İmperializmin çətiri altına doğru .....                     Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular” .....                     BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar .....                     Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır .....                     Sosial şəbəkələrlə bağlı qanun .....                     Marketlərdə satılan süd və süd məhsulları .....                     Polşa da Ermənistanı xilas .....                     900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir .....                     Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? .....                     İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı .....                     Ermənistan mütəxəssislərini .....                     Məhkəmə həmin direktoru işinə qaytarsa da, .....                     "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik" .....                     “Xatirə İslamın ailəsi mənə hücum etdi” .....                     Moskvada kritik söhbət: .....                     “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” .....                     Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı .....                     Arabir yağış yağacağı ehtimalı var .....                     Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ .....                     İranda azərbaycanlı sosial media fəalı həbs edildi .....                     Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... .....                     BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu .....                     Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? .....                     Daha 5 rektor təyinatı GÖZLƏNİLİR .....                     “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... .....                     Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur .....                     Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu .....                     Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... .....                     Zəngəzur məsələsi həllini tapır .....                     Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar .....                     Finlandiyadan Azərbaycanla bağlı qərar: .....                     "Nə qorxu? .....                     Ermənistan hərəkətlərində səmimi deyil .....                     `UniBank` müştərilərdən qanunsuz pul tələb edir .....                     Vəzifəli şəxs qəfil vəfat etdi .....                     Ev verildiyi deyilən deputat DANIŞDI: .....                     “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... .....                     "Siqaret və içkidən uzağam, amma gecələr..." .....                     Gölləri qurudub bina tikən DEPUTAT... .....                     Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! .....                 

"Ailəmi dolandırmaq üçün məcbur olub teatrdan uzaqlaşdım"
Tarix: 21-06-2021, 08:20 | Çap et
"Ailəmi dolandırmaq üçün məcbur olub teatrdan uzaqlaşdım"
Tanınmış aktyor Azər Axşam Moderator.az-ın suallarını cavablandırıb.

- Azər bəy, yeni mövsümdə hansı layihələrlə tamaşaçıların görüşünə gələcəksiz?

- Bu gündən sabaha plan qurmaq olmur. Kim hansı planı diktə edirsə, həmin plan üzrə də hərəkət edirik. Hələ ki, “Qız atası” serialında çəkilişlərimiz davam edir. Bir də Atv də yayımlanan “Şans oyunu” verilişinin aparıcısıyam. Yeni mövsümdə də bu iki layihənin davam edəcəyi düşünülür, amma bilmək olmaz, “gün doğmadan nələr doğar” deyib atalar.

- Uzun illərdir “Qız atası” serialında çəkilirsiz. Bu sizi yormur?

- Artıq 7 ildir ki, çəkilirəm. Başqa seriallara təklif olsaydı yorardı. Daha maraqlı başqa təklif yoxdur. Çox istərdim ki, komediyaya son qoyub, yaxşı bir dramatik serialda çəkilim. Sadəcə ölkəmizdə həftəiçi bir gün bir seriya olmaqla dramatik seriallar az şəkildə çəkilir. Mən bilən təkcə Rövşən İsaq çəkir. Amma indiyə qədər mənə serial sahəsində Elməddin kimi sərfəli çalışan adam rast gəlməyib.

-Təkcə siz deyilsiz, bəzi sənətçilərimiz də şikayət edir ki, rejissor aktyoru uzun müddət hansı janrdakı rollarda görürsə o janrda da rolları ona tapşırır.

- O bununla bağlı deyil, reytinqdən asılıdır. Məsələn, “Qız atası” komediya janrında çəkilir, bu janr reytinq verdiyi üçün serial 6 ildir ki, davam edir. 7-ci il də davam edə bilər, çünki tamaşaçı baxır, reytinq verir. Reytinq verməsə serialı dayandırarlar.

- Siz Pantomim teatrının yaradıcılarından və ilk aktyorlarından birisiz. Səhv etmirəmsə teatrın yubileyində siz də dəvət olunaraq tamaşa oynamışdınız. Bu necə bir hiss idi?

- Mənim üçün o hisslər heç dəyişməmişdi! Mənim üçün fərqi yoxdur, Pantomim teatrı olsun yaxud da başqa teatr. Çıxıb səhnədə oynamaq mənə böyük zövq verir. Hansısa teatrdan işləmək dəvəti olsa böyük məmnuniyyətlə işləyərəm. Təbii ki, televiziya ilə paralel.

- Teatrı illər öncə tərk etməyinizə səbəb nə olmuşdu?

- Teatrda əmək haqqı çox aşağı idi, televiziya daha çox maaş təklif etdiyi üçün ora getdim. Yeni ailə qurmuşdum, ailəmi dolandırmaq üçün məcbur olub teatrdan uzaqlaşdım.

- Aktyorlar bəzən şikayətlənir ki, 5 günə çəkiləcək olan səhnəni 1 günə çəkirlər.

- Bu ondan irəli gəlir ki, həftəiçi 5 gün dramatik serial çəkmək mümkün deyil, melodrama, yüngül dramatik serial ola bilər. Sonda bu gəlib xalturaya çıxır, çünki aktyor məcbur olur ki, yola versin. Həm də aktyora axı elə maaş vermirlər ki, o setdə yatıb qalsın, başqa işin dalınca qaçmasın. Aktyora elə maaş verirlər ki, o serialda çıxıb başqa qazanc dalınca qaçır.

- Sizcə serial sektorunda nə dəyişikliklər olmalıdır?

- Sadəcə olaraq seriallara yaxşı maddiyat ayırmaq lazımdır. Maliyyə dəstəyi olmalıdır ki, ortalıqda yüksək səviyyədə iş olsun. Pul verilir ya gəlib aktyora çatmır, ya da elə pul verilir ki, rejissor istədiyi aktyorları çəkə bilmir, yaxud da rejissorun pulu var, amma aktyora vermək istəmir. Belə olan halda yoldan keçən, ucuz aktyorlar seriallarda çəkilir. İctimai qınaq da yox, peşəkar qınaq da yox! Pis serial gedir efirdə, bədii şura ona qadağa qoyurmu? Xeyr! Heç kim onlara bir söz demir. Qınaq yoxdur!

- Bir müddət əvvəl Xalq artistləri Rasim Balayev və Əbdül Mahmudbəyov Elməddini tənqid etmişdilər. Yəqin ki, bundan xəbəriniz var.

- Bu gün Elməddin komediya janrında serial istehsalında bir nömrədir. O ki, qaldı Elməddinin tənqid olunmağına. Hər bir insanın işində mənfi müsbət tərəfləri olmalıdır da. Kim idealdır ki?

- Sizin tənqidə münasibətiniz necədir?

- Normal! Əgər tənqid edən insan başı çıxan insandırsa tənqidə qulaq asmağa dəyər! Çünki böyük ehtimal həmin insanın tənqidində nə istehza, nə də təhqir olmayacaq. Amma əfsuslar olsun ki, bu gün tənqid edənlərin 90 faizi ümumiyyətlə bu sənətdən başı çıxmayanlardır. Onların tənqidi mənə heç vız da gəlmir. O ki, qaldı tamaşaçı qınağı.Tamaşaçı qınağı ola bilər, deyə bilərlər ki, bundan xoşum gəlir yaxud xoşum gəlmir.

- Nədənsə sosial şəbəkələrdə də aktiv deyilsiz.

- Aktiv olub nə edəcəm?!

- Ən azından tamaşaçılarla ünsiyyət saxlayardınız.

- Tamaşaçı bizim ürəyimizdir, tamaşaçını sevməliyik, sevirik və sevəcəyik də. Çox məşhurların məqsədi heç tamaşaçı ilə ünsiyyət deyil axı.Çoxu
istəyir ki, səhifəsi aktiv olsun, daha sonra pul qazansın. Bu da onların haqqıdır, qınamıram, əcəb edirlər. Mən köhnə Azərbaycanlıyam, bəlkə cavan olsaydım onlar kimi olardım. Mən yaşda insanlarda sosial aktivlik azdır. Biz çalışmışıq aktivliyimizi səhnədə göstərək. Mən bacarmıram çəkildiyim nələrisə instaqram nümayiş etdirim, kimsə məni yayımlaya bilər, amma bunu mən edə bilmərəm.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İmperializmin çətiri altına doğru – Qaranlığa qayıdış
Bu gün, 15:00
Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Bu gün, 14:09
BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Bu gün, 14:00
Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Bu gün, 13:53
Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Bu gün, 13:43
Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Bu gün, 13:39
Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Bu gün, 13:34
900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Bu gün, 13:27
Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Bu gün, 13:18
İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Bu gün, 13:11
Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Bu gün, 13:08
Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Bu gün, 12:53
"Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Bu gün, 12:48
“Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Bu gün, 12:23
Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Bu gün, 12:22
“Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Bu gün, 12:17
Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:09
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06
Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Bu gün, 11:54
İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44
Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32
BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21
Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18
Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16
“Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05
Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00
Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38
Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36
Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34
Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26
Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24
"Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22
Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21
`UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14
Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01
Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59
“Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56
"Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51
Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Bu gün, 09:50
Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48
Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46
İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45
İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43
Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41
Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35
Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29
Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21
“BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19
Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08
Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru