"Velosiped üçün yol yaratsaq da, onu sürən yoxdur" .....                     Vaqif Mustafayev qolunu sındırdı .....                     Bakıya qarşı saxta iddialar: həqiqəti hədəf alan yalanlar .....                     Qadın bacısına söyüş söyən qonşusunu döydü .....                     “Bank Avrasiya”nın İdarə Heyətində təyinatlar olub .....                     "Bakı Sığorta" İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarıldı .....                     Bu dövlət müstəmləkəsindən niyə imtina edib? .....                     “O mahnını yaşıl gözlü bir xanıma yazmışam” .....                     Zəminə Xınalı 32 ildir evində yaşayan ailənin çıxarılmasını tələb edir .....                     Savaşa getdi, təhsili yarımçıq qaldı... .....                     Şəhərətrafı avtobuslarda QİYMƏT TƏZADI .....                     Demokratların böyük qismi ermənipərəst siyasətçilərdir .....                     Bakıda evin qarşısına qumbara və gül qoyan şəxslə bağlı .....                     Rusiyada azərbaycanlı hüquqşünas Elman Paşayevə qarşı .....                     "Siz bəysiniz, biz isə rəiyyət..." .....                     Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Tərtər rayonunda olublar .....                     Meşə ərazisini zibilxanaya döndəriblər... .....                     Paşinyanın Ermənistan dövlətçiliyini qorumaq istəyi .....                     Azərbaycanda 10 min illik sirli təsvir: ermənilərin reaksiyası... .....                     Hizbullahın yeni baş katibi də .....                     Xaçmazda kilosu 30 qəpiyə olan pomidor .....                     "Mədəniyyət oksigen ehtiyacından qurtulmuşların yaratdıqlarıdır..." .....                     Alman faşizmini cəzalandıran dünya erməni faşizminə NİYƏ SUSUR? .....                     Özəl pensiya fondları yaradılsa... .....                     “Greencard Azerbaijan” şirkətinin direktoru kimi tanınan şəxs 42 nəfərə qarşı dələduzluq edib .....                     Əgər Rusiya israr edirsə, deməli, burada başqa məqamlar var .....                     Zəngəzura ehtiyac qalmayacaq, plan daha böyükdür .....                     “Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...” .....                     Babayandan Bakıya sensasion şərt: Məhkumları verin, əvəzində… .....                     Həbsdə poqonu alınmayan yeganə general .....                     Balaca bir kənddə... XUDMANİ XANƏDAN... .....                     Azərbaycanın müdafiə naziri Türkiyəyə işgüzar səfər edib .....                     Bundan sonra `Kapital Bank`a güvənməyəkmi? .....                     Naxçıvan icra hakimiyyəti daha əvvəlki kimi işləmir... .....                     Paşinyan Fransada həm də bunu danışacaq .....                     Bank kartlarından kütləvi oğurluq: pullarımızı necə qoruyaq? .....                     Yaşlı icra başçıları yola salınır: .....                     "Mən elə yaşayıram ki, qadağalara ehtiyacım olmurm" .....                     Bakıda ipoteka ilə satılacaq ev tapılmayacaq .....                     Sumqayıtda bu məktəbə yeni direktor təyin edildi .....                 

“Bəstəkarlar iri həcmli əsərlər yazsalar da hamısı dəftərlərdə qalacaq, çünki... ”
Tarix: 8-12-2020, 08:57 | Çap et
 “Bəstəkarlar iri həcmli əsərlər yazsalar da hamısı dəftərlərdə qalacaq, çünki... ”
Xalqımız Vətən müharibəsini Qələbə ilə başa vurdu. Artıq döyüş meydanlarında qəhrəmanlıq göstərib, dastana dönən igid əsgərlərimiz haqqında şeilər yazılır, nəğmələr qoşulur. Hələ müharibənin ilk günlərində artıq yeni mahnı və marşların yazıldığının şahidi olduq. Bəs Vətən müharibəsi və igidlik göstərən oğullarımız haqqında iri həcmli əsərlər də yazılırmı? Məlum olduğu kimi kiçik bir mahnı və yaxud marş ilə dünyaya çıxmaq mümkün deyil. Əlbəttə ki, dünya səhnələrində səslənəcək, Qarabağ, Vətən müharibəsi, xalqımızın həqiqətlərini çatdıracaq iri həcmli əsərlərə böyük ehtiyac var.

Xatırladaq ki, Birinci Qarabağ müharibəsindən sonra bir çox bəstəkarlarımız bu mövzuda iri həcmli əsərlər yazıb. Onlardan Vasif Adıgözəlovun “Natəvan” operası, “Qarabağ şikəstəsi” oratoriyası, Məmməd Quliyevin Xocalı faciəsinə həsr olunmuş “Rekviyem”, Azər Rzayevin “Bakı - 90" simfoniyası, Tofiq Bakıxanovun ”Qarabağ harayı" 7 saylı simfoniyasını göstərmək olar. Lakin bu da bir faktdır ki, çoxlarımız bu əsərlərin musiqisi ilə tanış deyilik, onların yalnız adları bizə məlumdur. Çünki televiziya kanallarından demək olar ki, eşitmirik və yaxud teatr və orkestrlər çox az hallarda müraciət edir.

Mövzu ilə bağlı Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru, musiqişünas Zemfira Qafarova mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Bildiyiniz kimi 1990-cı ildə Qanlı Yanvar hadisələri baş vermişdi və bütün bunlar Azərbaycan bəstəkarlarını, incəsənət adamlarını, yazıçıları çox sarsıtmışdı. Həmin vaxt bir çox tanınmış bəstəkarlarımız iri həcmli əsərlər yazdılar. Onlardan biri də Cövdət Hacıyev idi. Yanvar hadisələri baş verəndə Cövdət Hacıyevin 73 yaşı var idi, lakin buna baxmayaraq ”Şəhidlər" adlı 7-ci simfoniyasını yazmışdı. Həmçinin Azər Rzayev “Bakı-90" simfoniyasını, Almaniyada yaşayan tanınmış bəstəkarımız Arif Mirzəyev ”Yanvar passionları"nı yazdı. Bütün bunların hamısı iri həcmli simfonik əsərlərdir.

Sonrakı dövrlərdə də bəstəkarlarımız bu mövzulara müraciət edərək, iri həcmli əsərlər yaradıblar. Təbii ki, bu cür iri həcmli əsərləri bir aya, bir ilə yazmaq mümkün deyil. Məlum olduğu kimi 44 günlük Vətən müharibəsi yenicə başa çatıb, xalqımız Qələbə çaldı. Hər birimiz sevincli günlər yaşayırıq, hələ də inana bilmirik ki, bu qədər qısa müddətdə qələbə qazana bilərik. Döyüş meydanlarında əsgərlərimizin hamısı qəhrəmanlıq nümayiş etdirdi, xalqımız birlik nümayiş etdirdi. Bütün bunlar bir da sübut etdi ki, Azərbaycan xalqı həqiqətən qəhrəmandır, cəsurdur və həmrəylik nümayiş etdirməyi bacarır. Qeyd etdiyim ki, qısa bir zamanda opera, oratoriya, simfonik əsər yazmaq asan məsələ deyil. Ona görə də hələlik biz marş və mahnılar eşitdik. Təbii ki, həmin mahnıların hamısı tanınmış bəstəkarlar tərəfindən yazılmamışdı. Biz tanımadığımız bəstəkarların da musiqini eşitdik. Onların bəzilərini bəyəndik, bəzilərini bəyəmədik. Əsas odur ki, hər kəs öz bacarığını göstərməyə çalışdı.

Düşünürəm ki, bəstəkarlarımız mütləq iri həcmli əsərlər yazacaq. Çünki mövzular çoxdur. Vətən müharibəsində 2783 şəhidimiz oldu. Heç bir şəhidi unutmamalı, hər birinin həyatını öyrənməli, ona aid əsərlər, şeirlər, povestlər yazmalıyıq. Bu baxımdan gələcəkdə xeyli sayda əsərlərin yazılacağını gözləyirik.

Lakin bildiyiniz kimi hazırda mədəniyyətimiz susub. Pandemiya ucbatından orkestrlərimiz işləmir, teatrlar bağlıdır. Bəstəkarlar iri həcmli əsərlər yazsalar da hamısı dəftərlərdə qalacaq. Şərait lazımdır ki, yazdıqları ifa olunsun, aktyorlar onun üzərində işləsin.

Əsas odur ki, bütün dünya, eləcə də xalqımız koronavirus bəlasından çıxsın, bəstəkarlarımız yenə də öz gözəl əsərlərini yazacaq".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Velosiped üçün yol yaratsaq da, onu sürən yoxdur" - Zahid Orucdan HAQLI İRAD
Bu gün, 11:21
Vaqif Mustafayev qolunu sındırdı - FOTO
Bu gün, 11:15
Bakıya qarşı saxta iddialar: həqiqəti hədəf alan yalanlar - ARAŞDIRMA
Bu gün, 11:12
Qadın bacısına söyüş söyən qonşusunu döydü - MƏHKƏMƏ
Bu gün, 11:11
“Bank Avrasiya”nın İdarə Heyətində təyinatlar olub - ADLAR
Bu gün, 11:00
"Bakı Sığorta" İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarıldı
Bu gün, 10:59
Bu dövlət müstəmləkəsindən niyə imtina edib? - İNCƏLƏMƏ
Bu gün, 10:55
“O mahnını yaşıl gözlü bir xanıma yazmışam” - “Avroviziya-2022” təmsilçimiz
Bu gün, 10:51
Zəminə Xınalı 32 ildir evində yaşayan ailənin çıxarılmasını tələb edir - TƏFƏRRÜAT
Bu gün, 10:49
Savaşa getdi, təhsili yarımçıq qaldı... - İNDİ İSƏ...
Bu gün, 10:43
Şəhərətrafı avtobuslarda QİYMƏT TƏZADI - Gedişhaqları necə təyin olunur?
Bu gün, 10:24
Demokratların böyük qismi ermənipərəst siyasətçilərdir - FAKT BUDUR!
Bu gün, 10:22
Bakıda evin qarşısına qumbara və gül qoyan şəxslə bağlı QƏRAR
Bu gün, 10:18
Rusiyada azərbaycanlı hüquqşünas Elman Paşayevə qarşı xüsusilə külli miqdarda dələduzluq ittihamı irəli sürülüb
Bu gün, 10:13
"Siz bəysiniz, biz isə rəiyyət..." - ETİRAZ VAR...
Bu gün, 10:11
Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Tərtər rayonunda olublar - FOTO
Bu gün, 10:04
Meşə ərazisini zibilxanaya döndəriblər... - FOTOFAKT
Bu gün, 10:03
Paşinyanın Ermənistan dövlətçiliyini qorumaq istəyi - anlayırıq... AMMA...
Bu gün, 09:48
Azərbaycanda 10 min illik sirli təsvir: ermənilərin reaksiyası... - FOTO
Bu gün, 09:47
Hizbullahın yeni baş katibi də ÖLDÜRÜLDÜ
Bu gün, 09:42
Xaçmazda kilosu 30 qəpiyə olan pomidor Bakıda niyə 5 manatadır?
Bu gün, 09:37
"Mədəniyyət oksigen ehtiyacından qurtulmuşların yaratdıqlarıdır..." - Aqşin Yenisey
Bu gün, 09:30
Alman faşizmini cəzalandıran dünya erməni faşizminə NİYƏ SUSUR? - FAKT BUDUR!
Bu gün, 09:27
Özəl pensiya fondları yaradılsa... - pensiyalar sürətlə arta bilər
Bu gün, 09:26
“Greencard Azerbaijan” şirkətinin direktoru kimi tanınan şəxs 42 nəfərə qarşı dələduzluq edib - TƏFƏRRÜAT
Bu gün, 09:24
Əgər Rusiya israr edirsə, deməli, burada başqa məqamlar var - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:22
Zəngəzura ehtiyac qalmayacaq, plan daha böyükdür - Pezeşkian mesajını verdi
Bu gün, 09:20
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...” - Misir Mərdanov
Bu gün, 09:19
Babayandan Bakıya sensasion şərt: Məhkumları verin, əvəzində… - Ermənistan KİV
Bu gün, 08:59
Həbsdə poqonu alınmayan yeganə general - alınması müzakirə olunurdu, amma...
Bu gün, 08:54
Balaca bir kənddə... XUDMANİ XANƏDAN... - İLGİNC FAKT
Bu gün, 08:49
Azərbaycanın müdafiə naziri Türkiyəyə işgüzar səfər edib
Bu gün, 08:42
Bundan sonra `Kapital Bank`a güvənməyəkmi? - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 08:39
Naxçıvan icra hakimiyyəti daha əvvəlki kimi işləmir... - FOTOFAKT
Bu gün, 08:23
Paşinyan Fransada həm də bunu danışacaq - GƏLİŞMƏ
Bu gün, 08:14
Bank kartlarından kütləvi oğurluq: pullarımızı necə qoruyaq? - AKTUAL
Bu gün, 06:32
Yaşlı icra başçıları yola salınır: - Yeni model belə olacaq
Bu gün, 06:29
"Mən elə yaşayıram ki, qadağalara ehtiyacım olmurm"
Bu gün, 06:22
Bakıda ipoteka ilə satılacaq ev tapılmayacaq - Xəbərdarlıq edildi
Bu gün, 00:22
Sumqayıtda bu məktəbə yeni direktor təyin edildi - ƏMR
Bu gün, 00:16
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ötür - ANIM
Bu gün, 00:12
Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
Bu gün, 00:10
Xırdalanın yollarının təmirinə 1,5 milyon manat ayrıldı
Bu gün, 00:05
“ACWA Power” Azərbaycanda daha bir şirkət təsis edib
Bu gün, 00:02
Ermənistan bütün hərbi cinayətkarları araşdırıb cəzalandırmalıdır - Hikmət Hacıyevdən ÇAĞIRIŞ
Dünən, 23:47
“İran altı ay ərzində 10 nüvə başlığına sahib ola bilər” – “The Times”
Dünən, 23:44
Tanınmış naşir kitab sərgisindən şikayət edib: - "Kitabları özümüz üçün nəşr edirik?"
Dünən, 23:38
40 faizlə kredit, yoxa çıxan qızıllar: - Lombard və BOKT-lara "dur" deyiləcək?
Dünən, 19:10
Qiyməti "oynayan" neftə ümid azalır, təbii qazın da gəlirinə "söykənmək" olmaz - NƏ ETMƏLİ?
Dünən, 19:00
Dövlət Agentliyinin 2,3 milyonluq tenderinin qalibi - MƏLUM OLDU
Dünən, 18:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru