"Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" .....                     "O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" .....                     Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? .....                     İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: .....                     Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... .....                     Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər .....                     Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir .....                     Ermənistanın Azərbaycan ərazilərinə iddiası yoxdur .....                     Prezidentin rütbədən məhrum etdiyi .....                     Ermənistanın KTMT qərarı: .....                     Bir aydır rayonlara yanacağın verilməsi niyə dayandırılıb? .....                     Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib .....                     Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb .....                     “Qonşuları Rusiyadan daha qorxmurlar” .....                     Aparıcı Zaurun adı talassemiyalı xəstlərin işində hallandı: .....                     Qətər Ermənistana bütün uçuşları ləğv etdi .....                     Bakıdakı bu tarixi abidə bərpa olunacaq .....                     “Bank of Baku”da yeni TƏYİNAT .....                     Bakı həbsxanasında .....                     Nazim Quliyev yenidən 10 ilə kimi məhkum edilə bilər .....                     "Hər an hərəkətə keçməyə hazır olan qüvvələr .....                     İrəvan Moskvadan hər fürsətdəcə .....                     Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər .....                     "Ona görə ki, o, çox yaşamağa layiqdir..," .....                     İran əgər uğura nail olmaq istəyirsə... .....                     Bu il Zəfər Günü münasibətilə Xankəndində parad keçiriləcək? .....                     Zəngəzur dəhlizi: “Bəşəriyyət üçün...” .....                     Elə bil camaata QƏNİM KƏSİLİB... .....                     Prezident general-mayoru rütbəsindən məhrum edib .....                     “Neftçi” 2 milyona Fatih Terimi gətirir? .....                     “İsrail dayanmayacaq və İranı müharibəyə sürükləmək üçün daha ağır addımlar atacağı istisna deyil” .....                     Rusiya Azərbaycan ərazisində yeni nümayəndəliklər açmağı planlayır .....                     AQTİ 2 milyon manatlıq laborator avadanlıqlar alır .....                     Ermənistan ABŞ ilə təhlükəsizlik sisteminin modernləşdirilməsinə dair müzakirələr aparıb .....                     Paşinyanın yeni ampulasını beynəlxalq ekspertlər belə dəyərləndirir .....                     Cinayət əməlləri törətmiş şəxslər cəzalarını çəkməlidirlər .....                     182 nömrəli məktəbdə nə baş verib? .....                     Lavrov ərəb ölkələrinin Moskvadakı səfirləri ilə görüşüb .....                     Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib .....                     "Müflis oldum, atamın maşınını belə satıb borc ödədim" .....                 

"Nə mən, nə də Elçin anamın son dəqiqəsinə çata bilmədik, bizi görmədən dünyadan köçdü"
Tarix: 28-06-2021, 08:46 | Çap et
"Nə mən, nə də Elçin anamın son dəqiqəsinə çata bilmədik, bizi görmədən dünyadan köçdü"
"Barat xanım mənim həm anam idi, həm bacım, də rəfiqəm. Mən doğulanda anamın 17 yaşı olub. Evin ilk övladı olduğuma görə anamın gözü mənim üstümdə idi. Bacım Rövşanəni, qardaşım Elçini mən saxlamışam. Elçinə həm analıq etmişəm, həm də bacılıq. Amma anam Elçini daha çox istəyirdi, onu elə qoruyurdu ki. Elə mən də, bacım da"

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, aktrisa Barat Şəkinskayanın qızı AzTV-nin ilk qadın televiziya rejissoru Solmaz Həmzəyeva deyib. Bu gün doğum günü olan aktrisa ad günlərini xüsusi qeyd etməyi sevmədiyini deyir.

"Gündə 2 dəfə teatra gedirdi, səhər saat 10-da, axşam saat 7-də. Saat 10-da məşq edirdi, 7-də isə tamaşa oynayırdı. Doğum günlərini qeyd etməyə vaxtı belə yox idi, həm də xüsusi hazırlaşmırdı bu günə. O vaxt həm də axı dəbdə deyildi doğum gününü dəbdəbəli şəkildə qeyd etmək. Gözəl yeməklər hazırlayırdı, mətbəxi sevirdi. Boş vaxtı çox az olurdu, amma buna baxmayaraq bizə hər zaman vaxt ayırırdı. Rejissorlar anama xarici görünüşünə görə daha çox əcnəbi rollar verirdilər. Barat xanım Şekspir aktrisası idi, səhnədə Cülyetta, Dezdomona kimi obrazlar yaratmışdı. Amma buna baxmayaraq Azərbaycan qadınlarını da oynayırdı. Məni özü ilə teatra aparırdı, demək olar ki, bütün tamaşalarına baxmışam. Hətta anamla birgə bir neçə tamaşada bacısı rolunda çıxış da etmişəm" deyə aktrisanın qızı deyib. Solmaz Həmzəyeva anasının 3 dəfə ailəli olmasından da söz açıb.

"Anam Gəncədə olarkən Gəncə Qadınlar Klubunun rejissoru Mir İbrahim Həmzəyev ona səhnədə aşiq olur və ailə həyatı qururlar. Bu izdivacdan mən dünyaya gəlmişəm. Lakin bu ailə həyatının ömrü iki il çəkir. Müəyyən səbəblər üzündən anam atamdan ayrılır. Mən atamı görməmişəm, çünki körpə uşaq olmuşam. Anam ikinci dəfə Şəmsi Bədəlbəyli ilə ailə həyatı qurur, bu evlilikdən isə bacım Rövşanə Bədəlbəyli dünyaya gəlir. Anamın 3-cü evliliyi isə rejissor Mehdi Məmmədovla olub, qardaşım Elçin Məmmədov bu izdivacdan dünyaya gəlib. Elçin hamınıza "Dədə Qorqud" filmində Qaraca Çoban, "Yeddi oğul istərəm" filmində isə Mirpaşa rolları ilə tanışdır. Anam heç vaxt nə Şəmsi, nə də Mehdi müəllimlə ucadan danışmazdı, heç vaxt onların dava-dalaşlarına şahidlik etməmişəm, əksinə, evdə hər zaman mehribançılıq görmüşəm"deyə Solmaz Həmzəyeva deyib.

Solmaz xanım deyir ki, anası son gününə qədər bir gözlə yaşayıb.

"Anam foto çəkilişi zamanı fotoqrafın naşılığı üzündən civəli lampanın işığı elə salınmışdı ki, bir neçə nəfərin sağlamlığına ziyan dəymişdi, anamın isə bir gözü qlaukoma oldu. Cərrahiyyə əməliyyatı elətdirib süni göz saldırmalı oldu. Xasiyyəti elə sadə idi ki, sonralar müsahibə almağa, süjet hazırlamağa gələn jurnalistlərə deyirdi ki, a bala, gözlə, qoy gedim gözümü taxım gəlim. Paşa Qəlbinur sağ olsun onu müalicə edirdi, anam üçün əlindən gələni etdi. Son gününə qədər çox yaxşı münasibətləri var idi Paşa Qəlbinurla" deyə Solmaz Həmzəyeva bildirib.

Solmaz Həmzəyeva anasının son gününü belə xatırlayır.

"Mən rəfiqəm, diktor Şərqiyyə Hüseynovagildə idim, Roza Tağıyeva da bizimlə idi. Süfrəyə yeni oturmuşdum, gördüm ki, qızım Afətdən zəng gəldi. Ürəyimə dammışdı ki, nəsə olub. Mənə dedi ki, ana, tez evə gəl, nənə yaxşı deyil. Anamın yanında baxıcı qadın qalırdı. Ona deyib ki, deyəsən ölürəm, zəng elə Elçin gəlsin. Elçinə zəng ediblər, o da təcili yardım maşınının arxasınca getdiyinə görə gecikib. İkimiz də gecikmişdik, nə mən, nə də Elçin onun son dəqiqəsinə çata bilməmişdik. Anam bizi görmədən bu dünyadan köçdü. Hazırda mənim yaşım 90-nı keçib, amma yenə də onun sözünə, məsləhətinə, nəfəsinə ehtiyacım var. Ana hər yaşda anadır, mən özüm də anayam, amma yenə də anamı istəyirəm" deyə Solmaz Həmzəyeva deyib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" - "The Guardian"
Bu gün, 18:17
"O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" - keçmiş səfir
Bu gün, 18:14
Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? - Milli Məclisin yeni heyəti üçün EV TAPŞIRIĞI...
Bu gün, 18:11
İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: - Gecəki hücumun DETALLARI
Bu gün, 18:01
Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... - cavab vermək ZORUNDADIR...
Bu gün, 17:59
Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər - SİYAHI
Bu gün, 17:53
Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir - SƏBƏB
Bu gün, 17:51
Ermənistanın Azərbaycan ərazilərinə iddiası yoxdur - Alen Simonyan da Paşinyanın dediklərini təkrarlayır
Bu gün, 17:50
Prezidentin rütbədən məhrum etdiyi Tofiq Həsənov kimdir?
Bu gün, 17:35
Ermənistanın KTMT qərarı: - Mirzoyanın Varşavada ikibaşlı çıxışı
Bu gün, 17:34
Bir aydır rayonlara yanacağın verilməsi niyə dayandırılıb? - NARAZILIQ VAR...
Bu gün, 17:29
Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib - VİDEO
Bu gün, 17:25
Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
Bu gün, 17:24
“Qonşuları Rusiyadan daha qorxmurlar” - The Hill
Bu gün, 17:20
Aparıcı Zaurun adı talassemiyalı xəstlərin işində hallandı: - “Pul yığılarkən...”
Bu gün, 17:19
Qətər Ermənistana bütün uçuşları ləğv etdi - AÇIQLAMA
Bu gün, 17:18
Bakıdakı bu tarixi abidə bərpa olunacaq - 700 min manatlıq restavrasiyaya başlanılır
Bu gün, 17:15
“Bank of Baku”da yeni TƏYİNAT - DOSYE
Bu gün, 17:11
Bakı həbsxanasında ÖLÜM
Bu gün, 17:05
Nazim Quliyev yenidən 10 ilə kimi məhkum edilə bilər - TƏFƏRRÜAT
Bu gün, 17:04
"Hər an hərəkətə keçməyə hazır olan qüvvələr Azərbaycanı qaralamaqda davam edirlər"
Bu gün, 17:02
İrəvan Moskvadan hər fürsətdəcə QAÇIR
Bu gün, 17:01
Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər - Paşinyan
Bu gün, 16:58
"Ona görə ki, o, çox yaşamağa layiqdir..,"
Bu gün, 16:47
İran əgər uğura nail olmaq istəyirsə... - İNCƏLƏMƏ
Bu gün, 16:42
Bu il Zəfər Günü münasibətilə Xankəndində parad keçiriləcək? - AÇIQLAMA
Bu gün, 16:38
Zəngəzur dəhlizi: “Bəşəriyyət üçün...” - GƏLİŞMƏ
Bu gün, 16:36
Elə bil camaata QƏNİM KƏSİLİB... - İlk üçlükdədir...
Bu gün, 16:34
Prezident general-mayoru rütbəsindən məhrum edib - SƏRƏNCAM
Bu gün, 16:31
“Neftçi” 2 milyona Fatih Terimi gətirir? - "Onunla danışıqlar..."
Bu gün, 16:26
“İsrail dayanmayacaq və İranı müharibəyə sürükləmək üçün daha ağır addımlar atacağı istisna deyil” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:17
Rusiya Azərbaycan ərazisində yeni nümayəndəliklər açmağı planlayır - TASS
Bu gün, 16:15
AQTİ 2 milyon manatlıq laborator avadanlıqlar alır
Bu gün, 16:09
Ermənistan ABŞ ilə təhlükəsizlik sisteminin modernləşdirilməsinə dair müzakirələr aparıb
Bu gün, 16:09
Paşinyanın yeni ampulasını beynəlxalq ekspertlər belə dəyərləndirir - ŞƏRH
Bu gün, 16:05
Cinayət əməlləri törətmiş şəxslər cəzalarını çəkməlidirlər - Başqa cür ola da bilməz...
Bu gün, 16:02
182 nömrəli məktəbdə nə baş verib? – Şagirdlər təxliyə olundu
Bu gün, 15:58
Lavrov ərəb ölkələrinin Moskvadakı səfirləri ilə görüşüb
Bu gün, 15:47
Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib - İLGİNC
Bu gün, 15:18
"Müflis oldum, atamın maşınını belə satıb borc ödədim" - Ramiz Novruzun qızı
Bu gün, 15:12
Tibb sektorunun “mogikanı”: - Azəri Med ATU-nin tenderini də uddu
Bu gün, 14:00
Ermənistan parlamenti Qarabağdan gedən ermənilərə "yox" dedi
Bu gün, 13:56
Flora Kərimova Afətin üzrünü qəbul etmədi: - "Onu başa salın..."
Bu gün, 13:10
Nazirlik dörd məktəbdə təmir işləri üçün 1 milyon manat ayırdı
Bu gün, 13:06
Xalq artistinin açıq-saçıq geyimdə FOTOSU
Bu gün, 13:02
“Paşinyan Qarabağ ermənilərinə xəyanət etdi”
Bu gün, 12:57
AZAL “AerCap” şirkətindən 6 yeni A320neo və A321neo təyyarəsini əməliyyat lizinqinə götürür - DETALLAR
Bu gün, 12:46
Lavrov Polad Bülbüloğluna Putinin verdiyi ordeni təqdim etdi - FOTO
Bu gün, 12:44
Bölgələrdə güclü külək əsəcək - Belə deyirlər...
Bu gün, 12:41
Nəsimi rayonunda 12 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
Bu gün, 12:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru