Xalqla gizlənpaç və ya hakimiyyət naminə hər şey .....                     “Azərbaycan dünyada siyasi oyunçuya çevrilib” .....                     "Nişanlım 50 min dolları hissə-hissə göndərib" .....                     Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür .....                     İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın .....                     Süleyman Mikayılovun Lökbatan qəsəbəsində səyyar qəbulu keçirilib .....                     Anti-İnhisar Xidməti TƏBİB-i yenidən VURDU... .....                     “Pulsuzluq o həddə çatdırır ki, hər təklifə “ok” deyir” .....                     Zaporojye AES-in mühafizə rəisi öldürüldü .....                     Tezliklə iki məsələ həll ediləcək, biri Kərkidir, digəri... .....                     Amnistiya Aktına çox ehtiyacımız var .....                     Vergi Xidmətinin ƏCAİB PARTNYORU... .....                     BMT “çətiri altında” anti-Azərbaycan hesabatı .....                     Qaradağda ev tikmək üçün 5 min manata icazə alan vəzifəli şəxs sərbəst buraxıldı .....                     Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq .....                     "Beşmərtəbə" yeraltı keçidi turistlər üçün ciddi təhlükə yaradır: .....                     İsrail qarşısında acizik, heç bir zəmanət yoxdur .....                     "AMEA yeniliyə, fundamental dəyişikliklərə açıq deyil" .....                     "İsrail İranın nüvə obyektlərinə "simvolik" hücum edə bilər" .....                     Musiqi məktəbinin müəllimlərindən Prezidentə MÜRACİƏT .....                     "Yeni Elgizlər, Xoşqədəmlər, Zaurlar yetişdirməliyik" .....                     Təhsil İdarəsi Xırdalanda məktəb rəhbərliyinin valideynlərlə müqavilə bağlamaq cəhdini məqsədəuyğun saymayıb .....                     Cəbrayıllılar doğma yurdlarına qayıdırlar .....                     "Bir şəhid ailəsi kimi, bu bizim ailəyə çox pis təsir edir..." .....                     Ermənistan sərhəddə yeni qüvvələr toplayır .....                     İcra hakimiyyəti rəqəmləri şişirtdi və... .....                     “3-5 adam 143 milyonu təkbaşına mənimsəyə bilməzdi” .....                     "Azərbaycanlılar dəstəsi" HAKİM QARŞISINDA: .....                     Məktəblilər arasında artan cinayətlər... .....                     "Velosiped üçün yol yaratsaq da, onu sürən yoxdur" .....                     Vaqif Mustafayev qolunu sındırdı .....                     Bakıya qarşı saxta iddialar: həqiqəti hədəf alan yalanlar .....                     Qadın bacısına söyüş söyən qonşusunu döydü .....                     “Bank Avrasiya”nın İdarə Heyətində təyinatlar olub .....                     "Bakı Sığorta" İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarıldı .....                     Bu dövlət müstəmləkəsindən niyə imtina edib? .....                     “O mahnını yaşıl gözlü bir xanıma yazmışam” .....                     Zəminə Xınalı 32 ildir evində yaşayan ailənin çıxarılmasını tələb edir .....                     Savaşa getdi, təhsili yarımçıq qaldı... .....                     Şəhərətrafı avtobuslarda QİYMƏT TƏZADI .....                 

"Uşaq kimi qışqırırdım, qətiyyən heç nə düşünmədən"
Tarix: 21-11-2020, 09:21 | Çap et
"Uşaq kimi qışqırırdım, qətiyyən heç nə düşünmədən"
Uzun müddətdir ki, mətbuatdadır. Tamaşaçılar onu aparıcı kimi tanıyıb və ciddi xəbər aparıcısı kimi sevgi ilə qəbul edib. Hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə mətbuat katibi vəzifəsini icra edən Günel Gözəlova Moderator.az saytının qonağıdır. Onunla ordumuzun tarixi qələbəsindən danışdıq. Günel Gözəlova bu bayram günlərində təəssüratlarını bizimlə bölüşdü.

- Günel xanım, söhbətimizə ritorik sualla başlamaq istərdim. Şuşa əhatə dairəsindədirmi?

- Ritorik deyəndə ki, siz mənə hər bir Azərbaycanlının bu gün eşitmək istədiyi, ancaq cavab vermək üçün ən gözəl, ən özəl sözü, ifadəni tapa bilmədiyi sualı ünvanlayırsız. Mən sizə Şuşanın artıq erməni nəfəsindən təmizləndiyi gün, Azərbaycan bayrağını Şuşaya Şanlı Ordumuzun sancdığı gün və nəhayət Ali Baş Komandanım, Prezidentim, cənab İlham Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” dediyi gün nə etdiyimi, nə yaşadığımı deyəcəm. Çünki indi belə, bu suala cavabda sizə deyəcəyim sözləri, sadəcə xoşbəxtliyimi bildirəcək ifadəni tapa bilmərəm, tapsam belə o olmayacaq. 8 noyabr saat 12:50 radələri... Bu tarixi heç vaxt unutmayacam. Televiziya vasitəsilə Ali Baş Komandanı izləmək imkanım yox idi, maşında idim və onun Şuşadan qələbə xəbərini eşitmək ümidi ilə bütün diqqətimi radioya yönləndirmişdim və o an, o cümləni eşitdiyim an, dəlicəsinə bağıra-bağıra, ağlaya-ağlaya pəncərəni açıb, mənə baxan, mənim gördüyüm hər kəsi təbrik edirdim. Uşaq kimi qışqırırdım, qətiyyən heç nə düşünmədən. O an anladığım bir şey vardı, mən artıq qalib xalqın nümayəndəsiyəm. Artıq dünyanın heç bir yerində mənə erməni dığaları ilə bacarmadığımızı deməyəcəkdilər və nəhayət Qarabağın nəfəsi olan tarixi torpağımız Şuşamızı ermənilər “Şuşi mern e” -deyib təqdim etməyəcəkdilər. Bir sözlə Şuşa ürəyimizdədir, 30 ilə yaxındır da belə idi, Pənahabad olduğu dövrdə də belə idi. Şuşa Qafqazın sənət məbədi olaraq həmişə Azərbaycanın tarixinin incisi olub. Bizim isə sevimlisi, nəfəsi...

- Ordumuz Azərbaycan tarixində yeni bir səhifə açdı. Qalib xalqın vətəndaşı olaraq təəssürtlarınzı eşitmək istərdik.

- Bu sualınıza bircə cümlə ilə cavab verəcəm. İlllərlə bu ifadəni Ümumilli Liderimiz Heydər Əliyevin dilindən eşidib, fəxrlə təkrarlamışıq, ancaq onda qəbimizdə bir Qarabağ nisgili, Qarabağ yarası vardı. İndi isə mən inadla, qürurla təkrar edəcəm onun sözlərini: “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”

- Uzun müddət sizi efirdə görmüşük və tamaşaçıların şüur altına məhz insanları yeni xəbərlərlə məlumatlandıran aparıcı Günel Gözəlova kimi həkk olunmusunuz. Bir aparıcının ən böyük arsuzu isə qələbə xəbərini tamaşaçılarla bölüşməkdir. Bu günlərdə qələbə xəbəri təqdim edən aparıcıların yerində olmağı necə, istərdinizmi?

- 17 ilə yaxın xüsusi günlərdə, efir vasitəsilə, “Qarabağ Azərbaycanındır, biz öz torpaqlarımızı yağı düşməndən azad etdik” deməyi arzu etdim. Ən əsası isə sədamın Qarabağdan, Şuşadan, Ağdamdan gələcəyi günü səbrsizliklə gözləyirdim, amma olmadı. Ancaq bilirsiz nəyə görə arzum real oldu deyə xoşbəxtəm? Bu sevinc jurnalistika sahəsində çiyin-çiyinə çalışdığım, həmvətənlərim, həmkarlarıma nəsib oldu, öz dilimdən tamaşıçıma çatdıra bilmədiyim sözləri, arzularımı canım həmkarlarım deyə bildi. Sevgi ilə, sevinclə, ucadan “Qarabağ Azərbaycandır!” başlığı altında azad etdiyimiz torpaqlarını adını çəkdilər. Mən bəxtəvər olmayım, kim olsun!? Mən jurnalistəm, aparıcıyam, harada olmağımdan asılı olmayaraq peşəm məni daim izləyəcək. Odur ki, harada Azərbaycanlı jurnalist öndədir, xoşbəxtdirsə, o yerdə mən də bəxtəvərəm.

- Müharibə zamanı döyüş bölgəsindən videolar yayılmağa başladı. Bu da əsgərlərimizin yerini düşmən tərəfindən təsbit edilməsi demək idi. Sözügedən mövzu ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziliyi olaraq bunun qarşısını almaq üçün hansı tədbirlər görüldü?

- Bəli, dəfələrlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti, eyni zamanda Respublikanın bir sıra aidiyyəti qurumları vətəndaşlara müraciət etdi. Ancaq təəssüf ki, bir çox hallarda vətəndaşlar torpaqlarımızın qələbəsinin sevincinin sehrinə düşüb, Azərbaycan Ordusunun apardığı əməliyyatları barədə çox sayda foto və videolar, qəhrəman əsgərlərimizin şəkillərini sosial şəbəkələrdə paylaşırdılar. Ancaq hamı anlamalıdır ki, nəinki dünən, bu gün də düşmənə hərbi sirr verməmək üçün bu addımlari atmamaq lazımdır, maksimum diqqətli olmalıyıq. Biz qələbə qazana bilərik, ancaq erməni özünü hələ də türkün düşməni sayır, axı biz bunu daim erməni ictimaiyyətinin öz dilindən eşidirik! Məhz bu səbəbdən diqqətli olmalıyıq, xüsusilə kiber mühitdə.
Sentyabrın 27-dən başlayaraq Ermənistanın törətdiyi təxribat nəticəsində cəbhədə vəziyyətin gərginləşdiyi bir vaxtda, insidentlər həmçinin kibermühitdə də baş verməyə başladı. Belə ki, ölkəmizin sosial şəbəkə istifadə hesablarına, şəbəkə qurğularına – router və ya modemlərinə kütləvi hücumlar edilir, insanlar arasında dezinformasiya yaymaqla qorxu və ya təşviş yaratmağa cəhdlər edilirdı. Siz də bilirsiz ki, bu gün hər kəsin mobil texnologiya və internetə çıxışının olması hamını potensial olaraq informasiya müharibəsinin iştirakçısına və qurbanına çevirə bilir. Məhz bu dövrdə hər birimizin kibertəhlükəsizlik məsələsinə xüsusi həssaslıqla yanaşması və kibertəhlükəsizlik qaydalarına əməl etməsi xüsusi əhəmiyyət daşıyırdı. Biz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi olaraq ilk günlərdən bugünə qədər 10-larla erməni təxribatının üstünü açıb və sizlərin, KİV-in vasitəsilə cəmiyyəti xəbərdar etməklə yanaşı, həm də maarifləndirmişik. Müxtəlif vasitələrlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları mövcud vəziyyətdə ayıq davranmağa və sadə kibertəhlükəsizlik qaydalarına əməl etməyə çağırıb. Eyni zamanada mincom.gov.az və cert.az rəsmi saytları vasitəsi ilə daim kiberinsidentlər, düşmən tələləri haqda məlumatları yayıb, bu tələlərə düşməməyin yollarını izah edib. Fürsətdən istifadə edib bir daha, nazirlik adından oxuculara səslənirəm. Sosial mediada qarşınıza çıxan, telefonunuza, e-poçtunuza tanımadığınız şəxslər tərəfindən göndərilən heç bir keçidə daxil olmayın, yaxud hər hansı faylı və ya tətbiqi yükləməyin.Tanımadığınız nömrələrdən gələn mesajlara və zənglərə etimad etməyin və cavab verməyin. Tanıdığınız mənbə olsa belə əvvəlcə mesajın düzgünlüyünü yoxlayın, güclü parollardan istifadə edin. “Wi-Fi” şəbəkənizin təhlükəsizliyini qoruyun və vaxt itirmədən müvafiq sazlamaları aparın. Telefonunuzda istifadə edilən tətbiqlərin mənşəyinə və etibarlılığına diqqət yetirin. Bəzi tətbiqlər xəbəriniz olmadan fərdi məlumatlarınızı oğurlaya bilər. İstifadə etmədiyiniz tətbiqləri silin. Sosial media hesablarınız, cihazlarınız, internetə qoşulan bütün qurğular üçün ən sadə kibertəhlükəsizlik qaydalarına riayət edin. Unutmayın, hər bir hücumdan ən yaxşı müdafiə yolu məlumatlı olmaq və vaxtında tədbir görməkdir!

- Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Qarabağda nə kimi layihələr reallaşdırmağı düşünür? Bununla bağlı ilkin təklifləriniz varmı?

- Mən bu gün böyük sevinc hissi ilə bildirmək istəyirəm ki, işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun qurulmasına başlamışıq və orada dördüncü nəsil LTE baza stansiyaları quraşdırılır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparatı və bütün qurumlarının əməkdaşları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində qəhrəman ordumuzun bu zəfər yürüşünün möhtəşəm bir qələbə ilə başa çatacağına əmin idilər və şükür ki, bu real oldu! Qeyd edim ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkəmizin azad edilmiş bütün tarixi ərazilərini, eləcə də tezliklə öz evlərinə qayıdacaq sakinlərini müasir nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə təmin etməyə hazırdır. Hamımız bilirik ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı nəticəsində çoxsaylı sosial-iqtisadi obyektlər məhv edilib və ölkə iqtisadiyyatına ciddi ziyan dəyib. Ermənistanın işğalı nəticəsində Azərbaycan Respublikasının nəqliyyat, rabitə və telekommunikasiya infrastrukturu da böyük həcmdə zərərlə üzləşib. Belə ki, avtomobil və dəmir yollarına, körpülərə, aeroportlara, rabitə xətlərinə, kabel kanalizasiya qurğularına ziyan dəyib. İşğaldan öncə Ağdamda 32, Cəbrayılda 26, Füzulidə 32, Xocavənddə 62, Xocalıda 3, Kəlbəcərdə 29, Qubadlıda 24, Laçında 40, Şuşada 12, Zəngilanda 24, Xankəndidə 3, Qazaxın işğal olunmuş ərazilərində 3, Tərtərin işğal altında olan hissəsində 5 poçt şöbəsi, olmaqla ümumilikdə 295 poçt şöbəsi fəaliyyət göstərib.

- Həmçinin Ermənistanın son hərbi təxribatları səbəbindən Azərbaycanın bir neçə bölgəsində İKT və telekommunikasiya infrastrukturu ya tamamilə məhv edilib, ya da ciddi şəkildə ziyan görüb.

- İnşallah bu ərazilərdə yeni texnologiyalar əsasında telekommunikasiya və poçt infrastrukturu qurulacaq, radio-televiziya yayımı, modern sərnişindaşıma xidməti təqdim olunacaq, bir sözlə, əhaliyə keyfiyyətli nəqliyyat, telekommunikasiya və poçt xidmətləri göstəriləcək.Təbii ki, bütün bunlar olacaq, anacq əsas o ki, bü gün Ali Baş Komandanımız, Prezident İlham Əliyevin qətiyyəti və Şanlı Azərbaycan Ordusunun gücü sayəsində bi bir tarix yazdıq, onun adı Qələbədir!

- Müharibə zamanı internetdə məhdudiyyətlər oldu. Bəzi sosial şəbəkə istifadəçiləri mahiyyətinə varmadan sizə müraciət etdilər. İstərdik son olaraq bu məsələ ilə bağlı fikirlərinizi də öyrənək.

- Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ermənistanın törətdiyi genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə hərbi​ vəziyyət şəraitində olan ölkəmizdə internetin verilməsində məhdudiyyətlər tətbiq etmişdi. Və bu məhdudiyyət “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının​ Qanununa, “Hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”a əsasən həyata keçirildi. Mən vətəndaşlarımızı qınamıram, bəziləri bizim xüsusi maarifləndirici xəbərdarlıqlarımıza görə, ziyanlı tətbiqlər yükləmək istəmədikləri üçün, müvafiq qurum olaraq elə bizə müraciət edib, müəyyən şəbəkələr üzərindən məhdudiyyətin aradan qaldırılmasını xahiş edirdilər. Hamı nəsə etmək istəyirdi. Bəziləri öz fəaliyyət sahələrində, bəziləri evində, hərə bir formada vətən sevgisini, qələbə istəyini, düşmənə nifrətini dünyaya sərgiləmək istəyirdi. Müsir dövrdə də ən əsas vasitə internetdir. Mən əminəm ki, Vətən müharibəsinin başladığı gündən damarında azərbaycanlı qanı axan hər kəs, siyasi mövqeyindən, statusundan asılı olmayaraq, hər kəs bütöv Azərbaycan uğrunda zərrə qədər də olsa nəsə etmək istəyirdi və edirdi. Təbii ki, bütün Azərbaycan xalqı əvvəlcə Ali Baş Komandanımıza, eyni zamanada bizim firavan yaşamağımız üçün canından keçən Azərbaycan əsgərinə inanırdı. Bir şeydən əmin olmaq istəyirəm ki, bilərəkdən heç bir azərbaycanlı düşmən dəyirmanına su tökməz, özümüzə xəyanət etməzdi!









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalqla gizlənpaç və ya hakimiyyət naminə hər şey - “Seçkilərdən sonra bu mövzu öz-özünə ortadan qalxacaq”
Bu gün, 14:00
“Azərbaycan dünyada siyasi oyunçuya çevrilib” - Rusiyalı politoloq
Bu gün, 13:56
"Nişanlım 50 min dolları hissə-hissə göndərib" - 255 milyonu qanunsuz yolla leqallaşdıranların cinayət işi
Bu gün, 13:30
Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür - Prezident İlham Əliyev
Bu gün, 13:22
İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb
Bu gün, 13:21
Süleyman Mikayılovun Lökbatan qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 13:19
Anti-İnhisar Xidməti TƏBİB-i yenidən VURDU... - 4 tender birdən ləğv olundu
Bu gün, 13:00
“Pulsuzluq o həddə çatdırır ki, hər təklifə “ok” deyir”
Bu gün, 12:57
Zaporojye AES-in mühafizə rəisi öldürüldü
Bu gün, 12:56
Tezliklə iki məsələ həll ediləcək, biri Kərkidir, digəri... - Danielyan
Bu gün, 12:53
Amnistiya Aktına çox ehtiyacımız var - AÇIQLAMA
Bu gün, 12:46
Vergi Xidmətinin ƏCAİB PARTNYORU... - Özünə umac ova bilmir?..
Bu gün, 12:41
BMT “çətiri altında” anti-Azərbaycan hesabatı - NƏ ETMƏLİ?
Bu gün, 12:37
Qaradağda ev tikmək üçün 5 min manata icazə alan vəzifəli şəxs sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 12:33
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - Belə deyirlər...
Bu gün, 12:30
"Beşmərtəbə" yeraltı keçidi turistlər üçün ciddi təhlükə yaradır: - Bazarı himayə edənlər kimlərdir?
Bu gün, 12:28
İsrail qarşısında acizik, heç bir zəmanət yoxdur - Qərbdən şok etiraf
Bu gün, 12:24
"AMEA yeniliyə, fundamental dəyişikliklərə açıq deyil" - Professor
Bu gün, 12:17
"İsrail İranın nüvə obyektlərinə "simvolik" hücum edə bilər" - Ehud Barak
Bu gün, 12:14
Musiqi məktəbinin müəllimlərindən Prezidentə MÜRACİƏT - FOTO, VİDEO
Bu gün, 12:11
"Yeni Elgizlər, Xoşqədəmlər, Zaurlar yetişdirməliyik" - Aparıcıdan diqqətçəkən açıqlama
Bu gün, 12:06
Təhsil İdarəsi Xırdalanda məktəb rəhbərliyinin valideynlərlə müqavilə bağlamaq cəhdini məqsədəuyğun saymayıb - BU NƏDİ BELƏ?!
Bu gün, 12:03
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar - MƏQALƏ
Bu gün, 12:00
"Bir şəhid ailəsi kimi, bu bizim ailəyə çox pis təsir edir..." - GİLEY
Bu gün, 11:58
Ermənistan sərhəddə yeni qüvvələr toplayır - Hücum planı...
Bu gün, 11:53
İcra hakimiyyəti rəqəmləri şişirtdi və... CƏZALANDI!
Bu gün, 11:52
“3-5 adam 143 milyonu təkbaşına mənimsəyə bilməzdi” – Hərbi ekspert hakimlərə çağırış etdi
Bu gün, 11:44
"Azərbaycanlılar dəstəsi" HAKİM QARŞISINDA: - niyə qapalı keçirilir?
Bu gün, 11:40
Məktəblilər arasında artan cinayətlər... - kimdir günahkar?
Bu gün, 11:34
"Velosiped üçün yol yaratsaq da, onu sürən yoxdur" - Zahid Orucdan HAQLI İRAD
Bu gün, 11:21
Vaqif Mustafayev qolunu sındırdı - FOTO
Bu gün, 11:15
Bakıya qarşı saxta iddialar: həqiqəti hədəf alan yalanlar - ARAŞDIRMA
Bu gün, 11:12
Qadın bacısına söyüş söyən qonşusunu döydü - MƏHKƏMƏ
Bu gün, 11:11
“Bank Avrasiya”nın İdarə Heyətində təyinatlar olub - ADLAR
Bu gün, 11:00
"Bakı Sığorta" İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarıldı
Bu gün, 10:59
Bu dövlət müstəmləkəsindən niyə imtina edib? - İNCƏLƏMƏ
Bu gün, 10:55
“O mahnını yaşıl gözlü bir xanıma yazmışam” - “Avroviziya-2022” təmsilçimiz
Bu gün, 10:51
Zəminə Xınalı 32 ildir evində yaşayan ailənin çıxarılmasını tələb edir - TƏFƏRRÜAT
Bu gün, 10:49
Savaşa getdi, təhsili yarımçıq qaldı... - İNDİ İSƏ...
Bu gün, 10:43
Şəhərətrafı avtobuslarda QİYMƏT TƏZADI - Gedişhaqları necə təyin olunur?
Bu gün, 10:24
Demokratların böyük qismi ermənipərəst siyasətçilərdir - FAKT BUDUR!
Bu gün, 10:22
Bakıda evin qarşısına qumbara və gül qoyan şəxslə bağlı QƏRAR
Bu gün, 10:18
Rusiyada azərbaycanlı hüquqşünas Elman Paşayevə qarşı xüsusilə külli miqdarda dələduzluq ittihamı irəli sürülüb
Bu gün, 10:13
"Siz bəysiniz, biz isə rəiyyət..." - ETİRAZ VAR...
Bu gün, 10:11
Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Tərtər rayonunda olublar - FOTO
Bu gün, 10:04
Meşə ərazisini zibilxanaya döndəriblər... - FOTOFAKT
Bu gün, 10:03
Paşinyanın Ermənistan dövlətçiliyini qorumaq istəyi - anlayırıq... AMMA...
Bu gün, 09:48
Azərbaycanda 10 min illik sirli təsvir: ermənilərin reaksiyası... - FOTO
Bu gün, 09:47
Hizbullahın yeni baş katibi də ÖLDÜRÜLDÜ
Bu gün, 09:42
Xaçmazda kilosu 30 qəpiyə olan pomidor Bakıda niyə 5 manatadır?
Bu gün, 09:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru