"13 yaşından işləmək, pul qazanmaq məni çox tez böyütdü, uşağlığımı doya-doya yaşamadım"
Tarix: 1-05-2021, 09:27 | Çap et
Tanınmış müğənni Sevda Sanaliyeva Moderator.az-ın suallarını cavablandırıb. - Salam, Sevda xanım. Necəsiz? - Salam, çox təşəkkür edirəm, yaxşı olasız.
- Hal-hazırda pandemiyadır, toy biznesi demək olar ki, çöküb. Bəs siz necə dolanırsız? - Bilirsiz ki, mən 13 yaşımdan bəri işləyirəm.Bu illər ərzində az-çox qazancım olub, şükür bu günümə, dolanıram. Allahın verdiyinə şükürlər olsun, mənə və övladlarıma bəs edir. - Bir müddət əvvəl şirniyyat biznesinizin olduğunu da demişdiniz. Fəaliyyət göstərirmi? - Xeyr, mənim şirniyat biznesim yoxdur, özümə bir yutub kanalı açmışam, nə hazırlayıramsa orada sərgiləyirəm. Təbii ki, istərdim yutubumdan qazancım olsun. Çox istərdim ki, bir şirniyyat evinə sahiblənim, amma bunun olması üçün pandemiyanın tam bitməsi lazımdır. Təki qismət olsun. - Repertuar seçiminiz çox fərqlidir. Mahnılarınızı özünüz seçirsiz yoxsa? - Repertuar seçimində kimisə dinləyəndə yanılıram. Bunu mahnılarımdan görmüşəm. Kiminsə fikri ilə mahnı alanda deməzdim ki, uğursuz alınır, sadəcə əvvəlki kimi tutmur. - Bir müddət əvvəl sənətinizdə fasilələr oldu. Ümumiyyətlə biz sizi davamlı olaraq hər zaman sənətdə görməmişik.
- Sənətimdə deyil, efirlərdə fasilələrim olub. O da uzun illər bundan əvvəl olub. 2 il bir fasilə etmişəm, 1 il bir fasilə. Amma fəaliyyətimi dayandırmamışam, işləmişəm. Mənim qazancım hər zaman işimdən gəlib. Yəqin bilirsiz ki, mən kiminsə köməkliyi ilə deyil, sənətimin köməkliyi ilə dolanıb və ailəmi dolandırıram. Efir insanlarından, küsdüyüm vaxtlar olub ki, daha sonra bu inciklik də aradan qalxıb. - Sevda xanım həyatının hansı illərini yenidən yaşamaq istəyir? - Təbii ki, uşaqlığımı yaşamaq istərdim və uşağlığımı yaşayıb məktəbimi oxumaq istərdim. Məktəbdə 13 yaşına kimi əlaçı olmuşam, 13 yaşımdan sonra nə qədər yaxşı oxumağa çalışsam da bunu istədiyim kimi bacara bilməmişəm. Çünki yorğun olmuşam, həm işləyib, həm oxumaq mənə çox çətin gəlirdi. Amma anam çox istəyirdi ki, mən ali savadlı olum. Çox çalışdım, yaxşı oxuyum, amma o illərdə ya işi seçməli idim ya da təhsili. Mən də işi seçdim, çünki üzərimdə ağır yük var idi, anamın xəstəliyi ilə mübarizə aparırdım. “Bənövşə” uşaq xorunda illərlə fəaliyyət göstərmişəm, amma ali məktəbə daxil ola bilməmişəm. 13 yaşından işləmək, pul qazanmaq məni çox tez böyütdü. Uşağlığımı doya-doya yaşamadım. - Bəs hansı illəri yenidən yaşamaq istərdiniz? - Əslində 2015-ci il həm yaşamaq istəmədiyim, həm də yaşamaq istədiyim ildir. Çünki həm övladımı dünyaya gətimişəm, həm də övladımın qırxı çıxandan sonra anamı itirmişəm. Ürəkdən sevinib, həyatımı yaşaya bilməmişəm. Anamı itirdiyim 2015-ci ildə övladımı qucağıma almışam. Bu da o deməkdir ki, o sözü deməməliyəm. Bir də ikinci ailəmi qurmaq istəməzdim. Daha sonra fikirləşirəm ki, ailəni qursam da, səhv də olsa mənim axı bu evlilikdən qız övladım var. O mənim ana əvəzimdir, bacımdır, sirdaşımdır, qızımdır, hər şeyimdir. - Həyatınızda elə insanlar olubmu ki, onlara xərclədiyiniz vaxta təəssüflənmisiz? - Əlbəttə olub. Söhbət qətiyyən əks cinsdən getmir, qadın, işlədiyim insan, yaxınlarım olub. Mən qarşımdakını özüm kimi bilən insanam, amma nə etsəm də ehtiyyatlı şəkildə edən biriyəm. 100 ölçüb, bir biçirəm. Ağlıma və hisslərimə güvənən insanam. Ziyana getmədən, yarıyoldan qayıtdığım vaxtlar çox olub. - Maşallah, iki övladınız var. Sevda övladlarına baxacaq qədər güclü xanımdır yoxsa maddiyatın buna imkan vermir? - Maşallah olsun! Deyirlər ki, Allah övladı ruzisi ilə birlikdə verir. Mən heç birində çətinlik çəkməmişəm. Çünki övladlarımı tək böyütmürəm axı. Allah mənimlədir.
- Sənətdə dostluq etdikləriniz kimlərsə var? - Sənətdə mənim dostum yoxdur, heç vaxt da olmayacaq. Amma sevdiklərim, hörmət etdiklərim var. Sənət dostlarımın arasında sevildiyimi bilirəm. Ümumiyyətlə mənim rəfiqəm yoxdur, bu mənim öz seçimimdir, bundan sonraki həyatımda da rəfiqəlik etməyəcəm. Rəfiqəm qızımdır, bir az keçsin onunla rəfiqəlik edəcəm. Sənətdə dostluq olmur. - Hər zaman efirdə danışığınızı bilmisiz, gərəksiz açıqlamalarla gündəmə gəılməmisiz. - Gərəksiz açıqlamalardan hər zaman qaçmışam. Hər verilişə çıxmamağa çalışıram. Çıxıb peşman olduğum vaxtlar da olub. Gərəksiz suallar olur, məcbur qalıb ona üstüörtülü də olsa öz səviyyəmdə cavab vermişəm, amma yenə də peşmançılıq yaradır. Nəinki efirdə, həyatda da nə danışdığımı bilirəm. - Sənətə ilk başlayanda rəqqasə kimi fəaliyyət göstərirdiniz. İndi də yenidən rəqs etmək, sənətinizə qayıtmaq fikriniz var? - Mən 18 ildir ki, müğənni kimi fəaliyyət göstərirəm. Təbii ki, bu mənim çox sevdiyim bir işdir, o mənim canımda var. Bu yaxşı bir şeydir, enerji yığırıq (gülür). Rəqqasəliyimin ən pik vaxtında mən bu sənəti atmışam, bundan sonra niyə qayıdım ki? - Yenidən ailə həyatı qurmaq istərdiniz? - Heç vaxt yenidən ailə həyatı qurmayacağam. Böyük danışmaq düzgün deyil, amma ailə həyatı qurmayacağam. Mənim 6 yaşında hər şeyi dərk edən, bir oğlum var. Evdə uşaqlarıma yad olan bir kəsin olmasını istəmərəm. Balalarım mənə artıqlaması ilə kifayət edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan iki il əvvəl yaradılmış - LİZİNQ ŞİRKƏTİ LƏĞV EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Ləğv proseində olan məşhur ticarət mərkəzinin səhmləri - DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 00:02 |
|
|
|
• İmperializmin çətiri altına doğru – Qaranlığa qayıdış
Dünən, 15:00 |
|
|
|
• Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Dünən, 14:09 |
|
|
|
• BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Dünən, 14:00 |
|
|
|
• Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Dünən, 13:53 |
|
|
|
• Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Dünən, 13:43 |
|
|
|
• Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Dünən, 13:39 |
|
|
|
• Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Dünən, 13:34 |
|
|
|
• 900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Dünən, 13:27 |
|
|
|
• Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Dünən, 13:18 |
|
|
|
• İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Dünən, 13:11 |
|
|
|
• Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Dünən, 13:08 |
|
|
|
• Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Dünən, 12:53 |
|
|
|
• "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Dünən, 12:48 |
|
|
|
• “Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Dünən, 12:23 |
|
|
|
• Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Dünən, 12:22 |
|
|
|
• “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Dünən, 12:17 |
|
|
|
• Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 12:09 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:06 |
|
|
|
• Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Dünən, 11:54 |
|
|
|
• İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Dünən, 11:44 |
|
|
|
• Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Dünən, 11:32 |
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Dünən, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Dünən, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Dünən, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Dünən, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Dünən, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Dünən, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Dünən, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Dünən, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Dünən, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Dünən, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Dünən, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Dünən, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Dünən, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Dünən, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Dünən, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Dünən, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Dünən, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Dünən, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Dünən, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Dünən, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Dünən, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Dünən, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Dünən, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Dünən, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Dünən, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Dünən, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Dünən, 09:19 |
|
|
|
|