Əsas Səhifə > Siyasət, Manşet > Gömrük Komitəsi ləğv olunmur, amma səlahiyyətlərindən birini itirir
Gömrük Komitəsi ləğv olunmur, amma səlahiyyətlərindən birini itirir11-02-2016, 08:47 |
DİA.AZ: - Məlum olduğu kimi, neft böhranı səbəbindən bir sıra dövlət qurumları ələmə prosesindən keçirilir. DİA.AZ-ı bilgiləndirən məlumatlı mənbənin sözlərinə görə, bu arada Dövlət Gömrük Komitəsinin ləğvi barədə xəbərlər yayılsa da, bu, özünü doğrultmadı: "Amma gömrük sistemində islahatlar mütləq davam edəcək və bu zaman DGK səlahiyyət itkisinə məruz qalacaq". Mənbə dia-az.life-a bildirir ki, rəsmi Bakının kəmərsıxma siyasətinin nəticəsi olaraq Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsinin ləğvi gözlənilir. Mənbənin dia-az.life-a söylədikləri: "Artıq Dövlət Gömrük Komitəsinin strukturlarında da islahat zərurəti yaranıb. Və əslində gömrük sisteminin "qara yarası" kimi tanınan Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsi də bu səbəbdən ləğv edilə bilər. Belə bir qərar müzakirə olunur və qurumun ləğvindən sonra səlahiyyətlərinin DGK-nin digər strukturlarına və yaxud da DYP-yə verilməsi gözlənilir". Məlumatlarda o da deyilir ki, paralel olaraq DGK-də kadr islahatları da aparılacaq. Geri qayıt |