Əsas Səhifə > Siyasət, Manşet > Eldar Mahmudovun kadr təyinatında pozduğu “qızıl qayda”

Eldar Mahmudovun kadr təyinatında pozduğu “qızıl qayda”


12-12-2015, 10:05
Eldar Mahmudovun kadr təyinatında pozduğu “qızıl qayda”
Məlum “MTN işi” çərçivəsində sabiq nazir Eldar Mahmudov və onun komandasının son dərəcə ciddi qanun pozuntularına yol verdiyi ilə bağlı ölkə mətbuatında çoxsaylı məlumatlar yer almaqdadır. Bu məlumatların bəzisində vəzifədən uzaqlaşdırılan və bir qismi həbs edilən keçmiş MTN generalitetinin kadr təyinatı məsələsində də hədsiz qanun pozuntusuna yol verdiyi ilə bağlı maraqlı nüanslar mövcuddur.
Bugünlərdə etibarlı mənbədən Moderator.az-a daxil olan məlumatda sabiq nazirin kadr təyinatında yol verdiyi daha bir qanunsuzluq əks olunub. Bu qanunsuzluğun mahiyyəti E.Mahmudov komandasının pul müqabilində bir çox şəxslərin təyinatını doğulub boya-başa çatdığı rayonlara verməsidir ki, bu da kadr təyinatı ilə bağlı “qızıl qayda”nın pozulması deməkdir. Hansı ki, həmin qayda bir şəxsin öz doğma rayonunda çalışmasını qadağan edir:
“MTN strukturuna çalışan şəxsin doğulub ərsəyə gəldiyi rayonda fəaliyyət göstərməsinə qoyulan yasağın sadə və bir o qədər də əsaslı səbəbi mövcuddur. Bu səbəb ondan ibarətdir ki, doğulduğu rayona təyinat alan MTN əməkdaşı bir çox məsələdə maraqlı şəxs qismində çıxış edə, öz dost və qohumları ilə bağlı əməliyyatlar haqqında məlumatlı ola, həmin əməliyyatlar barəsində öncədən bu şəxsləri məlumatlandıra, əməliyyata hər hansı formada mane ola blər.
Məhz bu səbəbdən hələ sovet dönəmində bütün SSRİ məkanında MTN-də çalışan şəxslərin anadan olduqları, boya-başa çatdıqları yaşayış məntəqələrinə təyinatı qəti şəkildə yasaqlanmışdır. Lakin bütün qayda və parametrləri yalnız maddi maraqlar müstəvisində dəyərləndirən E.Mahmudovun fəaliyyəti dövründə yüzlərlə MTN əməkdaşı məhz anadan olduqları rayonlara təyinat alıb ki, bu da sabiq nazirin bu kimi məsələlərdə hər hansı qaydaya ehtiva etmədiyini göstərir”.
Son günlər general Mədət Quliyev tərəfindən 250 MTN işçisinin vəzifədən uzaqlaşdırıldığına diqqət çəkən mənbə, yaxın gələcəkdə bu konteksdə də xeyli sayda şəxsin güc orqanından qovulacağını və ya başqa yerlərə təyinat alacağını vurğulayıb.

Geri qayıt