Əsas Səhifə > Siyasət, Manşet > Qarabağ qazisi özünün xəyanətə gedən bəzi nardaranlılarla eyni tutulmasına etiraz etdi

Qarabağ qazisi özünün xəyanətə gedən bəzi nardaranlılarla eyni tutulmasına etiraz etdi


30-11-2015, 09:02
Qarabağ qazisi özünün xəyanətə gedən bəzi nardaranlılarla eyni tutulmasına etiraz etdi
DİA.AZ: - Laçın rayonundan məcburi köçkün olan, hazırda Binəqədi rayon, DYP yolunun üst tərəfində həyət evində yaşayan, Prezident təqaüdçüsü, Qarabağ müharibə veteranı, 2-ci qrup əlili, ehtiyyatda olan çavuş İsmayılov Şakir Əkbər oğlu «Azərişıq»ın yerli şöbəsi tərəfindən elektrik enerjisindən məhrum olduğunu bildirir.

DİA.AZ-a verdiyi məlumatda İsmayılov qeyd edir ki, o, 01.04.1992-ci ildən 23 may 1993-cü ilədək Bölmə komandiri kimi xidmət edib, may 1993-cü ildə Laçın rayonu ərazisində ağır yaralanıb və ordudan təxris edilib. «Noyabrın 27-də «Azərişıq»ın yerli əməkdaşları evimə gələrək, işığımı kəsdilər. Etdiyim müraciətlərə, xahişlərə də məhəl qoymadılar. Səhəri gün «Azərişıq»ın Binəqədidəki şöbəsinə getdim. Mənə bildirdilər ki, rəhbərlik namazdadır və ona görə də bir qədər gözləməliyəm. Nəhayət, şöbə rəisi gəldi və sözlərimi dinlədi. Ona bildirdim ki, pensiyamı almamışam və cəmi 50 manat pulum var. Onu ödəyim, işığı yandırın. Cavab verdi ki, Qarabağ qazisi olmağımın mətləbə heç bir dəxli yoxdur və borc bağlanılmayana qədər işıq yandırılmayacaq».

Laçın sakini dövlət rəhbərliyindən xahiş edir ki, onun problemini həll etmək üçün tədbir görsünlər: "Mən Qarabağ qazisini, hörmətli Prezidentimizə sadiq olan bir döyüşçünü Nardalanda olan xəyanətkarlara tay tuturlar. Belə ədalətsizlik olmaz".

Dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt