Xalqla gizlənpaç və ya hakimiyyət naminə hər şey .....                     “Azərbaycan dünyada siyasi oyunçuya çevrilib” .....                     "Nişanlım 50 min dolları hissə-hissə göndərib" .....                     Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür .....                     İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın .....                     Süleyman Mikayılovun Lökbatan qəsəbəsində səyyar qəbulu keçirilib .....                     Anti-İnhisar Xidməti TƏBİB-i yenidən VURDU... .....                     “Pulsuzluq o həddə çatdırır ki, hər təklifə “ok” deyir” .....                     Zaporojye AES-in mühafizə rəisi öldürüldü .....                     Tezliklə iki məsələ həll ediləcək, biri Kərkidir, digəri... .....                     Amnistiya Aktına çox ehtiyacımız var .....                     Vergi Xidmətinin ƏCAİB PARTNYORU... .....                     BMT “çətiri altında” anti-Azərbaycan hesabatı .....                     Qaradağda ev tikmək üçün 5 min manata icazə alan vəzifəli şəxs sərbəst buraxıldı .....                     Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq .....                     "Beşmərtəbə" yeraltı keçidi turistlər üçün ciddi təhlükə yaradır: .....                     İsrail qarşısında acizik, heç bir zəmanət yoxdur .....                     "AMEA yeniliyə, fundamental dəyişikliklərə açıq deyil" .....                     "İsrail İranın nüvə obyektlərinə "simvolik" hücum edə bilər" .....                     Musiqi məktəbinin müəllimlərindən Prezidentə MÜRACİƏT .....                     "Yeni Elgizlər, Xoşqədəmlər, Zaurlar yetişdirməliyik" .....                     Təhsil İdarəsi Xırdalanda məktəb rəhbərliyinin valideynlərlə müqavilə bağlamaq cəhdini məqsədəuyğun saymayıb .....                     Cəbrayıllılar doğma yurdlarına qayıdırlar .....                     "Bir şəhid ailəsi kimi, bu bizim ailəyə çox pis təsir edir..." .....                     Ermənistan sərhəddə yeni qüvvələr toplayır .....                     İcra hakimiyyəti rəqəmləri şişirtdi və... .....                     “3-5 adam 143 milyonu təkbaşına mənimsəyə bilməzdi” .....                     "Azərbaycanlılar dəstəsi" HAKİM QARŞISINDA: .....                     Məktəblilər arasında artan cinayətlər... .....                     "Velosiped üçün yol yaratsaq da, onu sürən yoxdur" .....                     Vaqif Mustafayev qolunu sındırdı .....                     Bakıya qarşı saxta iddialar: həqiqəti hədəf alan yalanlar .....                     Qadın bacısına söyüş söyən qonşusunu döydü .....                     “Bank Avrasiya”nın İdarə Heyətində təyinatlar olub .....                     "Bakı Sığorta" İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarıldı .....                     Bu dövlət müstəmləkəsindən niyə imtina edib? .....                     “O mahnını yaşıl gözlü bir xanıma yazmışam” .....                     Zəminə Xınalı 32 ildir evində yaşayan ailənin çıxarılmasını tələb edir .....                     Savaşa getdi, təhsili yarımçıq qaldı... .....                     Şəhərətrafı avtobuslarda QİYMƏT TƏZADI .....                 

Alim Qasımovdan dünya şöhrətli sənətkara ETİRAZ
Tarix: 23-11-2020, 11:14 | Çap et
Alim Qasımovdan dünya şöhrətli sənətkara ETİRAZ
Fransanın məşhur “Le-Figaro” nəşri dünya miqyaslı tanınmış sənətkarların bir neçəsinın Qarabağda separatçılığı dəstəkləyən fikirlərini çap edib. Onların arasında violonçel ifaçısı Yo YO Maya da var.

Azərbaycanın xalq artisti, UNESCO Beynəlxalq Musiqi Mükafatı laureatı, xanəndə Alim Qasımov 10 il ərzində “İpək yolu” layihəsi çərçivəsində əməkdaşlıq etdiyi dünya şöhrətli violonçel ifaçısı Yo Yo Maya açıq məktub yazıb. Lent.az məktubun mətnini təqdim edir:

"Cənab Ma!

Azərbaycandan sizə salam və sayqılarımı ünvanlayaraq bildirmək istəyirəm ki, müəllifi olduğunuz “İpək Yolu” layihəsi çərçivəsində 10 ildən artıq sürən faydalı əməkdaşlığımızı daim məmnunluq hissi ilə xatırlayır, yaradıcılığınızı diqqətlə izləyirəm.

Sosial şəbəkələrdə yayılan son çıxışlarınızdan birində erməni bəstəkarının əsərini ifa edərək sülhə çağırış etmənizin milliyətçi ünsürlər tərəfindən yanlış yozulmasına olduqca təəssüflənirəm. Belə hesab edirəm ki, dünyada sənəti ilə tanınan böyük simaların adlarından siyasi məqsədlərlə yararlanma halları yolverilməzdir.

Cənab Ma, əməkdaşlıq etdiyimiz illər ərzində sizin barış tərəfdarı olduğunuzun, irqçiliyə və millətçiliyə nifrət bəslədiyinizin şəxsən şahidiyəm. Bütün dünyada tanınan “İpək yolu” Ansamblında rus, ingilis, azərbaycanlı, yəhudi, amerikalı, çinli, hind və s . virtuoz ifaçıların heç bir ayrı-seçkilik qoyulmadan, səmimi dostluq şəraitində çalışdıqları hər kəsə, o cümlədən bu Ansamblla uzun illər birgə işləmək şərəfinə nail olmuş muğam qrupuma, mənə və qızım Fərqanə Qasımovaya açıq-aşkar bəllidir. Sanıram ki, əsərlərini ifa etdiyiniz Azərbaycan bəstəkarları Firəngiz Əlizadə və Cavanşir Quliyev də mənim bu fikirlərimlə şərikdirlər. Heyiflər olsun ki, yüksək mənalardan bixəbər olan, yalnız xırda maraqlarından çıxış edən insanlar bunu anlamırlar.

Elə məhz bu səbəbdən mənfur millətçilər Sizin son çıxışınızı Azərbaycana qarşı müharibə aparan Ermənistana tərəfdaşlıq aksiyası kimi təqdim edirlər. Bu informasiyanı yayanlar, gərək ki, “İpək yolu” Ansamblı ilə azərbaycanlı sənətçilərin 2008-ci ildən başlayaraq davam edən möhtəşəm “Leyli və Məcnun” layihəsini xatırlamırlar. Halbuki məhz bu layihə ilə ABŞ, Avropanın və Asiyanın ən nüfuzlu salonlarında konsertlər vermiş, islamofobiyanın geniş yayıldığı vaxtlarda İslam mədəniyyətinin incisi sayılan “Leyli və Məcnun” hekayəsi ilə sülh və sənət məramımızı birlikdə və açıq bəyan etmişdik. Qoy millətçilik xəstəliyinə tutulmuş kəslər anlasınlar ki, sənət cılız iddialardan çox üstündür və erməni bəstəkarının əsərini ifa edən Yo Yo Ma illər ərzində, ildə bir neçə dəfə dahi azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz əsərini violonçeldə sevə-sevə ifa edib. Buna əmin olmaq, layihənin miqyasını anlamaq üçün internetdə sadə bir axtarış vermək kifayətdir.

Cənab Ma! Sizinlə dəfələrlə qədim muğam sənəti haqqında söhbətlərimiz olub. Azərbaycan muğamının beşiyi olan Qarabağın, əsərlərini böyük məmnuniyyətlə ifa etdiyiniz Üzeyir Hacıbəyovun vətəni Şuşa şəhərinin 30 ildən bəri işğal altında olunduğundan yəqin ki, xəbərdarsınız. Bildiklərinizə yalnız bunu əlavə etmək istərdim: Azərbaycan Dövləti və Azərbaycan xalqı bütün beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunmuş ərazi bütövlüyünü bərpa etdi. Erməni millətçilərinin, separatçıların iftiralarına rəğmən, bu Haqq və Həqiqət savaşı idi. Azərbaycanı terrorçu dövlət kimi təqdim edənlərin nə hüquqi, nə tarixi baxımdan heç bir əsası olmadığı kimi, müharibə cinayəti törədərək, cəbhə zonasından xeyli uzaqda, Gəncə, Bərdə, Tərtər şəhərlərində günahsız insanları- qadınları, körpələri gecə yatdıqları zaman raket və bombalarla qətlə yetirən cinayətkar erməni hakimiyyətinin də heç bir bəraəti yoxdur!

Bütün tərəqqipərvər bəşəriyyət bu fikirdədir ki, müharibələr insanlığa qarşı bir fitnədir. Bununla belə, indiki şəraitdə sülhsevər xalq olaraq, azərbaycanlıların yalnız təcavüzkara qarşı sivil sakinləri qorumaq və işğal olunmuş torpaqlarını yenidən qaytarmaqdan başqa məqsədi yoxdur. Əslində Azərbaycan xalqı beynəlxalq qurumların sənədlərdə təsdiqlədikləri müddəaları övladlarının qanı bahasına həyata keçirib. Qarabağ savaşını biz başlamadıq, amma dinc insanları doğma yurdlarından qovan, Xocalı soyqırımı kimi qətliamlar törədən, etnik təmizləmə aparıb azərbaycanlıları əvvəlcə Ermənistan, sonra isə Dağlıq Qarabağdakı dədə-baba yurdlarından zülmlə qovan, beynəlxalq qurumların qəbul etdikləri qətnamələrə, sülh çağırışlarına məhəl qoymayan, məsuliyyətsiz bəyanatlar verərək millətlər arasında nifaqı dərinləşdirən, terroru dəstəkləyən separatçı qüvvələr hökmən cəzalarını alacaqlar...

Və o zaman mən şəxsən Sizi böyük Azərbaycan korifeylərinin Vətəni olan Qarabağa, o cümlədən Üzeyir Hacıbəylinin Şuşadakı evinə dəvət edəcəyəm.

Müharibələr başlayır və bitir. Əbədi insani dəyərlər və sənət isə daim yaşayır. Elə buna görə də Sizin kimi böyük sənətkarın adının cılız insanların mənfur məqsədləri naminə hallanmasına əsla izn verməyəcəyəm".

Hörmətlə

Alim Qasımov.

Alim Qasımovdan dünya şöhrətli sənətkara ETİRAZ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalqla gizlənpaç və ya hakimiyyət naminə hər şey - “Seçkilərdən sonra bu mövzu öz-özünə ortadan qalxacaq”
Bu gün, 14:00
“Azərbaycan dünyada siyasi oyunçuya çevrilib” - Rusiyalı politoloq
Bu gün, 13:56
"Nişanlım 50 min dolları hissə-hissə göndərib" - 255 milyonu qanunsuz yolla leqallaşdıranların cinayət işi
Bu gün, 13:30
Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür - Prezident İlham Əliyev
Bu gün, 13:22
İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb
Bu gün, 13:21
Süleyman Mikayılovun Lökbatan qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 13:19
Anti-İnhisar Xidməti TƏBİB-i yenidən VURDU... - 4 tender birdən ləğv olundu
Bu gün, 13:00
“Pulsuzluq o həddə çatdırır ki, hər təklifə “ok” deyir”
Bu gün, 12:57
Zaporojye AES-in mühafizə rəisi öldürüldü
Bu gün, 12:56
Tezliklə iki məsələ həll ediləcək, biri Kərkidir, digəri... - Danielyan
Bu gün, 12:53
Amnistiya Aktına çox ehtiyacımız var - AÇIQLAMA
Bu gün, 12:46
Vergi Xidmətinin ƏCAİB PARTNYORU... - Özünə umac ova bilmir?..
Bu gün, 12:41
BMT “çətiri altında” anti-Azərbaycan hesabatı - NƏ ETMƏLİ?
Bu gün, 12:37
Qaradağda ev tikmək üçün 5 min manata icazə alan vəzifəli şəxs sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 12:33
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - Belə deyirlər...
Bu gün, 12:30
"Beşmərtəbə" yeraltı keçidi turistlər üçün ciddi təhlükə yaradır: - Bazarı himayə edənlər kimlərdir?
Bu gün, 12:28
İsrail qarşısında acizik, heç bir zəmanət yoxdur - Qərbdən şok etiraf
Bu gün, 12:24
"AMEA yeniliyə, fundamental dəyişikliklərə açıq deyil" - Professor
Bu gün, 12:17
"İsrail İranın nüvə obyektlərinə "simvolik" hücum edə bilər" - Ehud Barak
Bu gün, 12:14
Musiqi məktəbinin müəllimlərindən Prezidentə MÜRACİƏT - FOTO, VİDEO
Bu gün, 12:11
"Yeni Elgizlər, Xoşqədəmlər, Zaurlar yetişdirməliyik" - Aparıcıdan diqqətçəkən açıqlama
Bu gün, 12:06
Təhsil İdarəsi Xırdalanda məktəb rəhbərliyinin valideynlərlə müqavilə bağlamaq cəhdini məqsədəuyğun saymayıb - BU NƏDİ BELƏ?!
Bu gün, 12:03
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar - MƏQALƏ
Bu gün, 12:00
"Bir şəhid ailəsi kimi, bu bizim ailəyə çox pis təsir edir..." - GİLEY
Bu gün, 11:58
Ermənistan sərhəddə yeni qüvvələr toplayır - Hücum planı...
Bu gün, 11:53
İcra hakimiyyəti rəqəmləri şişirtdi və... CƏZALANDI!
Bu gün, 11:52
“3-5 adam 143 milyonu təkbaşına mənimsəyə bilməzdi” – Hərbi ekspert hakimlərə çağırış etdi
Bu gün, 11:44
"Azərbaycanlılar dəstəsi" HAKİM QARŞISINDA: - niyə qapalı keçirilir?
Bu gün, 11:40
Məktəblilər arasında artan cinayətlər... - kimdir günahkar?
Bu gün, 11:34
"Velosiped üçün yol yaratsaq da, onu sürən yoxdur" - Zahid Orucdan HAQLI İRAD
Bu gün, 11:21
Vaqif Mustafayev qolunu sındırdı - FOTO
Bu gün, 11:15
Bakıya qarşı saxta iddialar: həqiqəti hədəf alan yalanlar - ARAŞDIRMA
Bu gün, 11:12
Qadın bacısına söyüş söyən qonşusunu döydü - MƏHKƏMƏ
Bu gün, 11:11
“Bank Avrasiya”nın İdarə Heyətində təyinatlar olub - ADLAR
Bu gün, 11:00
"Bakı Sığorta" İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarıldı
Bu gün, 10:59
Bu dövlət müstəmləkəsindən niyə imtina edib? - İNCƏLƏMƏ
Bu gün, 10:55
“O mahnını yaşıl gözlü bir xanıma yazmışam” - “Avroviziya-2022” təmsilçimiz
Bu gün, 10:51
Zəminə Xınalı 32 ildir evində yaşayan ailənin çıxarılmasını tələb edir - TƏFƏRRÜAT
Bu gün, 10:49
Savaşa getdi, təhsili yarımçıq qaldı... - İNDİ İSƏ...
Bu gün, 10:43
Şəhərətrafı avtobuslarda QİYMƏT TƏZADI - Gedişhaqları necə təyin olunur?
Bu gün, 10:24
Demokratların böyük qismi ermənipərəst siyasətçilərdir - FAKT BUDUR!
Bu gün, 10:22
Bakıda evin qarşısına qumbara və gül qoyan şəxslə bağlı QƏRAR
Bu gün, 10:18
Rusiyada azərbaycanlı hüquqşünas Elman Paşayevə qarşı xüsusilə külli miqdarda dələduzluq ittihamı irəli sürülüb
Bu gün, 10:13
"Siz bəysiniz, biz isə rəiyyət..." - ETİRAZ VAR...
Bu gün, 10:11
Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Tərtər rayonunda olublar - FOTO
Bu gün, 10:04
Meşə ərazisini zibilxanaya döndəriblər... - FOTOFAKT
Bu gün, 10:03
Paşinyanın Ermənistan dövlətçiliyini qorumaq istəyi - anlayırıq... AMMA...
Bu gün, 09:48
Azərbaycanda 10 min illik sirli təsvir: ermənilərin reaksiyası... - FOTO
Bu gün, 09:47
Hizbullahın yeni baş katibi də ÖLDÜRÜLDÜ
Bu gün, 09:42
Xaçmazda kilosu 30 qəpiyə olan pomidor Bakıda niyə 5 manatadır?
Bu gün, 09:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru