Əsas Səhifə > Siyasət, Manşet > Penitensiar Xidmətin yeni rəisi kim olacaq?

Penitensiar Xidmətin yeni rəisi kim olacaq?


4-12-2015, 09:09
Penitensiar Xidmətin yeni rəisi kim olacaq?
Məlum olduğu kimi, Mədət Quliyev Milli Təhlükəsizlik Nazirliyinə təyinat alması və birinci müavin postuna yiyələnəndən sonra rəhbəri olduğu Penitensiar Xidmətin rəisi vəzifəsi vakant qaldı. JAM.AZ xəbər verir ki, artıq iki aya yaxındır ki, boş qalan rəis postuna nə zaman təyinat ediləcəyi məlum deyil.

Amma bütün bunlara baxmayaraq, Penitensiar Xidmətin rəisi vəzifəsinin uzun müddət boş qalacağı da inandırıcı deyil. JAM.AZ-ın əldə etdiyi məlumata görə, sözügendən quruma kimin rəhbər gətiriləcəyi artıq məlumdur. Etibarlı mənbələrdən daxil olan bilgilərdə vurğulanır ki, Penitensiar Xidmətdə Mədət Quliyevi əvəzləyəcək şəxs general-mayor Nizaməddin Cəlilov olacaq. Mənbənin bildirdiyinə görə, Cəlilovun bu posta təyinat almasında elə Mədət Quliyev də maraqlıdır.

Penitensiar Xidmətin yeni rəisi kim olacaq?

JAM.AZ-a daxil olan məlumatlarda vurğulanır ki, Nizaməddin Cəlilov Azərbaycanda az sayda məmurlardandır ki, qısa müddətdə general rütbəsi ala bilib. Belə ki, hələ 2005-ci ildə kapitan olan və qısa müddətdə mayor rütbəsinə sahiblənən sözügedən şəxs 2013-cü ildə general-mayor rütbəsi alıb. Onun hansı xidmətlərinə görə, bu qədər az zaman kəsiyində general rütbəsi almasının sirri isə kimsəyə məlum deyil.

Geri qayıt