Əsas Səhifə > Siyasət, Manşet > Ziya Məmmədovun yaxınları onu baş nazir kimi "görürlər"...

Ziya Məmmədovun yaxınları onu baş nazir kimi "görürlər"...


15-01-2016, 09:43
Ziya Məmmədovun yaxınları onu baş nazir kimi "görürlər"...
DİA.AZ: - Dünən informasiya yayıldı ki, qarşıdakı bir-iki gün ərzində Nəqliyyat Nazirliyi ləğv ediləcək. Məlumatda deyilirdi ki, nazirliyin ləğv olunacağ artıq nazir Ziya Məmmədova bildirilib və o, kabinetini demək olar ki, boşaldıb, şəxsi əşyalarını daşıtdırıb.

Nəqliyyat Nazirliyinin ləğv ediləcəyi ehtimalı onun səlahiyyətləri əlindən alındıqca güclənirdi. İndi isə belə görünür ki, ölkə başçısı prosesə nöqtə qoymağın vaxtı çatdığı qərarına gəlib.

DİA.AZ-a isə bu arada Ziya Məmmədovla bağlı maraqlı informasiya daxil olub. Nazirə yaxın dairələrdən ötürülən informasiyada qeyd olunur ki, Ziya Məmmədov baş nazir postuna hazırlanır. Hətta yaxınları onun bu təyinatın yaxın vaxtlarda veriləcəyi haqda sözlərini belə eşitdiklərini iddia edirlər. Yəni Ziya Məmmədov yaxın ətrafına baş nazir postuna gələcəyi haqda vədlər verib.

Hər halda, bunu nazirin öz yaxın çevrəsinə təskinlik jesti kimi dəyərləndirmək daha doğru olar. Şünki artıq Ziya Məmmədov dönəminin geridə qaldığını bütün parametrlərdən sezmək mümkündür...

Geri qayıt