Anti-İnhisar Xidməti TƏBİB-i yenidən VURDU... .....                     “Pulsuzluq o həddə çatdırır ki, hər təklifə “ok” deyir” .....                     Zaporojye AES-in mühafizə rəisi öldürüldü .....                     Tezliklə iki məsələ həll ediləcək, biri Kərkidir, digəri... .....                     Amnistiya Aktına çox ehtiyacımız var .....                     Vergi Xidmətinin ƏCAİB PARTNYORU... .....                     BMT “çətiri altında” anti-Azərbaycan hesabatı .....                     Qaradağda ev tikmək üçün 5 min manata icazə alan vəzifəli şəxs sərbəst buraxıldı .....                     Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq .....                     "Beşmərtəbə" yeraltı keçidi turistlər üçün ciddi təhlükə yaradır: .....                     İsrail qarşısında acizik, heç bir zəmanət yoxdur .....                     "AMEA yeniliyə, fundamental dəyişikliklərə açıq deyil" .....                     "İsrail İranın nüvə obyektlərinə "simvolik" hücum edə bilər" .....                     Musiqi məktəbinin müəllimlərindən Prezidentə MÜRACİƏT .....                     "Yeni Elgizlər, Xoşqədəmlər, Zaurlar yetişdirməliyik" .....                     Təhsil İdarəsi Xırdalanda məktəb rəhbərliyinin valideynlərlə müqavilə bağlamaq cəhdini məqsədəuyğun saymayıb .....                     Cəbrayıllılar doğma yurdlarına qayıdırlar .....                     "Bir şəhid ailəsi kimi, bu bizim ailəyə çox pis təsir edir..." .....                     Ermənistan sərhəddə yeni qüvvələr toplayır .....                     İcra hakimiyyəti rəqəmləri şişirtdi və... .....                     “3-5 adam 143 milyonu təkbaşına mənimsəyə bilməzdi” .....                     "Azərbaycanlılar dəstəsi" HAKİM QARŞISINDA: .....                     Məktəblilər arasında artan cinayətlər... .....                     "Velosiped üçün yol yaratsaq da, onu sürən yoxdur" .....                     Vaqif Mustafayev qolunu sındırdı .....                     Bakıya qarşı saxta iddialar: həqiqəti hədəf alan yalanlar .....                     Qadın bacısına söyüş söyən qonşusunu döydü .....                     “Bank Avrasiya”nın İdarə Heyətində təyinatlar olub .....                     "Bakı Sığorta" İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarıldı .....                     Bu dövlət müstəmləkəsindən niyə imtina edib? .....                     “O mahnını yaşıl gözlü bir xanıma yazmışam” .....                     Zəminə Xınalı 32 ildir evində yaşayan ailənin çıxarılmasını tələb edir .....                     Savaşa getdi, təhsili yarımçıq qaldı... .....                     Şəhərətrafı avtobuslarda QİYMƏT TƏZADI .....                     Demokratların böyük qismi ermənipərəst siyasətçilərdir .....                     Bakıda evin qarşısına qumbara və gül qoyan şəxslə bağlı .....                     Rusiyada azərbaycanlı hüquqşünas Elman Paşayevə qarşı .....                     "Siz bəysiniz, biz isə rəiyyət..." .....                     Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Tərtər rayonunda olublar .....                     Meşə ərazisini zibilxanaya döndəriblər... .....                 

"Arif Alışanovun həmin sözünə görə o gün-bu gün, AzTV kanalına çıxmıram..."
Tarix: 26-11-2020, 11:54 | Çap et
"Arif Alışanovun həmin sözünə görə o gün-bu gün, AzTV kanalına çıxmıram..."
DİA.AZ xalq aristi Ağadadaş Ağayevin Teleqraf.com-a müsahibəsinin ikinci hissəsini təqdim edir:

- Ağadadaş müəllim, Cəlilabad rayonunda doğulmusuz. Bakıya gəlişiniz necə oldu?

- Yeddinci sinifdə oxuyurdum, həmişə oxumağa gizli yer axtarırdım. Çox utancaq idim. Məktəbdən hamı gedəndən sonra qapıları bağlayıb oxuyurdum ki, eşidən olmasın. Bir dəfə məktəbdə "Sona bülbüllər" mahnısını oxuyanda riyaziyyat müəllimim təsadüfən eşitdi və otağa daxil oldu. Onun musiqi duyumu güclü idi. Ondan sonra Sərdar müəllim məni musiqiyə yönləndirdi. Mənim bu sahəyə gəlişim yeddinci sinifdən başladı.

Asəf Zeynallı adına Musiqi kollecinə daxil olmaq üçün gələndə gecikmişdim, sonra Pedaqoji Universitetin Fizika və texnologiya fakültəsinə daxil oldum. Musiqini çox sevirdim. İlk kasetim 1981-ci ildə işıq üzü gördü və və beş il sonra efirə çıxdım.

- Azərbaycan dövlət televiziyasında altı il aparıcılıq etmisiniz. Amma son illərdə AzTV-ə çıxmırsınız. Buna səbəb nədir?

- AzTV mənim həyatımın böyük bir dəyəridir. Bu televiziyanı çox sevirəm, çünki dövlətimin kanalıdır. Professor Nizami Xudiyev AzTV-də sədr olan zaman proqramım yayımlanırdı. Əslində, mənim insanların arasında bölgü aparmaq, şəxsiyyətləri qarşı-qarşıya qoymaq kimi xarakterim yoxdur. Bundan söhbəti gedə bilməz. Amma haqsızlıq görəndə orada durmuram, başım nə bəlaya düşərsə, düşsün.

Arif Alışanov AzTV-də sədr oldu və bir gün məni çağırdı ki, verilişinin saatını artıraq, tələbat çoxdur. Dedim, Arif müəllim, necə istəyirsiniz... Sonra başladı ki, dostun da getdi... Ona dedim ki, sözünüzü yiyəsinin üzünə deyin, mənim yanımda danışmayın. Ondan sonra verilişi dayandırdım. O gün-bu gün, AzTV kanalına çıxmıram.

Amma artıq Arif Alışanov yoxdur. Əslində, o dövrdə də dövlət tədbirlərinə qatılırdım. Tədbiri AzTV çəkir deyə getməmək kimi hal olmayıb. Amma Arif Alışanov sədr olan dövrdə AzTV-nin qapısından içəri girmirdim, heç kim də məni oraya apara bilmədi. Bu dəqiqə qapılar açıqdır, çoxlu zəng edirlər.

- Hər halda telekanallara çıxmırsınız. Buna səbəb nədir?

- Düzdür, televiziyalara çox çıxmıram. Amma bir neçə verilişə çəkilmişəm, yaxın günlərdə təqdim ediləcək. Hazırda ölkəmizdə bayramdır. Eləcə də bəzi verilişlər yavaş-yavaş səviyyəsini qaldırır. Mən təklif alanda verilişin səviyyəsinə, mövzusuna baxıram. Xalqa heç bir faydası olmayan verilişlər var, orada iştirak etməyəndə daha rahat oluram.

- Xəzər Televiziyasına xalq artisti Murad Dadaşov rəhbər təyin edildi. Ümumiyyətlə, bir neçə kanallarımızda vəziyyət düzəlir...

- Bəli, görürsünüz, fərqi hiss edirsiniz. Murad Dadaşova hörmətim böyükdür və inanıram ki, o, telekanalın reytinqini artıracaq.

- İTV kanalından aparıcılıq təklif edilsə, qəbul edərsinizmi?

- Bəli, İctimai televiziyadan təklif gəlsə, dəyərləndirərəm. Çünki o televiziyanı da çox sevirəm. O kanalda Azərbaycan millətinə hörmət, dəyərlərimizə diqqət var. Şou orada ən axırıncı plandadır. Şou da miqyasında olmalıdır. Bəzi verilişlərə baxırsan, qonaq sanki çayxanada oturub danışır.

Onu da deyim ki, bəzi müğənnilərimiz dahilərimiz haqqında mahnı oxuyurlar. Baxırsan ki, bu müğənnini heç kim tanımır. Sənin nə həddin var, bu mahnını oxuyursan?! Axı sənin səsin bu mahnıya uyğun deyil. İkincisi, şəxsiyyətlər haqqında mahnı oxuyan müğənninin də şəxsiyyəti olmalıdır. Belə mahnını səs tembrı, mahnıya münasibəti, xarakteri və obrazı yaşaya və anlaya bilən oxumalıdır. Hər yerindən duran hərbi geyim geyinir və oxuyur. Belə olmaz.

Keçmişdə bu tip mahnıları ancaq bariton səsə sahib olanlar oxuyardı. Bu gün o balans pozulub. İnşallah, bu qələbədən sonra həyatımızın bütün sahələrində tərəqqi olacaq. Azərbaycanı böyük inkişaf gözləyir.

- Eşitdik, Şuşada tarixi muzey açacaqsınız.

- Xeyr, mənim belə bir ideyam yoxdur. Amma böyük çıxmasın, tarixi muzey açılsa, çox sevdiyim antik əşyalarımı oraya təqdim edəcəm. Mənim çoxlu antik əşyalarım var. Məsələn, düyü dəyirmanım var, 250 yaşı olan küpüm var. Kolleksiya yığıram. Regionlarımıza gedərkən antik əşyaları gördümsə, gətirirəm. Muzey olsa, ən çox sevdiyim antik əşyalarımı təqdim etməyə hazıram.

- Dağlıq Qarabağda ev almaq, obyekt açmaq fikriniz varmı?

- Obyekt açmaq yox, amma yay tətillərimi ailəmlə birlikdə Şuşada keçirmək istəyirəm.

- Sonuncu dəfə Qarabağda nə zaman olmusunuz?

- Mən daim cəbhəyanı ərazilərdə olmuşam, konsertlər vermişəm. İki il əvvəl Horadizə getdim və orada 200-dən uşağa kiçik toy etdim. Sonra da konsert verdim. Eləcə də bütün hərbi hissələrdə konsert vermişəm.

- Müəllim kimi fəaliyyət göstərmisinizmi?

- Doğulduğum Hasıllı kəndində yeddi il müəllim işlədim. Vaxtıilə məktəbdə məni küncdə saxlayan müəllimlərimlə birlikdə jurnal götürüb sinfə daxil olurdum (gülür).

- Ali məktəbi bitirən kimi rayona getdiniz?

- Mən hərbi xidmətə getmədim, o vaxt sovet hökuməti idi. Adətən, azərbaycanlıları Sibirə göndərirdilər, ora getsəydim, səsim batardı. Müəllim işləməyimin də səbəbi bu idi. 27 yaşa qədər kənddə müəllim işləyəni əsgərliyə aparmırdılar. 27 yaşım tamam olan kimi Filarmoniyaya solist gətirdilər. Çox təzadlı həyatım olub. Sonra Mədəniyyət və İncəsənət Universitetini bitirdim.

- Ustadınız olubmu?

- Mənə xüsusi dərs deyən müəllimim olmayıb. Amma Sabir Mirzəyevi özümə müəllim bilmişəm. Gənclik illərimdə onun oxuduğu Çahargahı eynilə təqlid edirdim. Sonra gördüm ki, bəhrələnmək olar, təqlid etmək yox. Kişi odur ki, şöhrəti və pulu daşıya bilsin, baş gicəllənməsi olmasın. Bilmirəm bu günə qədər bunun öhdəsindən gəlmişəm, ya yox. Amma deyilənə görə vəziyyət pis deyil...

- Ağadadaş Ağayev deyəndə imkanlı müğənni kimi yada düşürsünüz. Obyektiniz də var...

- Allaha qurban olum, heç vaxt sıxıntı yaşamamışam. Allahım ruzimi verir. Mənə elə gəlir, Allah da bilir ki, mən onu dəhşətli dərəcədə sevirəm. Allaha çox bağlı insanam. Həyatımda ağır günlərimdə belə Allahıma naşükürlük etməmişəm. Çox ağır günlər, imtahanlar yaşamışam. Həyatımın ən ağır günləri 1999-cu ildə başladı, 2016-cı ilə qədər davam etdi.

- Hansı çətin günlərdən, imtahanlardan keçdiniz ki?..

- Övladım və ailəmizdə xəstələr oldu. Övladımı bütün dünyada gəzdirdim, 12 dəfə əməliyyat olundu. Hər əməliyyatda ölüb yenidən dirilmişəm. Aylarla Almaniyada qalırdım. Qızım bir gecədə səkkiz-on dəfə özündən gedirdi. Həmişə deyirdim ki, Allahım, qızım yeriməsin, amma özündən getməsin. Rəbbim onu da mükafatlandırdı. Dərmanını tapa bilmirdik, şükür Allaha, indi tapılır.

Bu gün danışır, mənimlə istədiyi vaxt mahnı oxuyur. Hər ağır günün daha ağırları var. Qızımı Türkiyədə xəstəxanaya aparanda görürdüm ki, daha ağır xəstələr var. Hər zaman şükür edə-edə yaşamışam. İnsanları çox sevirəm. Ümumiyyətlə, insanlara kömək etməyi sevirəm...

- Oğlanlarınızla birlikdə yaşayırsınız?

- Xeyr, Allaha şükür, oğlanlarımın hamısı ayrı yaşayır. Hər birinin evi, balaları var. Üçü evli, biri subaydır. Allah hər ataya belə övladlar nəsib etsin! Hamısı dövlət məmurudur. Oğlumun ikisi Fövqəladə Hallar Nazirliyində, biri hərbçi, biri isə Asan Xidmətdə çalışır.

- Adınızı daşıyan nəvəniz varmı?

- Bəli, kiçik Ağadadaşım da var. Mənim ona yazığım gəlir (gülümsəyir). Eyni ilə mənim uşaqlığımdır. Deyirəm ki, bizim nəsildə mənim yaşadıqlarımı buna yaşadacaqlar. Çünki eynilə mənim xasiyyətimdir.

- Kiçik Ağadadaşın sənətinizi davam etdirməsini istəyərsinizmi?

- Bir oğlumu dörd-beş il hazırladım, mənimlə toy mərasimlərinə də gedirdi. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşdır. İşin içinə girdi və dedi ki, mən burada qala bilmərəm. Hamısının yaxşı səsi var, amma keçdiyim yollara baxıram və əziyyət çəkmələrinə dözə bilmirəm. Bizim sənətimiz çox ağır sahədir.

- Pandemiya dövrünü necə keçirirsiniz?

- Şükür Allaha, hər şey qaydasındadır, ailəmizdə, nəslimizdə salamatçılıqdır. Onsuz da ömrü boyu karantində yaşayan adamam. Bütün qaydalara riayət edirik.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Anti-İnhisar Xidməti TƏBİB-i yenidən VURDU... - 4 tender birdən ləğv olundu
Bu gün, 13:00
“Pulsuzluq o həddə çatdırır ki, hər təklifə “ok” deyir”
Bu gün, 12:57
Zaporojye AES-in mühafizə rəisi öldürüldü
Bu gün, 12:56
Tezliklə iki məsələ həll ediləcək, biri Kərkidir, digəri... - Danielyan
Bu gün, 12:53
Amnistiya Aktına çox ehtiyacımız var - AÇIQLAMA
Bu gün, 12:46
Vergi Xidmətinin ƏCAİB PARTNYORU... - Özünə umac ova bilmir?..
Bu gün, 12:41
BMT “çətiri altında” anti-Azərbaycan hesabatı - NƏ ETMƏLİ?
Bu gün, 12:37
Qaradağda ev tikmək üçün 5 min manata icazə alan vəzifəli şəxs sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 12:33
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - Belə deyirlər...
Bu gün, 12:30
"Beşmərtəbə" yeraltı keçidi turistlər üçün ciddi təhlükə yaradır: - Bazarı himayə edənlər kimlərdir?
Bu gün, 12:28
İsrail qarşısında acizik, heç bir zəmanət yoxdur - Qərbdən şok etiraf
Bu gün, 12:24
"AMEA yeniliyə, fundamental dəyişikliklərə açıq deyil" - Professor
Bu gün, 12:17
"İsrail İranın nüvə obyektlərinə "simvolik" hücum edə bilər" - Ehud Barak
Bu gün, 12:14
Musiqi məktəbinin müəllimlərindən Prezidentə MÜRACİƏT - FOTO, VİDEO
Bu gün, 12:11
"Yeni Elgizlər, Xoşqədəmlər, Zaurlar yetişdirməliyik" - Aparıcıdan diqqətçəkən açıqlama
Bu gün, 12:06
Təhsil İdarəsi Xırdalanda məktəb rəhbərliyinin valideynlərlə müqavilə bağlamaq cəhdini məqsədəuyğun saymayıb - BU NƏDİ BELƏ?!
Bu gün, 12:03
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar - MƏQALƏ
Bu gün, 12:00
"Bir şəhid ailəsi kimi, bu bizim ailəyə çox pis təsir edir..." - GİLEY
Bu gün, 11:58
Ermənistan sərhəddə yeni qüvvələr toplayır - Hücum planı...
Bu gün, 11:53
İcra hakimiyyəti rəqəmləri şişirtdi və... CƏZALANDI!
Bu gün, 11:52
“3-5 adam 143 milyonu təkbaşına mənimsəyə bilməzdi” – Hərbi ekspert hakimlərə çağırış etdi
Bu gün, 11:44
"Azərbaycanlılar dəstəsi" HAKİM QARŞISINDA: - niyə qapalı keçirilir?
Bu gün, 11:40
Məktəblilər arasında artan cinayətlər... - kimdir günahkar?
Bu gün, 11:34
"Velosiped üçün yol yaratsaq da, onu sürən yoxdur" - Zahid Orucdan HAQLI İRAD
Bu gün, 11:21
Vaqif Mustafayev qolunu sındırdı - FOTO
Bu gün, 11:15
Bakıya qarşı saxta iddialar: həqiqəti hədəf alan yalanlar - ARAŞDIRMA
Bu gün, 11:12
Qadın bacısına söyüş söyən qonşusunu döydü - MƏHKƏMƏ
Bu gün, 11:11
“Bank Avrasiya”nın İdarə Heyətində təyinatlar olub - ADLAR
Bu gün, 11:00
"Bakı Sığorta" İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarıldı
Bu gün, 10:59
Bu dövlət müstəmləkəsindən niyə imtina edib? - İNCƏLƏMƏ
Bu gün, 10:55
“O mahnını yaşıl gözlü bir xanıma yazmışam” - “Avroviziya-2022” təmsilçimiz
Bu gün, 10:51
Zəminə Xınalı 32 ildir evində yaşayan ailənin çıxarılmasını tələb edir - TƏFƏRRÜAT
Bu gün, 10:49
Savaşa getdi, təhsili yarımçıq qaldı... - İNDİ İSƏ...
Bu gün, 10:43
Şəhərətrafı avtobuslarda QİYMƏT TƏZADI - Gedişhaqları necə təyin olunur?
Bu gün, 10:24
Demokratların böyük qismi ermənipərəst siyasətçilərdir - FAKT BUDUR!
Bu gün, 10:22
Bakıda evin qarşısına qumbara və gül qoyan şəxslə bağlı QƏRAR
Bu gün, 10:18
Rusiyada azərbaycanlı hüquqşünas Elman Paşayevə qarşı xüsusilə külli miqdarda dələduzluq ittihamı irəli sürülüb
Bu gün, 10:13
"Siz bəysiniz, biz isə rəiyyət..." - ETİRAZ VAR...
Bu gün, 10:11
Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Tərtər rayonunda olublar - FOTO
Bu gün, 10:04
Meşə ərazisini zibilxanaya döndəriblər... - FOTOFAKT
Bu gün, 10:03
Paşinyanın Ermənistan dövlətçiliyini qorumaq istəyi - anlayırıq... AMMA...
Bu gün, 09:48
Azərbaycanda 10 min illik sirli təsvir: ermənilərin reaksiyası... - FOTO
Bu gün, 09:47
Hizbullahın yeni baş katibi də ÖLDÜRÜLDÜ
Bu gün, 09:42
Xaçmazda kilosu 30 qəpiyə olan pomidor Bakıda niyə 5 manatadır?
Bu gün, 09:37
"Mədəniyyət oksigen ehtiyacından qurtulmuşların yaratdıqlarıdır..." - Aqşin Yenisey
Bu gün, 09:30
Alman faşizmini cəzalandıran dünya erməni faşizminə NİYƏ SUSUR? - FAKT BUDUR!
Bu gün, 09:27
Özəl pensiya fondları yaradılsa... - pensiyalar sürətlə arta bilər
Bu gün, 09:26
“Greencard Azerbaijan” şirkətinin direktoru kimi tanınan şəxs 42 nəfərə qarşı dələduzluq edib - TƏFƏRRÜAT
Bu gün, 09:24
Əgər Rusiya israr edirsə, deməli, burada başqa məqamlar var - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:22
Zəngəzura ehtiyac qalmayacaq, plan daha böyükdür - Pezeşkian mesajını verdi
Bu gün, 09:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru