Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür .....                     İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın .....                     Süleyman Mikayılovun Lökbatan qəsəbəsində səyyar qəbulu keçirilib .....                     Anti-İnhisar Xidməti TƏBİB-i yenidən VURDU... .....                     “Pulsuzluq o həddə çatdırır ki, hər təklifə “ok” deyir” .....                     Zaporojye AES-in mühafizə rəisi öldürüldü .....                     Tezliklə iki məsələ həll ediləcək, biri Kərkidir, digəri... .....                     Amnistiya Aktına çox ehtiyacımız var .....                     Vergi Xidmətinin ƏCAİB PARTNYORU... .....                     BMT “çətiri altında” anti-Azərbaycan hesabatı .....                     Qaradağda ev tikmək üçün 5 min manata icazə alan vəzifəli şəxs sərbəst buraxıldı .....                     Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq .....                     "Beşmərtəbə" yeraltı keçidi turistlər üçün ciddi təhlükə yaradır: .....                     İsrail qarşısında acizik, heç bir zəmanət yoxdur .....                     "AMEA yeniliyə, fundamental dəyişikliklərə açıq deyil" .....                     "İsrail İranın nüvə obyektlərinə "simvolik" hücum edə bilər" .....                     Musiqi məktəbinin müəllimlərindən Prezidentə MÜRACİƏT .....                     "Yeni Elgizlər, Xoşqədəmlər, Zaurlar yetişdirməliyik" .....                     Təhsil İdarəsi Xırdalanda məktəb rəhbərliyinin valideynlərlə müqavilə bağlamaq cəhdini məqsədəuyğun saymayıb .....                     Cəbrayıllılar doğma yurdlarına qayıdırlar .....                     "Bir şəhid ailəsi kimi, bu bizim ailəyə çox pis təsir edir..." .....                     Ermənistan sərhəddə yeni qüvvələr toplayır .....                     İcra hakimiyyəti rəqəmləri şişirtdi və... .....                     “3-5 adam 143 milyonu təkbaşına mənimsəyə bilməzdi” .....                     "Azərbaycanlılar dəstəsi" HAKİM QARŞISINDA: .....                     Məktəblilər arasında artan cinayətlər... .....                     "Velosiped üçün yol yaratsaq da, onu sürən yoxdur" .....                     Vaqif Mustafayev qolunu sındırdı .....                     Bakıya qarşı saxta iddialar: həqiqəti hədəf alan yalanlar .....                     Qadın bacısına söyüş söyən qonşusunu döydü .....                     “Bank Avrasiya”nın İdarə Heyətində təyinatlar olub .....                     "Bakı Sığorta" İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarıldı .....                     Bu dövlət müstəmləkəsindən niyə imtina edib? .....                     “O mahnını yaşıl gözlü bir xanıma yazmışam” .....                     Zəminə Xınalı 32 ildir evində yaşayan ailənin çıxarılmasını tələb edir .....                     Savaşa getdi, təhsili yarımçıq qaldı... .....                     Şəhərətrafı avtobuslarda QİYMƏT TƏZADI .....                     Demokratların böyük qismi ermənipərəst siyasətçilərdir .....                     Bakıda evin qarşısına qumbara və gül qoyan şəxslə bağlı .....                     Rusiyada azərbaycanlı hüquqşünas Elman Paşayevə qarşı .....                 

“Hər bir kişinin ömründə mütləq bir müharibə olmalıdır”
Tarix: 3-12-2020, 08:32 | Çap et
“Hər bir kişinin ömründə mütləq bir müharibə olmalıdır”
Yazıçı, dramaturq Əli Əmirli Moderator.az-ın qonağı oldu.

Onunla söhbətimizdə tarixi qələbəmizin Azərbaycan mədəniyyətinə, ədəbiyyatına gətirə biləcəyi yeniliklərdən danışdıq.

- Əli Əmirli tarixi qələbəni necə qeyd etdi?

- Hamı kimi, böyük coşqu ilə. Bu coşqunun hislər palitrası çox zəngindir. Ağdamlı olsam da, məhz Şuşanın azad olunması, özü də əlbəyaxa döyüşlə azad olunması... bu xəbəri Ali Baş Komandanın dilindən eşidəndə bəlkə də ömrümdə ilk dəfə hönkürdüm, bir müddət gələn telefon zənglərinə cavab verə bilmədim. Şah Qacarın anası Ceyran xanım çoxdan gözlədiyi xoş bir xəbəri alanda deyir: "Ahıl yaşda belə xoşbəxtliyi sinirmək çətindir". Amma biz sinirə bildik, otuz il bundan qabaq əyilmiş qəddimiz düzəldi. Bizim nəsil indiki gənc nəsilə böyük bir Qarabağ problemi miras qoymuşdu, Qarabağsız Azərbaycan. Azərbaycan əsgəri, bu günün qəhrəmanı isə öz övladlarına Qarabağlı bütöv Azərbaycanı ərmağan edəcək. Bu, çox böyük xoşbəxtlikdir. Əlbəttə, ömrünün ən gözəl çağlarında şəhid olan gənclərimizə görə biz həm də əzab çəkirik, amma nə etməli? Evinə gəlib girən, hələ bu azmış, sənə həqarət edən düşmənə xoşgəldinmi deməliydik? Deyir hər bir kişinin ömründə mütləq bir müharibə olmalıdır. Bu müharibə şərəf davası, Vətən müharibəsi idi, bu müharibədə biz qələbə çalmasaydıq, dünya bizi uf demədən tapdalayardı, dost da üz çevirərdi, düşmən də. Nə xoşdur qalib olmaq!

- Sentyabrın 27-dən bu günə qədər yaşadıqlarımızı bir sənət adamı olaraq necə ifadə edərdiniz?

- Sənət adamı kimi deyil, sayı milyonlarla ölçülən sıradan bir azərbaycanlı kimi deyərdim, rəşadətli Azərbaycan ordusu bizi dost qınağından, qonşu tənəsindən, düşmən həqarətindən qurtardı. Dünyanın reallığı çox vaxt haqqın tərəfində deyil, gücün tərəfində dayanır, güclə hesablaşır, amma bizim qəhrəman oğullarımız öz gücü, qüdrəti ilə bütün dünyaya sübut elədi ki, haqq nazilər, üzülməz. Çünki qələbə haqqın mahiyyətindədir, o bəzən məğlub görünsə də, qalibdir. Necə ki, demokratiya örpəyinə bürünmüş, üzü üzlər görmüş qoca Avropaya bu ali həqiqəti anlatdıq. Onlar hələ də hirsdən-hikkədən çığırırlar.

- Sizcə, bu qələbə Azərbaycan ədəbiyyatında yeni bir dönəm yarada biləcəkmi?

- Ədəbiyyat, teatr, kino, şübhəsiz, həyatın, reallığın güzgüsüdür, amma bu güzgünün göstərmə qabiliyyəti nə dərəcədə bədiidir, bu başqa söhbətin mövzusudur. Əlbəttə, xalqımızın həyatında baş verən bu möhtəşəm, inqilabi qələbə ədəbiyyata təsir etməyə bilməz, amma siz deyən dönüş və ya böyük ədəbiyyatın yaranması üçün bu azdır. Ədəbiyyatda dönüşün yaranması üçün müharibənin və ya qələbənin olması həlledici ola bilməz. Əksinə, aktual mövzu çox vaxt zəif əsərlərlə ədəbiyyatı korlayır, çirkləndirir, gözdən salır, ədəbiyyatı təbliğat vasitəsinə çevirir. Ədəbiyyatın özünün sənət missiyası var, o bu missiyaya sadiq olmalıdır, dəbdə olan mövzu arxasında gizlənməməlidir.

- Necə hesab edirsiniz, bu qələbədən sonra teatrlarımızda vətənpərvərlik ruhunda hazırlanmış tamaşalar repertuardan çıxarılmalıdırmı?

- İstər vətən, istərsə də başqa mövzunun heç bir günahı yoxdur, onun təqdimatı zəifdirsə, gözəl bir hissi gözdən salırsa, mövzu neynəsin? Sizin suala gəlincə, bir az əvvəl dedim, aktual mövzu çox vaxt ədəbiyyata da, teatra da zərər vurur. Vətənpərvərlik mövzusunda tamaşaların repertuardan çıxarılması məsələsinin qələbəmizlə əlaqələndirilməsini nəzərdə tutursunuzsa, tələsməyək, hər şey məqamında həllini tapacaq. Bir halda ki, teatrlar heç tamaşa göstərmək imkanında deyil. Teatr özü bu gün heç bir cəhətdən aktual deyil.

- Adətən, bizdə beynəlxalq arenaya çıxarılası filmlərimizi və layihələrimizi daha çox xarici rejissorlara və ssenaristlərə həvalə edirlər. Sizcə xarici ssenarist və rejissorlar Qarabağ həqiqətlərini bizdən dahamı yaxşı çatdıra bilərlər?

- Bu vaxta qədər mən xarici kino mütəxəssislərinin ölkəmizin sifarişi ilə çəkdiyi filmlərin nə ölkə daxilində, nə də xaricdə böyük uğur qazandığını eşitməmişəm. Əlbəttə, peşəkar dramaturqu, məşhur rejissoru, usta operatoru böyük qonorar hesabına hansısa layihəyə cəlb etmək olar, ortaya çıxarılması ayıb olmayan film də alına bilər, amma o filmdə milli ruh olmayacaq, olmur da. Ruh olmayanda isə tamaşaçı duyğulanmır, içi titrəmir. Hollivud filmi var, orda avantürist bir rəssam Rembrandtsayağı bir portret çəkir, bütün mütəxəssislər iddia edir ki, həqiqətən bu Rembrandtın fırçasına məxsusdur, tək bir nəfər - gənc sənətşünas xanım deyir ki, bu Rembrandt deyil, "poddelkadır". Məqam düşəndə rəssam o xanımdan soruşur, sən nədən bildin bu Rembrandt deyil. Xanım cavab verir, mən Rembrandtın əsərlərinə baxanda içimdən qəribə bir titrəyiş keçir, bu portretə baxanda o titrəyiş olmadı. Sizin dediyiniz o filmlər də heç bir titrəyiş yaratmır. Ona görə də ən gözəl sifarişləri də bizim hazırda yetişməkdə olan gənc kinematoqrafçılarımıza vermək, onlara güvənmək lazımdır. O evin işığı bu evi işıqlandıra bilməz.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür - Prezident İlham Əliyev
Bu gün, 13:22
İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb
Bu gün, 13:21
Süleyman Mikayılovun Lökbatan qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 13:19
Anti-İnhisar Xidməti TƏBİB-i yenidən VURDU... - 4 tender birdən ləğv olundu
Bu gün, 13:00
“Pulsuzluq o həddə çatdırır ki, hər təklifə “ok” deyir”
Bu gün, 12:57
Zaporojye AES-in mühafizə rəisi öldürüldü
Bu gün, 12:56
Tezliklə iki məsələ həll ediləcək, biri Kərkidir, digəri... - Danielyan
Bu gün, 12:53
Amnistiya Aktına çox ehtiyacımız var - AÇIQLAMA
Bu gün, 12:46
Vergi Xidmətinin ƏCAİB PARTNYORU... - Özünə umac ova bilmir?..
Bu gün, 12:41
BMT “çətiri altında” anti-Azərbaycan hesabatı - NƏ ETMƏLİ?
Bu gün, 12:37
Qaradağda ev tikmək üçün 5 min manata icazə alan vəzifəli şəxs sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 12:33
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - Belə deyirlər...
Bu gün, 12:30
"Beşmərtəbə" yeraltı keçidi turistlər üçün ciddi təhlükə yaradır: - Bazarı himayə edənlər kimlərdir?
Bu gün, 12:28
İsrail qarşısında acizik, heç bir zəmanət yoxdur - Qərbdən şok etiraf
Bu gün, 12:24
"AMEA yeniliyə, fundamental dəyişikliklərə açıq deyil" - Professor
Bu gün, 12:17
"İsrail İranın nüvə obyektlərinə "simvolik" hücum edə bilər" - Ehud Barak
Bu gün, 12:14
Musiqi məktəbinin müəllimlərindən Prezidentə MÜRACİƏT - FOTO, VİDEO
Bu gün, 12:11
"Yeni Elgizlər, Xoşqədəmlər, Zaurlar yetişdirməliyik" - Aparıcıdan diqqətçəkən açıqlama
Bu gün, 12:06
Təhsil İdarəsi Xırdalanda məktəb rəhbərliyinin valideynlərlə müqavilə bağlamaq cəhdini məqsədəuyğun saymayıb - BU NƏDİ BELƏ?!
Bu gün, 12:03
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar - MƏQALƏ
Bu gün, 12:00
"Bir şəhid ailəsi kimi, bu bizim ailəyə çox pis təsir edir..." - GİLEY
Bu gün, 11:58
Ermənistan sərhəddə yeni qüvvələr toplayır - Hücum planı...
Bu gün, 11:53
İcra hakimiyyəti rəqəmləri şişirtdi və... CƏZALANDI!
Bu gün, 11:52
“3-5 adam 143 milyonu təkbaşına mənimsəyə bilməzdi” – Hərbi ekspert hakimlərə çağırış etdi
Bu gün, 11:44
"Azərbaycanlılar dəstəsi" HAKİM QARŞISINDA: - niyə qapalı keçirilir?
Bu gün, 11:40
Məktəblilər arasında artan cinayətlər... - kimdir günahkar?
Bu gün, 11:34
"Velosiped üçün yol yaratsaq da, onu sürən yoxdur" - Zahid Orucdan HAQLI İRAD
Bu gün, 11:21
Vaqif Mustafayev qolunu sındırdı - FOTO
Bu gün, 11:15
Bakıya qarşı saxta iddialar: həqiqəti hədəf alan yalanlar - ARAŞDIRMA
Bu gün, 11:12
Qadın bacısına söyüş söyən qonşusunu döydü - MƏHKƏMƏ
Bu gün, 11:11
“Bank Avrasiya”nın İdarə Heyətində təyinatlar olub - ADLAR
Bu gün, 11:00
"Bakı Sığorta" İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarıldı
Bu gün, 10:59
Bu dövlət müstəmləkəsindən niyə imtina edib? - İNCƏLƏMƏ
Bu gün, 10:55
“O mahnını yaşıl gözlü bir xanıma yazmışam” - “Avroviziya-2022” təmsilçimiz
Bu gün, 10:51
Zəminə Xınalı 32 ildir evində yaşayan ailənin çıxarılmasını tələb edir - TƏFƏRRÜAT
Bu gün, 10:49
Savaşa getdi, təhsili yarımçıq qaldı... - İNDİ İSƏ...
Bu gün, 10:43
Şəhərətrafı avtobuslarda QİYMƏT TƏZADI - Gedişhaqları necə təyin olunur?
Bu gün, 10:24
Demokratların böyük qismi ermənipərəst siyasətçilərdir - FAKT BUDUR!
Bu gün, 10:22
Bakıda evin qarşısına qumbara və gül qoyan şəxslə bağlı QƏRAR
Bu gün, 10:18
Rusiyada azərbaycanlı hüquqşünas Elman Paşayevə qarşı xüsusilə külli miqdarda dələduzluq ittihamı irəli sürülüb
Bu gün, 10:13
"Siz bəysiniz, biz isə rəiyyət..." - ETİRAZ VAR...
Bu gün, 10:11
Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Tərtər rayonunda olublar - FOTO
Bu gün, 10:04
Meşə ərazisini zibilxanaya döndəriblər... - FOTOFAKT
Bu gün, 10:03
Paşinyanın Ermənistan dövlətçiliyini qorumaq istəyi - anlayırıq... AMMA...
Bu gün, 09:48
Azərbaycanda 10 min illik sirli təsvir: ermənilərin reaksiyası... - FOTO
Bu gün, 09:47
Hizbullahın yeni baş katibi də ÖLDÜRÜLDÜ
Bu gün, 09:42
Xaçmazda kilosu 30 qəpiyə olan pomidor Bakıda niyə 5 manatadır?
Bu gün, 09:37
"Mədəniyyət oksigen ehtiyacından qurtulmuşların yaratdıqlarıdır..." - Aqşin Yenisey
Bu gün, 09:30
Alman faşizmini cəzalandıran dünya erməni faşizminə NİYƏ SUSUR? - FAKT BUDUR!
Bu gün, 09:27
Özəl pensiya fondları yaradılsa... - pensiyalar sürətlə arta bilər
Bu gün, 09:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru