Daha üç televiziya kanalı bağlandı: tamaşaçıları yerli TV-lərə necə qaytaraq? - AKTUAL
Tarix: 2-06-2021, 08:27 | Çap et
Bu gündən etibarən Azərbaycanda üç televiziya və bir radio kanalının fəaliyyəti dayandırılıb. Milli Televiziya və Radio Şurasının (MTRŞ) mayın 24-də keçirilən iclasında bununla bağlı qərar qəbul edilib.
Belə ki, “Lider TV” və “Radio-Azərbaycan” MMC-nin fəaliyyəti məhkəmənin qanuni qüvvəyə minən qətnaməsi ilə əlaqədar olaraq müflis olması, “Kaspi Global” MMC-nin (Dalğa TV) peyk televiziya yayımının ardıcıl olaraq 30 gündən artıq müddətdə həyata keçirilmədiyi, “Mingəçevir Televiziya və Radio Şirkəti”nin (Mingəçevir TV) və “Alternativ Tele-Radio” MMC-nin (ARB Ulduz TV) regional televiziya yayımının bir il ərzində 60 gün əsassız həyata keçirilmədiyi nəzərə alınaraq belə bir qərar verilib.
Xatırladaq ki, bu gün Azərbaycanda ümumrespublika yayımçısı olaraq 10, regional televiziya yayımçısı olaraq 12 televiziya fəaliyyət göstərir. 3 televiziya kanalı isə peyk yayımçısı olaraq efirdədir. Lakin aparılan sorğular ölkə vətəndaşlarının daha çox xarici telekanallara üstünlük verdiyini ortaya çıxarır. Yerli izləyicilər əsasən türk və rus televiziyalarına tamaşa edirlər.
Bəs, görəsən yerli televiziyaların fəaliyyətinə xüsusi maraq yaratmaq üçün hansı addımlar atılmalıdır? Nələr baş verməlidir ki, Azərbaycan tamaşaçıları xarici TV-ləri deyil, yerli kanalları izləsinlər?
AYNA məsələyə ekspertlərin şərhini öyrənib.
Qulu Məhərrəmli: “Tamaşaçılar yerli televiziyalardan üz çeviriblər”
Tanınmış teleaparıcı, professor Qulu Məhərrəmli deyib ki, bu gün Azərbaycanda yerli telekanalların maliyyələşməsi şəffaf deyil: “Onların maliyyə qaynaqları hansılardır, bunu necə həyata keçirirlər? Bu məsələyə dair nəinki ictimaiyyətdə, bu sahə ilə yaxından maraqlanan şəxslərdə belə, məlumat yoxdur. Milli Televiziya və Radio Şurası araşdırma aparmışdı və məlum olmuşdu ki, Azərbaycanda radioların illik gəliri 5 milyon ABŞ dolları civarındadır. Açığı, bu, mənim üçün gözlənilməz oldu. Bu cür araşdırmaların davam etdirilməsinə ehtiyac var. Telekanalların da maliyyə qaynaqları cəmiyyətə açıq elan edilməlidir”.
“Bütün hallarda bu sahədə maliyyələşmə mexanizmləri hələ də qaranlıqdır. Məhz elə bu səbəbdən də birmənalı fikir söyləmək çətindir. Bütün hallarda keçmişə yox, gələcəyə baxmaq lazımdır. Bu sahədə görəcəyimiz işlər isə kifayət qədərdir”, - deyə mütəxəssis bildirib.
Onun fikrincə, spesifik kanalların yaradılması vacibdir: “Düzdür, Azərbaycanda spesifik telekanallar mövcuddur. Misal üçün, mədəniyyət, idman, uşaq kanalları var və onlar ixtisaslaşmış şəkildə fəaliyyət göstərir. Lakin əhalinin maarifləndirmə səviyyəsini yüksəltmək üçün tədris və təhsillə bağlı kanalın da yaradılması zəruridir. Bu gün əksər televiziyalar cəmiyyətin ehtiyaclarını nəzərə almadan fəaliyyət göstərir. Məhz elə bu səbəbdən də cəmiyyət daha çox xarici telekanallara və sosial mediaya üstünlük verir”.
“Hazırda yerli telekanallarda təbliğat informasiyadan daha çoxdur. Yerli tamaşaçılar Azərbaycan televiziyalarından üz çevirib. Bunu doğuran səbəblər üzərində işləmək və yerli izləyicilərin yenidən yerli efir məkanına qayıtmasını təmin etmək üzərində işləmək lazımdır”, - deyə Məhərrəmli vurğulayıb.
Professor əlavə edib ki, 44 günlük Vətən müharibəsi zamanı tamaşaçılar arasında Azərbaycan televiziyalarına ciddi maraq yarandı: “Cəmiyyət onlara lazım olan əsas informasiyaları məhz yerli televiziyalardan əldə edə biləcəyi gerçəyini anladı. Bu mötəbərliyi indi qoruyub saxlamaq, inkişaf etdirmək, cəmiyyətə çox ciddi mesajlar vermək, ciddi problemləri açıq şəkildə müzakirə etmək, televiziyaların təbliğat yükünü azaltmaq çox önəmlidir. Eyni zamanda araşdırma aparmaq olar ki, tamaşaçılar xarici kanallarda daha çox hansı verilişlərə baxırlar. Həmin verilişlərin oxşarını necə yaratmaq olar? Bütün bu məsələlər kompleks şəkildə həyata keçirilməlidir”.
Ceyhun Əli: “Televiziya sahəsində inkişaf qaçılmazdır”
Teleaparıcı Ceyhun Əli isə tamaşaçıların yerli telekanalları seyr etməməsi ilə bağlı fikirlərlə tam razı deyil: “Müasir dövrdə televiziyada dəyişikliklər zərurətə çevrilib. İstənilən dövrdə tamaşaçı, auditoriya keyfiyyətli teleproqram gözləyib. Dövr sosial medianı daha zəruri etdiyi üçün telekanallar yayım şəbəkəsini daha da genişləndirərək sosial media vasitəsilə də informasiya ötürməyə başlayıb. Keyfiyyətli televiziya proqramı və layihəsinin arxasında ilk növbədə peşəkar mütəxəssis komandası dayanır. Əgər televiziya layihəsi peşəkar təqdimata əsaslanırsa, öz tamaşaçı auditoriyasını formalaşdıracaq”.
Müsahibimiz fikrini onunla əsaslandırır ki, bu gün tamaşaçının tələbi daha yüksəkdir və o, bunda haqlıdır: “Digər məqam telekanalların tələbə cavab vermək və zövqləri qane etmək üçün nə dərəcədə inkişaf etməsindədir. İnkişaf isə qaçılmazdır. Əgər 20-ci əsrdə telekanallar proqramlar hazırlayıb, tamaşaçı auditoriyası qazanırdısa, bu gün artıq süni zəka vasitəsilə tamaşaçının hansı proqrama baxmaq istəyəcəyini müəyyənləşdirmək mümkündür. Bu isə telekanalların gələcəkdə hansı istiqamətdə inkişaf etməli olduğu sualını yaradır. Artıq, mobil telefonlar televizoru əvəz edib. Amma tamaşaçının keyfiyyətli televiziya proqramına baxmaq istəyi nəinki dəyişməyib, əksinə artıb”.
“Bu gün ən çox ünvanlanan suallar sosial medianın inkişafı ilə bağlıdır. Telekanallar proqram istehsalı sistemində hansı dəyişikləri etməlidir? Açıq sual budur. Lakin peşəkar proqram və kontent ehtiyacı aktual qalacaq. Telekanalların tamaşaçı itirməsinin əsas səbəbi keyfiyyətli televiziya proqramlarının təqdim olunmamasındadır”, - teleaparıcı bildirib.
O, İTV nümunəsindən də missal gətirib: “Bu gün İctimai Televiziyanın klassik teleyayım format ilə yanaşı sosial media platformasında da yayımı aparılır. May ayı ərzində İTV-nin sosial mediada - “Youtube” üzərindən baxış sayı 20 milyondan artıq olub. Bu isə o deməkdir ki, peşəkar televiziya məhsulu hazırlamaqla yanaşı yayım kanallarını düzgün idarə və tətbiq etmək lazımdır”.
“Müasir dövr “Long Life Learning” (Bütün ömrün boyu öyrənməlisən – red.) modelinin tətbiqini tələb edir. Bu gün elm və texnologiya o qədər sürətlə inkişaf edir ki, zamana çatmaq üçün telekanalların özü də dəyişməlidir. Kadr potensialının gücləndirilməsi ilə yanaşı müasir texnoloji yeniliklərin tətbiqinə qədər bütün mərhələlər önəmlidir. “Yerli teleknallara baxılmır” fikri ilə müəyyən mənada razı deyiləm. Hər telekanalın və proqramın öz tamaşaçısı var. Problemə imkan kimi yanaşdıqda isə telekanalların hansı formada inkişaf etməli olduğuna sual tapmaq mümkündür. Hələ ümid var”, - deyə C.Əli fikrini yekunlaşdırıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmperializmin çətiri altına doğru – Qaranlığa qayıdış
Bu gün, 15:00 |
|
|
|
• Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Bu gün, 14:09 |
|
|
|
• BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Bu gün, 14:00 |
|
|
|
• Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Bu gün, 13:53 |
|
|
|
• Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Bu gün, 13:43 |
|
|
|
• Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Bu gün, 13:39 |
|
|
|
• Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Bu gün, 13:34 |
|
|
|
• 900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Bu gün, 13:27 |
|
|
|
• Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Bu gün, 13:18 |
|
|
|
• İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Bu gün, 13:11 |
|
|
|
• Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Bu gün, 13:08 |
|
|
|
• Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Bu gün, 12:53 |
|
|
|
• "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Bu gün, 12:48 |
|
|
|
• “Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Bu gün, 12:23 |
|
|
|
• Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Bu gün, 12:22 |
|
|
|
• “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Bu gün, 12:17 |
|
|
|
• Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:09 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06 |
|
|
|
• Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Bu gün, 11:54 |
|
|
|
• İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44 |
|
|
|
• Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32 |
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
|