öyrətdilər. Onlar mənə düzün nə olduğunu da öyrtəmirdilər. Çünki, özləri də düzünü bilmirlər, düzünü bilsələr "Oscar" alardılar. Amma səhvləri bilirlər, ən vacibi də budur.
- Yeni başlayanda "stand up"la başladınız. 2000-ci illərin əvvəllərində sizinlə eyni vaxtda başlayan Fərda Amin bunu davam etdi. Amma nədənsə sizdə görmədik. Nə vaxta "stand up" etməyi düşünürsünüz?
- 2002-ci ildə başlayanda sözün əsl mənasında Azərbaycanda böyük rezonans doğurdu. 3 il "stand up"la məşğul oldum. Açığı, "stand up"la başlasam da, sevmirəm. Hlbuki o dönəmlərdə "ən yaxşı aktyor" adını almışdım. İstəmədim tək mən danışım, insanlar dinləsin. İnsanlar sevirdi, amma mən onu səhnələşdirməyi sevirdim. Ümumiyyətlə, mən hərəkəti sevən adamam. Söz yox, daha çox hərəkət, jest və mimikanı sevirəm.
- O dönəmlərdə Azərbaycanda demək olar ki, serial çəkilmirdi. Bu baxımdan da "ilk"lərə imza atdınız. Amma sizi tənqid edirdilər...
- Həmin dönəmdə təkcə bizdə yox, bütün dünyada serial dönəmi başladı. Biz də seriallar çəkməyə başladıq – "Ailəm", Bacanaqlar" və s. Düzdü uğursuz oldu, çox böyük səhvlər etdik, bizdən qaynaqlanan və bizdən aşlı olmayan səhvləri etdik. Bəzən insanlar məni texniki problemlərə görə qınayırdılar. Amma mən texniki problemlərə cavabdeh deyildim. Bu bilirsiniz nəyə bənzəyir? Mən avtobusda gedirəm, avtobusda baş verən problemə görə məni danlayırlar. Avtobusda getməyim avtobusun sahibi olduğum anlamına gəlməz. Amma öyrənirdik. Yaxşı ki, zamanında o səhvləri etdik. Serialda istədiyim uğura sahib olmamışam.
- "Bacanaqlar" Azərbaycanda ən uzun müddət davam edən serial idi. Serialın dayandırlmasının səbəbi nə idi?
- "Bacanaqlar" ölkənin ən uzun serialı oldu – 10 il davam etdi. Serialı bağlamaq qərarına gələndə serialın qədrini bildim. Çünki, Qazaxıstandan və Türkiyədən olan tamaşaçılar dedilər ki, "Bacanaqlar"ı bağlama. Bunu o insanlar deyirdilər ki, onlar yerli qazaxlar və türklər idi. Bağlayandan sonra gördüm ki, sən demə, insanlar bu serialı sevirmişlər.
- Artıq Türkiyədə də tanınırsız, amma bundan narahat olduğunuzu demisiz...
- Orada olanda bilməzdim ki, yerli əhali məni tanıyır. Açığı, bu məni diskomfort edirdi. Məsələn, mən dönər yemək istəyirdim. İstəyirdim gedim Taksimdə dönər yeyim. Amma tanınmış olmağım mənə mane olur. Deyirdilər "Azeri ünlü", bir "Azəri" sözünə görə, ikinci də "ünlü" sözünə görə özünü bəy kimi aparmaq məcburiyyətində idim. Onda da özün olmursan, rol oynayırsan. Ailəmlə orada gəzirdim, orada "Bigmag" adlı yer var idi, dedim girək ora. Yoldaşım dedi "sən tanınmışsan". Dedim mən ondan yemək istəyirəm. Girdim, yedim. Çəkdilər, amma vecimə də deyildi, çünki istəyirdim. Yəni, dediyim odur ki, şöhrəti sevmirəm. Açığını deyim, bu sənətə gələndə şan-şöhrət, tanınmaq barədə düşünməmişdim".
""Bacanaqlar", "Qardaşlar", "Qız atası", "Kişi sözü" seriallarda faəliyyət göstərirdim. Türkiyədə olanda deyirdilər "abi, 4 dizinin yapımcısısan. Hərəsindən ayda 100 min dollar qazanırsan". Öz-özümə dedim heç 4 serialdan 100 min qazanmıram. Amma onların yanında özümü bəy kimi aparırdım. "Bəli, hər şey əladır" deyirdim. Hamı məni varlı bilirdi. Öz-özümə deyirdim ki, "yox e abi, yanlış anlamısınız, nə olsun ki, 4 serialım var. Amma sizin qazandığınızın yarısını mən qazana bilmirəm". Düzdü buna görə heç vaxt ağlamamışam ki, mən bu qədər əziyyət çəkirəm, amma qazana bilmirəm. Mən şikayətlənirəmsə, onda daş karxanasında gününə 10 manata çalışan insanlar nə etsin? Mən həmişə şükürlü insan olmuşam. İnsanlar mənə sayqıyla yanaşır, məni görəndə təbəssümlə salam verir. Bunun özü Allahın lütfdür.
- Aktyor kimi sizə populyarlıq qazandıran "Tək səbir" verilişi ilə bağlı hansı xatirələriniz var?
- "Tək səbir" verilişi saat 7-də başlayırdı. İlk dəfə verilişə baxmaq üçün bir kafeyə getdim, üzümə baxan yox idi. Veriliş saat 8-də qutaranda kafedəkilərin hər biri mənimlə o dövrün telefonları ilə şəkil çəkdirdi. Küçəyə çıxa bilmirdim. 1 saatın içində nə baş verdiyini anlaya bilmirdim. Bilirsiniz niyə anlaya bilmirdim? Çünki, mənim cibimdə yenə də pul yox idi. Amma məşhur idim. Məşhur olmağımın mənə heç bir xeyiri yox idi. Məndə heç nə dəyişmədi. Məşhurlaşan insanlar məşhurluğun eyforiyasına qatılıb, narkotikə, içkiyə qurşandılar. Mən həm dini təhsilimə, həm də maddi baxımdan çətinliyim olduğuna görə, populyarlıq mənə zövq vermirdi. Hə nə olsun ki, məşhursan, şəhərə çıxmağa pulun yoxdur.
Mənimlə birlikdə başlayan Müşfiqin, Fərdanın, rəhmətlik Ramizin, Anarın da maddi vəziyyəti mənimki kimi idi. Bir paltarı 3-4 dəfə efirə geyinəndə deyirlər "niyə eyni geyimdə gəlirsiniz?" Paltar bir dənədir, kefimizdən belə geyinmirik, nə edək? Deyirdilər "Fərda, nə vaxta qədər qırmızı kofta ilə çıxacaqsan? Elməddin nə vaxta qədər qara kofta ilə çıxacaqsan?". Bir-birimizin paltarı ilə efirə çıxırdıq. İnsanlar düşünürdülər ki, televiziyaya çıxıram, yəqin ki, pulum var.
- Sizi pozitiv insan kimi tanıyırıq. Sizin sözünüzə qüvvət, sizi istər efirdə, istərsə də adi həyatda görəndə istər- istəməz insanlar üzündə təbəssüm yaranır. Bəs Elməddin Cəfərov evdə necədir?
- Yoldaşım müəllimədir. Bir az ciddidir. Amma oğlanlarımla danışıb-gülürük, filmlərə baxırıq. Oğlanlarımla dost olmağa çalışıram. Çünki, istəyirəm bir problemləri olanda mənə desinlər. Qəddar ata olmaq istəmirəm. Ümumiyyətlə, qəddar ailə başçısı da olmaq istəmirəm. Bütünlükdə yaxşı insan olmağa çalışıram. Həm yaxşı ata, həm yaxşı həyat yoldaşı, həm yaxşı övlad və ən əsası cəmiyyətdə yaxşı insan kimi yadda qalmaq istəyirəm.
- Camaat elə düşünür ki, pandemiyadan əvvəl sənət adamları milyonlar qazanırdı. Bu doğrudur?
- Bizim sənətçilərin yeganə gəlir mənbəyi toy idi. Pandemiya vaxtı ondan da məhrum oldular. Bu təsəvvürü də şou-biznes nümayəndələrinin özləri yaradıblar. Şan-şöhrət, 1 manatlıq əşyanı 10 manat kimi göstərirdilər, kreditlə aldıqları maşını nəğd almış kimi göstərirdilər. Beləliklə, kütləvi bir fikir formalaşmışdı ki, şou-biznes nümayəndələri çox varlıdırlar. Halbuki əksəriyyəti kirayə qalırdı, ipoteka ilə maşın alırdı. Sözsüz ki, onların içində varlıları da var. Digər sahələrin varlı insanları olduğu kimi bu sahədə də varlı insanlar var. Ola bilsin ki, bu sahədə varlı daha çoxdur. Sadəcə insanlar maksimuma baxır, hamı haqqında o cür düşünür.
Necə ki, hər futbol oynayan Ronaldo kimi milyarda sahib deyil, eləcə də hər şou-biznes nümayəndəsi də varlı deyil. Bu, özünü xüsusilə pandemiya dövründə göstərdi. Pandemiya dövründə ipotekalarını, kreditlərini ödəyə bilmədilər və hər şey ortalığa çıxdı. Varlı adam 2-4 aya kasıblaşa bilməz. Bilmirəm nədəndir, amma kütlənin tanınmış insanlara qarşı çox böyük qıcığı var. Tanınmış bir insanla bağlı paylaşım görəndə deyirlər girim bir ağır şərh yazım.
- Bəz siz pandemiya dövrünü necə keçirirsiz?
- Hazırda "Ailəm" serialında çalışıram. Biz başlayandan 1 ay sonra pandemiya başladı. Çəkilişlərimiz dayandı. Başlayanda elə də uğurlu başlamamışdı. Yalnışlıqlarımız oldu. Sentyabrın 20-i ilk efirimiz oldu, 27-i müharibəyə görə dayandı. Yanvar ayında yenidən başladıq. Sonra yenə pandemiyayla əlaqədar qapanmalar oldu. Bunda günahkar təkcə pandemiya deyildi, bizdə də problemlər oldu. İnşallah bu sezonun sonuna uğurlu olmasına çalışırıq. Pandemiya, müharibənin təsiri ilə serialın büdcəsini tamamilə məhv oldu. Yayımın zəif olması sponsorların uzaqlaşmasına səbəb oldu. Bunları ağlamaq üçün demirəm, sadəcə reallığı deyirəm.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Bu gün, 14:09 |
|
|
|
• BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Bu gün, 14:00 |
|
|
|
• Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Bu gün, 13:53 |
|
|
|
• Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Bu gün, 13:43 |
|
|
|
• Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Bu gün, 13:39 |
|
|
|
• Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Bu gün, 13:34 |
|
|
|
• 900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Bu gün, 13:27 |
|
|
|
• Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Bu gün, 13:18 |
|
|
|
• İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Bu gün, 13:11 |
|
|
|
• Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Bu gün, 13:08 |
|
|
|
• Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Bu gün, 12:53 |
|
|
|
• "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Bu gün, 12:48 |
|
|
|
• “Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Bu gün, 12:23 |
|
|
|
• Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Bu gün, 12:22 |
|
|
|
• “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Bu gün, 12:17 |
|
|
|
• Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:09 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06 |
|
|
|
• Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Bu gün, 11:54 |
|
|
|
• İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44 |
|
|
|
• Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32 |
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
|