Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır .....                     Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi .....                     Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır? .....                     "Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" .....                     "O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" .....                     Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? .....                     İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: .....                     Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... .....                     Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər .....                     Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir .....                     Ermənistanın Azərbaycan ərazilərinə iddiası yoxdur .....                     Prezidentin rütbədən məhrum etdiyi .....                     Ermənistanın KTMT qərarı: .....                     Bir aydır rayonlara yanacağın verilməsi niyə dayandırılıb? .....                     Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib .....                     Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb .....                     “Qonşuları Rusiyadan daha qorxmurlar” .....                     Aparıcı Zaurun adı talassemiyalı xəstlərin işində hallandı: .....                     Qətər Ermənistana bütün uçuşları ləğv etdi .....                     Bakıdakı bu tarixi abidə bərpa olunacaq .....                     “Bank of Baku”da yeni TƏYİNAT .....                     Bakı həbsxanasında .....                     Nazim Quliyev yenidən 10 ilə kimi məhkum edilə bilər .....                     "Hər an hərəkətə keçməyə hazır olan qüvvələr .....                     İrəvan Moskvadan hər fürsətdəcə .....                     Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər .....                     "Ona görə ki, o, çox yaşamağa layiqdir..," .....                     İran əgər uğura nail olmaq istəyirsə... .....                     Bu il Zəfər Günü münasibətilə Xankəndində parad keçiriləcək? .....                     Zəngəzur dəhlizi: “Bəşəriyyət üçün...” .....                     Elə bil camaata QƏNİM KƏSİLİB... .....                     Prezident general-mayoru rütbəsindən məhrum edib .....                     “Neftçi” 2 milyona Fatih Terimi gətirir? .....                     “İsrail dayanmayacaq və İranı müharibəyə sürükləmək üçün daha ağır addımlar atacağı istisna deyil” .....                     Rusiya Azərbaycan ərazisində yeni nümayəndəliklər açmağı planlayır .....                     AQTİ 2 milyon manatlıq laborator avadanlıqlar alır .....                     Ermənistan ABŞ ilə təhlükəsizlik sisteminin modernləşdirilməsinə dair müzakirələr aparıb .....                     Paşinyanın yeni ampulasını beynəlxalq ekspertlər belə dəyərləndirir .....                     Cinayət əməlləri törətmiş şəxslər cəzalarını çəkməlidirlər .....                     182 nömrəli məktəbdə nə baş verib? .....                 

"Həkimə getməyə gecikdim, bir gün də gec getsəydim bəlkə də dünyada yox idim..." - Koronovirusa yoluxan əməkdar artist
Tarix: 25-05-2021, 09:05 | Çap et
"Həkimə getməyə gecikdim, bir gün də gec getsəydim bəlkə də dünyada yox idim..."
“Heç bilmədim ki, koronovirusa harada və necə yoluxdum. Virusa oğlum Kərimlə birlikdə yoluxmuşdum. Mən xəstəliyi çox ağır keçirdim, səhhətim heç yaxşı deyildi. Heç umidim yox idi ki, sağalım, ciyərlərimin 75-i buzlu şüşə idi. Düz 21 gün reanimasiyada qaldım, bu günlər ərzində yatmamışam, nəfəs ala bilmirdim. Bir az babat olandan sonra həkimlər mənə dedi ki, heç ümidimiz yox idi ki, səni sağalda bilək. Demək ki, qismətimdə ölüm yox imiş. Allaha o qədər yalvardım ki. Dedim ki, Allahım, yaşamaq istəyirəm, balalarımdan, ailəmdən, qohumlarımdan, dostlarımdan doymamışam. Xalqımızın, məni sevən insanların duaları məni yaşatdı. Gözəl Allah bütün duaları eşitdi. İnanın ki, hələ də şokdayam, inana bilmirəm, elə bilirəm ki, yuxudayam. 5 gündür ki, xəstəxanadan çıxmışam, bacım Təranə də yanımdadır, mənə qulluq edir”

Bunu Moderator.az-a özəl açıqlamasında koronovirusdan sağalan əməkdar artist Mətanət İskəndərli deyib. Sənətçi daha sonra əlavə edib.

“Xəstəlikdən sonra bildim ki, dünyada boğulmaqdan pis bir şey yoxdur. Bu çox təhlükəli, gözəgörünməz bir xəstəlikdir. Elə insanlar var ki, yüngül keçirir, amma mən çox ağır keçirdim. Yanımda yatan xəstələrdən ikisi canını tapşırdı, təsəvvür edirsiz?! Ölüm həqiqətən də gözlə qaş arasındadır. Allah mənə rəhm etdi. Ən dəhşətlisi də budur ki, qərib ölkədə, heç kim yanında yoxdur, tək-tənha dünyanı dəyişirsən. Bircə bundan qorxurdum! Bu dəhşətli idi, o anı heç nə ilə izah edə bilmərəm. Allaha yalvarırdım ki, qoyma burada ölüm, mənə güc ver gedib vətənimdə, doğmalarımın, əzizlərimin, sevənlərimin yanında ölüm. Mən iyulun 16-da doğulmuşam, heç ad günlərimi keçirməyi sevmirdim, çox vaxt keçirmirdim də. Amma hər il may ayının 20-ni dünyaya yenidən gəldiyim gün kimi qeyd edəcəyəm. Arif Quliyevin ölüm xəbərini mənə demədilər ki, pis olaram. Xəstə-xəstə onun üçün o qədər dualar etdim ki. Sonra gördüm ki, səs-soraq yoxdur, bildim ki, nəsə olub. Baloğlan Əşrəfovun ölümünü bilirdim. Allah bu iki gözəl insanın ruhunu şad etsin, ailələrinə baş sağlığı verirəm. Anam, atam evdə müalicə oluğuduğu üçün fikirləşdim ki, mən də evdə müalicə oluna bilərəm. Amma sən demə məndə xəstəliyin ağır növü olub. Həkimə getməyə gecikdim, bir gün də gec getsəydim bəlkə də dünyada yox idim. Hamısı Allahın qismətidir, kəfəni yırtdım” deyə müğənni bildirib.

Sənətçi oğlunun xəstə yatağında onun qulluğunda durduğunu deyib və kövrəlib.

“Kərim sağ olsun, çox qulluğumda durdu. Mən heç onu belə bilməzdim. Hamama salıb məni öz balası kimi çimizdirirdi. Ona qurban olaram mən. Bir də mənə ən çox təsir edən bilirsiz nə oldu?! Oğlum həkimi göndərib ki, get anamdan xəbər bil, gör necədir? Xahiş edib, yalvarıb Kərim ona. Həmin həkim gəlib dedi ki, oğlun ağlayır. Həkimin o cür deməyi mənə çox pis təsir etdi, başladım ağlamağa. Dedim ki, ay Allah, bunu mənə niyə dedin?! Bu hadisə hər yadıma düşəndə ürəyim sızıldayır, ağlayıram” deyə müğənni bildirib.

Müğənni sonda xəstə olarkən onunla maraqlanan insanlara öz təşəkkürünü bildirib.

“Mənə görə narahat olan bütün insanlara təşəkkürümü bildirirəm. Xəstə olanda mənimlə Zeynəb Xanlarova, Polad Bülbüloğlu da maraqlanıb. Oğlum deyir ki, müğənni Rəqsanə bir gün dayanmırdı, zəng edirdi, deyirdi ki, nə lazımdırsa mən hazıram. Sağ olsun, o çox yaxşı qızdır. Kərimi tək qoymadı, kimin başına nə gəlsə birinci özünü çatdırır. Bundan başqa Nazpəri Dostəliyeva, Şəbnəm Tovuzlu, Sərxan Kərəmoğlu, Könül Kərimova, Səyyad Əlizadə, Rövşən Məmmədov və s. bütün sənət dostlarım hamısı səhhətimlə maraqlanıblar. Allah onların ürəyinə görə versin. Kimlərinsə adını çəkə bilmədimsə üzrlü saysınlar, indi-indi özümə gəlirəm. Ağadadaş Ağayevlə də danışıram, ondan da yaman narahat idim. Biz sənət adamlarına xəstəlik yaraşmır, biz yaranmışıq ki, insanları sevindirək, onlara ruh yüksəkliyi verək. Müalicə aldığım xəstəxanadakı tibbi personal da mənə çox can yandırırdılar, təkcə mənə yox, elə bütün xəstələrə. Elə bir xəstəxanada yatırdım ki, orada ölüm halları çox az olur. Mən də o xəstəxananın, düzgün müalicənin hesabına sağaldım. Bu xəstəliyin gərək vaxtında üstünə düşəsən, gecikdirməyəsən. Hələ ki, Moskvadayam, inşallah Bakıda görüşənə qədər. Nə qədər toylarım təxirə düşdü. Qismətdir, təki salamatçılıq olsun. Şükür Allahın məsləhətinə!” deyə əməkdar artist bildirib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 19:10
Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi - ŞOK DETALLAR
Bu gün, 19:02
Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır? - AÇIQLAMA
Bu gün, 18:56
"Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" - "The Guardian"
Bu gün, 18:17
"O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" - keçmiş səfir
Bu gün, 18:14
Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? - Milli Məclisin yeni heyəti üçün EV TAPŞIRIĞI...
Bu gün, 18:11
İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: - Gecəki hücumun DETALLARI
Bu gün, 18:01
Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... - cavab vermək ZORUNDADIR...
Bu gün, 17:59
Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər - SİYAHI
Bu gün, 17:53
Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir - SƏBƏB
Bu gün, 17:51
Ermənistanın Azərbaycan ərazilərinə iddiası yoxdur - Alen Simonyan da Paşinyanın dediklərini təkrarlayır
Bu gün, 17:50
Prezidentin rütbədən məhrum etdiyi Tofiq Həsənov kimdir?
Bu gün, 17:35
Ermənistanın KTMT qərarı: - Mirzoyanın Varşavada ikibaşlı çıxışı
Bu gün, 17:34
Bir aydır rayonlara yanacağın verilməsi niyə dayandırılıb? - NARAZILIQ VAR...
Bu gün, 17:29
Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib - VİDEO
Bu gün, 17:25
Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
Bu gün, 17:24
“Qonşuları Rusiyadan daha qorxmurlar” - The Hill
Bu gün, 17:20
Aparıcı Zaurun adı talassemiyalı xəstlərin işində hallandı: - “Pul yığılarkən...”
Bu gün, 17:19
Qətər Ermənistana bütün uçuşları ləğv etdi - AÇIQLAMA
Bu gün, 17:18
Bakıdakı bu tarixi abidə bərpa olunacaq - 700 min manatlıq restavrasiyaya başlanılır
Bu gün, 17:15
“Bank of Baku”da yeni TƏYİNAT - DOSYE
Bu gün, 17:11
Bakı həbsxanasında ÖLÜM
Bu gün, 17:05
Nazim Quliyev yenidən 10 ilə kimi məhkum edilə bilər - TƏFƏRRÜAT
Bu gün, 17:04
"Hər an hərəkətə keçməyə hazır olan qüvvələr Azərbaycanı qaralamaqda davam edirlər"
Bu gün, 17:02
İrəvan Moskvadan hər fürsətdəcə QAÇIR
Bu gün, 17:01
Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər - Paşinyan
Bu gün, 16:58
"Ona görə ki, o, çox yaşamağa layiqdir..,"
Bu gün, 16:47
İran əgər uğura nail olmaq istəyirsə... - İNCƏLƏMƏ
Bu gün, 16:42
Bu il Zəfər Günü münasibətilə Xankəndində parad keçiriləcək? - AÇIQLAMA
Bu gün, 16:38
Zəngəzur dəhlizi: “Bəşəriyyət üçün...” - GƏLİŞMƏ
Bu gün, 16:36
Elə bil camaata QƏNİM KƏSİLİB... - İlk üçlükdədir...
Bu gün, 16:34
Prezident general-mayoru rütbəsindən məhrum edib - SƏRƏNCAM
Bu gün, 16:31
“Neftçi” 2 milyona Fatih Terimi gətirir? - "Onunla danışıqlar..."
Bu gün, 16:26
“İsrail dayanmayacaq və İranı müharibəyə sürükləmək üçün daha ağır addımlar atacağı istisna deyil” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:17
Rusiya Azərbaycan ərazisində yeni nümayəndəliklər açmağı planlayır - TASS
Bu gün, 16:15
AQTİ 2 milyon manatlıq laborator avadanlıqlar alır
Bu gün, 16:09
Ermənistan ABŞ ilə təhlükəsizlik sisteminin modernləşdirilməsinə dair müzakirələr aparıb
Bu gün, 16:09
Paşinyanın yeni ampulasını beynəlxalq ekspertlər belə dəyərləndirir - ŞƏRH
Bu gün, 16:05
Cinayət əməlləri törətmiş şəxslər cəzalarını çəkməlidirlər - Başqa cür ola da bilməz...
Bu gün, 16:02
182 nömrəli məktəbdə nə baş verib? – Şagirdlər təxliyə olundu
Bu gün, 15:58
Lavrov ərəb ölkələrinin Moskvadakı səfirləri ilə görüşüb
Bu gün, 15:47
Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib - İLGİNC
Bu gün, 15:18
"Müflis oldum, atamın maşınını belə satıb borc ödədim" - Ramiz Novruzun qızı
Bu gün, 15:12
Tibb sektorunun “mogikanı”: - Azəri Med ATU-nin tenderini də uddu
Bu gün, 14:00
Ermənistan parlamenti Qarabağdan gedən ermənilərə "yox" dedi
Bu gün, 13:56
Flora Kərimova Afətin üzrünü qəbul etmədi: - "Onu başa salın..."
Bu gün, 13:10
Nazirlik dörd məktəbdə təmir işləri üçün 1 milyon manat ayırdı
Bu gün, 13:06
Xalq artistinin açıq-saçıq geyimdə FOTOSU
Bu gün, 13:02
“Paşinyan Qarabağ ermənilərinə xəyanət etdi”
Bu gün, 12:57
AZAL “AerCap” şirkətindən 6 yeni A320neo və A321neo təyyarəsini əməliyyat lizinqinə götürür - DETALLAR
Bu gün, 12:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru