Əsas Səhifə > Siyasət, Manşet > Təhsil Problemləri İnstitutu “Cərimə batalyonuna çevrilib”

Təhsil Problemləri İnstitutu “Cərimə batalyonuna çevrilib”


7-11-2015, 13:59
Təhsil Problemləri İnstitutu “Cərimə batalyonuna çevrilib”
Dərsliklərin bərbad hala salınmasının baş memarı olan Faiq Şahbazova TPİ-də necə vəzifə verildi?
Bu günlərdə Təhsil Nazirliyinin Dərslik və Nəşriyyat şöbəsinin işdən qovulmuş müdiri Faiq Şahbazov Təhsil Problemləri İnstitutuna direktor müavini vəzifəsinə təyin olunub.
Bizimxeber.az-a daxil olan məlumata görə, hələ bir neçə ilə əvvəl bu instituta direktor təyin olunan Qulu Novruzov da Təhsil nazirinin müavini vəzifəsindən kənarlaşdırıldıqdan sonra bu vəzifəyə təyinat almışdır. İxtisasca hüquqşünas olan Qulu Novruzovun bu təyinatı təhsil ictimaiyyəti arasında birmənalı qarşılanmamış və bu narazılığın əsaslı olduğu qısa zamanda öz təqdiqini tapmışdır.
Belə ki, Qulu Novruzovun təşkilatçılığı ilə Danimarkanın ESSE İnstitutu ilə keçirilən və böyük narazılığa səbəb olan beynəlxalq konfrans buna misal ola bilər.
Elə isə maraqlıdır, Azərbaycanda dərsliklərin bərbad hala salınmasının baş memarı hesab olunan Faiq Şahbazov TPİ-də hansı nailiyyətlərə imza ata biləcək? Hər halda bu, inandırıcı görünmür. Hələliksə görünən odur ki, Təhsil Problemləri İnstitutu təhsildə aşağı vəzifəyə keçirilənlərin meydanına, başqa sözlə desək “Cərimə batalyonu”na çevrilməkdədir.

Geri qayıt